Süleyman Şah türbəsi geri köçürüləcək? - Türkiyənin sərhəddən kənardakı yeganə ərazisi uğrunda savaş başlayıb
16-12-2024 [00:21]
Suriyada Fərat çayının qərbini PKK/YPG terror təşkilatından təmizləyən Suriya Milli Ordusu (SMO) 2011-ci iləədk Süleyman Şah türbəsinin olduğu əraziyə girməyə hazırlaşır.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyə sərhədindən 180 metr aralıda Eşmə kəndində yerləşən türbə Türkiyənin öz sərhədləri xaricində olan yeganə torpaq parçasıdır.
Bu ərazi Osmanlı İmeriyasının qurucusu Süleyman Şahin nəşinin dəfn olunduğu və ölkənin qanuni ərazisi olduğu üçün rəsmi Ankara üçün strateji əhəmiyyətə sahibdir.
Məlumata görə, PKK/YPG terror təşkilatını Mənbicdən də təmizləyən SMO qüvvələri istiqaməti Türkiyənin "qulağının dibində" olan Şah türbəsinə çevirib: "Fərat çayı sahillərinə çatan SMO əsgərləri ilə PKK/YPG terror təşkilatı arasında müvəqqəti atəşkəsin şərtlərindən biri də onların Süleyman Şah türbəsindən çəkilmələri olsa da, onlar hələ də bu ərazidə qalır. Bu səbəbdən əməliyyat siqnalı verilib. Artıq SMO döyüşçüləri irəliləməyə başlayıblar".
Türkiyə Milli Müdafiə Nazirliyi Suriyanın şimalındakı Karakozak kəndinin terrordan təmizləndikdən sonra Süleyman Şah türbəsinin yerinə köçürülüb-köçürülməyəcəyi ilə bağlı açıqlama verib: “Suriya Milli Ordusunun bölgədə irəliləməsi və bölgəni terrordan təmizləməsi prosesini yaxından təqib edirik. Duruma uyğun qərar veriləcək".
Xatırladaq ki, Süleyman Şah türbəsi Türkiyə üçün böyük tarixi, mədəni və milli əhəmiyyətə malikdir. Süleyman Şah türbəsinin olduğu ərazi Türkiyənin öz sərhədləri xaricində suveren hüquqlarının olduğu yeganə torpaq parçasıdır.

SÜLEYMAN ŞAH TÜRBƏSİ
Türkiyədən 30 kilometr aralıda olan məqbərədə Osmanlı İmperatorluğunun qurucusu Osman Qazinin babası, Ərtoğrul Qazinin atası Süleyman Şahın nəşi yatır. Osmanlı İmperatorluğunun dağılmasından sonra 20 oktyabr 1921-ci ildə imzalanmış Ankara müqaviləsi və 24 iyul 1923-cü ildə imzalanan Lozanna müqaviləsindən sonra Süleyman Şah türbəsi Türkiyə Cümhuriyyətinin ərazisi kimi qəbul edilib. Bu razılaşmalar nəticəsində Türkiyə Caber qalasında yerləşən Süleyman Şah türbəsində mühafizəçi saxlamaq və bayraq asmaq hüququ qazanıb.
1960-cı illərin ortalarında Fərat çayı üzərində Tabqa su anbarı tikintisi zamanı isə türbənin su altında qalma riskinə qarşı Suriya hökuməti Süleyman Şah türbəsinin başqa yerə köçürülməsi ilə bağlı Türkiyə ilə danışıqlara başlayıb. Uzun sürən danışıqlardan sonra türbənin Hələb-Hasake yolu üzərindəki Karakozak kəndi yaxınlığından köçürülməsinə qərar verilib. 1973-cü ildə türbə Karakozak kəndində 10096 kvadratmetrlik sahəyə köçürülüb.
2011-ci ilin martında isə Suriyada vətəndaş müharibəsi başlayandan sonra İŞİD 2014-cü ilin martında Karakozak kəndini ələ keçirib. Bundan sonra Türkiyə 21-22 fevral 2015-ci il tarixlərində Süleyman Şah türbəsi və ətrafına qarşı “Şah Fərat əməliyyatı”na başlayıb. Əməliyyat nəticəsində məzar Türkiyə sərhədindən 180 metr aralıda yerləşən Eşmə kəndinə köçürülüb.
İndisə onun yenidən geri qaytarılma ehtimalı yaranıb.
Tahir Şəlvəli
MİA.AZ
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər