Türkiyə Suriyaya elektrik dəstəyi verəcək - Nazir açıqladı

img

24-12-2024 [15:05]


Türkiyə Suriyaya elektrik dəstəyi verəcək.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar açıqlama verib.

O, bu məqsədlə nazirlikdən bir qrup nümayəndə heyətinin Suriyaya göndəriləcəyini bildirib: "Onlar orada elektrik və enerji infrastrukturunu yoxlayacaq. Səfər yaxın vaxtlarda başlayacaq".

Nazir deyib ki, hazırda Suriyada həllini gözləyən vacib problemlərdən biri enerji ilə bağlıdır: "Biz bunu aradan qaldırmaq, ölkəni enerji ilə təmin etmək üçün bir formul hazırlayacağıq"

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR