Bəşər Əsəd əsgərləri bu ölkəyə qaçıb - "Elektrik, su və istilik imkanları yoxdur"

img

16-12-2024 [10:02]


Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra rejim əsgərləri İraqa qaçmağa başlayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə İraqın Suriya sərhədində yerləşən Ənbar vilayətinin Rutba mahalının valisi İmət əl-Duleymi açıqlama veirb.

Onun sözlərinə görə, təxminən 2100 Suriya ordusunun əsgərinin onun rəhbəri olduğu bölgəyə sığınıb: "Onlar Rutba mahalının 70 kilometrliyində yerləşən Marsanat hava limanına yerləşdirilib. Qaldıqları çadırlarda elektrik, su və istilik yoxdur. Biz onlarla söhbət apardıq. Əksəriyyəti ölkələrinə qayıtmaq istəyir. Sadəcə ehtiyat edirlər. Suriyadakı yeni rejimin əfv fərmanı isə onlarda bir qədər geridönüşə inam yaradıb".

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR