Sergen Yalçın Fransa klubu ilə danışıqlar aparır

img

18-12-2024 [12:56]


"Beşiktaş"ın sükanı arxasına yenidən keçmək təklifini rədd edən Sergen Yalçın Fransada baş məşqçi ola bilər.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, Fransanın "St.Etyen" futbol klubu ilə artıq danışıqlara başlayıb.

Məlumata görə, danışıqlar prosesini Yalçının meneceri Hakan Qorxmaz aparır.

Xatırladaq ki, "Sent-Etyen" klubunun rəhbərliyi "Tuluza"ya məğlubiyyətdən (2:1) sonra  baş nəşqçi Olivier Dall'Oglionu istefaya göndərib.

İddialara görə, klub başda Sergen Yalçın olmaqla, Həbib Beye və norveçli məşqçi Eirik Hornelandlə da təmas halındadır.

Fərid Aslan
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:00 18.12.2024

Sabah qar yağacaq