Bakıya sulu qar yağacaq

img

11-12-2024 [18:03]


Bakıda və Abşeron yarımadasında dekabrın 12-si axşamdan 13-ü səhərədək arabir yağış yağacağı, 14-də yağışın bəzi yerlərdə sulu qara keçəcəyi gözlənilir.

Mia.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova açıqlama verib.

O bildirib ki, yağıntıların yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı ehtimalı var: "Azərbaycanın rayonlarında da dekabrın 12-si günün ikinci yarısından Şimal və Qərb rayonlarından başlayaraq bəzi ərazilərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda isə qar yağacağı gözlənilir, ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var.

Dekabrın 13-ü gündüz yağıntıda fasilə yaransa da qeyri-sabit, yağıntılı hava şəraitinin 14-ü gündüzədək davam edəcəyi gözlənilir".


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:20 06.06.2025

Bayram namazı qılınıb

16:17 05.06.2025

Pirquluda zəlzələ olub

12:10 05.06.2025

Sabah yağış yağacaq