"Ulduz" jurnalı ilə "Xalq qəzeti"nin ortaq layihəsi: Pedaqoji Universitetində "Ulduz"lu görüşlər" keçirilib - FOTOLAR
11-12-2024 [21:31]
Azərbaycan Dövlət Pedaqoji Universitetində "Ulduz"lu görüşlər"in ilk tədbiri keçirilib.
Mia.az-ın məlumatına görə, "Ulduz" ədəbiyyat dərgisi və "Xalq qəzeti"nin ortaq layihəsi çərçivəsində keçirilən tədbirdə "Ulduz" ədəbiyyat dərgisinin baş redaktoru, Əməkdar jurnalist Qulu Ağsəs, Xalq qəzetinin baş redaktoru, Əməkdar jurnalist Əflatun Amaşov, Azərbaycan Pedaqoji Universitetinin prorektoru, professor Mahirə Hüseynova, Xalq artisti Eldost Bayram, Filologiya fakultəsinin dekanı, dosent Könül Həsənova və "Ulduz" jurnalının əməkdaşları, yazıçı Təranə Vahid, şair Taleh Mansur, eləcə də universitetin tələbə, müəllim heyəti iştirak edib.
Təbdiri giriş nitqiylə açan Qulu Ağsəs təhsil ocaqlarında silsilə görüşləri nəzərdə tutan layihə haqda geniş məlumat verərək, görüşün təşkili üçün universitet rəhbərliyinə, həmçinin Mahirə xanıma minnətdarlığını bildirib.
Ardınca söz Mahirə Hüseynovaya verilib.
Mahirə Hüseynova qonaqları salamlayaraq, bu kimi görüşlərin xüsusi əhəmiyyətini vurğulayıb, "Ulduz" ədəbiyyat dərgisi ilə təmsil etdiyi təhsil ocağının əməkdaşlığı çərçivəsində görülən işləri diqqətə çatdırıb.
Eldost Bayram öz növbəsində gələcəyin müəllimlərinə tövsiyə və məsləhətlərini ifadə edib, onalara uğurlar arzulayıb. Eldost Bayramın ifasında Mahirə Hüseynovanın "Gedək uzaqlara" şeiri alqışlarla qarşılanıb.
Əflatun Amaşov çıxışında milli-mənəvi dəyərlərə diqqət çəkərək, bu yolda gənclərin məsuliyyətli olmasını tövsiyə edib, mütaliə mədəniyyətinin qorunub-saxlanılmasının əhəmiyyətini qeyd edib.
Filologiya fakultəsinin dekanı Könül Həsənova tədbirin təhsil ocağının müəllim, tələbə heyəti üçün xüsusi əhəmiyyət kəsb etdiyini, bu kimi təbdrilərin davamlı olmasını bildirib.
Yazıçı Təranə Vahid və şair Taleh Mansur öz çıxışlarında ədəbi gəncliyin tribunasına çevrilmiş "Ulduz" jurnalının tarixi və bu günü ilə bağlı məlumat verərək, yaradıcılıq qabiliyyəti olan gəncləri əməkdaşlığa dəvət ediblər.
Daha sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.
Tələbələrin ifasında Qulu Ağsəsin şeirlərindən ibarət nümunələr səsləndirilib.
Sonda "Ulduz" jurnalının və "Xalq" qəzetinin seçilmiş sayları hədiyyə olaraq tələbələrə təqdim edilib, xatirə fotosu çəkilib.
Tehranda iki bina vurulub: 9 nəfər ölüb – 4-ü uşaqdır
Qida borusunda yemək qalan 64 yaşlı qadın ölüb
Sabah hava necə olacaq? - Proqnoz
Bibiheybət yolunda torpaq sürüşməsi təhlükəsi yaranıb - Nəqliyyatın hərəkət qismən məhdudlaşdırılıb
ABŞ və İRAN ARASINDA İKİ MƏRHƏLƏLİ SÜLH PLANI HAZIRLANIB: atəşkəs, saziş və şərtlər…
Diplomatik xidmətə qəbul üzrə növbəti müsabiqə başlayır
Azərbaycanlı nazir Londonda 4.6 milyon funt sterlinqə mənzil alıb - Jurnalist elə fakt açıqladı ki...
İLHAM ƏLİYEV GÜRCÜSTANDA - FOTOLAR (YENİLƏNİR)
İrandan Azərbaycana narkotik keçirmək istəyiblər
“Yol hərəkəti haqqında” Qanun dəyişir
Sel Siyəzəndə körpünü apardı - FOTO
İsrail ordusu Livana zərbə endirib – 7 nəfər ölüb, yaralılar var
Ayağının altında torpaq sürüşdü, selə qapıldı - Qusarda toya hazırlaşan gənci sel apardı (VİDEO)
Mirça Luçesku komaya düşüb: "Vəziyyəti kritikdir"
Bu rayonlarda qar yağıb - SİYAHI
Yağış davam edəcək - Xəbərdarlıq
İran dini lideri əməliyyat otağında üzə çıxdı: şok videonun açıq siqnalı və... - İsrailin nüvə obyekti niyə nəhəng ekranda görüntüləndi? (VİDEO)
"İnter" - "Roma" oyunu: qapılara 7 qol vurulub
İran İsrailə raket atıb - Ölənlər var
Eldar Əzizov Keşlədə su basmış ərazidə - VİDEO
İranın Qum şəhərində bina raketlə vurulub – Ölənvə yaralananlar var
Tehranda iki ev və universitet bombalandı – Azı 13 nəfər həlak olub, xeyli yaralı var
İran eyni anda 4 ölkəni birdən vurdu – Müharibə daha da şiddətlənr
İstefaya göndərilən Amerikalı general Trampa “ilişdi”: “Ordunun başında xarakerli lider olmalıdır”
İran PA Trampın tələbini lağa qoydu: “Təzminat ödə, sonra…”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyə derbisi: "Fənərbağça" son dəqiqədə "Beşiktaş"ı devirdi
"Rusiya tərəfinə bir daha xatırlatmaq istərdik ki..." - Rəsmi Bakıdan Kreml sözçüsünə etiraz
Sabah gücü külək olacaq - Xəbərdarlıq
Silinməmş vəsaitlər... - "Bakıkart" NFC funksiyası olan bank kartlarından istifadə edən şəxslərə müraciət edib
Sulutəpə - Hökməli yolunda subasma: tədbir görüldü - VİDEOLAR
Badamdar yamacında sürüşmə: nəqliyyatın hərəkəti dayandırılıb - Kəmaləddin Heydərov əraziyə gəlib (VİDEO)
Bu gün 49 mindən çox şagird buraxılış imtahanı verdi - 4 nəfər zaldan qovuldu (YENİLƏNİB)
Sabah yağış yağacaq
Şəmkirdə 16 yaşlı uşaq dəhşət saçdı - 19 yaşlı gənc öldürüldü
Keşlədə bəzi əraziləri su basıb - VİDEO
Xocalı soyqırımının təşəbbüskarlarından biri öldü
Məmur olmaq istəyənlər üçün imtahan keçirilir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR