Bağdada təyyarə reysi təxirə salınıb - Türkiyədən

img

26-12-2024 [12:22]


Türkiyədən Bağdada təyyarə reysləri təxirə salınıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Türk Hava Yolları (THY) məlumat yayıb.

Bildirilib ki, əlverişsiz hava şəraiti səbəbindən İraqın paytaxtı Bağdad-Diyarbəkir arasında bu günə planlaşdırılan reyslər təxirə salınıb: "Havaya görə "TK 2602 İstanbul-Diyarbəkir", "TK 2603 Diyarbəkir-İstanbul", "TK 302 İstanbul-Bağdad" və "TK 303 Bağdad-İstanbul" reysləri qarşılıqlı olaraq ləğv edilib".

Firudin Səfərli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA