İsrail Qəzzanı yenə vurub: ölənlər var

img

27-12-2024 [10:40]


İsrailin Qəzzanı növbəti dəfə bombalayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstinin rəsmi agentliyi olan WAFA məlumat yayıb.

Bildirilib ki, İsrail ordusunun səhər saatlarında Qəzza zolağının şimalını - Qəzza şəhərinin Şucaiyye rayonunda bir evi bombalayıb: "Nəticədə azı 4 nəfər həlak olub, yaralılar var. Sidra bölgəsində isə bir evin vurulması nəticəsində bir qız həyatını itirib. İsrail Rəfah şəhərinin Nasir rayonunda bir evi atşə tutub. Burada da bir qadın ölüb".

Məlumatda deyilir ki, 7 oktyabr 2023-cü ildən Qəzza zolağında 45399 fələstinli ölüb, 107 min 940 nəfər isə yaralanıb.

Tahir Şəlvəli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR