Suraxanıda qazinin qarajı buldozerlə dağıdılıb - FOTOLAR
CƏMİYYƏT
11.12.2024, 15:33
Bakının Suraxanı rayonunda “Məkan MTK” Vətən müharibəsi iştirakçısı Sərxan Bünyadovun qarajını buldozerlə dağıdıb, içindəki avadanlıqları yararsız hala salıb.
Mia.az Pravda.az-a istinadla xəbər verir ki, bu barədə ictimai fəal Haldun Novruzzadə sosial şəbəkədə aidiyyəti qurumlara müraciət edib.
O bildirib ki, avtomobil elektriki kimi fəaliyyət göstərən S.Bünyadov müharibədən əvvəl qarajı kirayə götürüb:
“Müharibədən qayıtdı, Suraxanı rayonunun keçmiş icra başçısı qaraj tikmək üçün Sərxana yer verdi, Sərxan sənədlərini düzəltdi, tikinti üçün lisenziyasını aldı və həmin yerdə özünə qaraj tikdi. Dövlət Məşğulluq Agentliyinə müraciət etdi, sağ olsunlar elektrik avadanlıqları ilə təchiz etdilər, bir qismini də özü kreditlə aldı və yenidən öz işinə başladı. Bir gün qarajın yanında “Məkan MTK” adlı bir şirkət bina tikməyə başladı. Sərxan daxil olmaqla, heç bir kompensasiya təklif etmədən qaraj sahiblərinə deyiblər ki, çıxın, buranı almışıq. Halbuki bu insanların əllərində sənədlər var, haqlı olaraq etiraz ediblər. Növbəti gün Sərxan gəlib görüb ki, gecə ilə qarajını buldozerlə söküblər, bütün avadanlıqları, bütün əşyaları hamısı qırıq-qırıq olub, dağıntıların altında qalıb. Dərhal "102 xidməti"nə zəng edib, Daxili İşlər Nazirliyinə məlumat verib. Deyiblər ki, araşdıracağıq, hələ də xəbər yoxdur. Suraxanı Rayon İcra Hakimiyyətinə bildirib, onlar da bələdiyəyə yönəldiblər. Bələdiyə o boyda bina tikənləri guya tapa bilmir. Bir çox televiziya kanalları gəlib çəkib, amma bina tikənlər televiziya çəkilişinin gəldiyini görəndə qaçırlar. Bu adam dələduz deyil, kimdənsə havayı pul istəyən qazi deyil, sadəcə, öz əməyi ilə öz işini quran, gecə-gündüz çalışan bir adamdır. Belə bir adama qarşı bu münasibət adamı təəssüfləndirir. "Məkan MTK” adını dəyişib “Fin MTK” qoyub”.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Husilər Ər-Riyad Hava Limanına yenə zərbə endirdi - 2,5 milyon dollarlıq təyyarə yandı + FOTO
Bugün, 00:11 DÜNYA
-
Türkiyədə yüksək vəzifəli şəxs güllələndi
Bugün, 00:05 KRİMİNAL
-
ABŞ-da qızılca halları ötən il təxminən iki dəfə artıb
Bugün, 00:04 DÜNYA
-
Hadrutun işğaldan azad olunmasından 6 il ötür
Bugün, 00:02 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:02 MƏDƏNİYYƏT
-
"Bandotdel"dən əməliyyat: QHT əməkdaşlar həbs edildi + FOTO
08.10.2026, 23:52 GÜNDƏM
-
Aleksandr Çeferin UEFA prezidenti vəzifəsinə yenidən iddialıdır: "Namizəd olacağam"
08.10.2026, 22:03 İDMAN
-
Baş məşqçi: "Meydanda atamı belə tanımıram"
08.10.2026, 21:55 İDMAN
-
Rusiyada Omsk Neft Emalı Zavodu vurulub
08.10.2026, 21:38 GÜNDƏM
-
Tramp dünyanı rahatlatdı: "3 noyabr ara seçkilərinə qədər..."
08.10.2026, 21:27 GÜNDƏM
-
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalında - FOTOLAR
08.10.2026, 21:24 GÜNDƏM
-
Nazir atası ilə bağlı yayılan xəbərə sərt reaksiya verdi, deputatı istefaya çağırdı: "Əgər adamsansa..."
08.10.2026, 21:07 SİYASƏT
-
Cəbrayılda mina partlayıb - Ata və oğul yaralanıb (Yenilənib)
08.10.2026, 19:39 GÜNDƏM
-
İran XİN başçısı: "ABŞ-ın təkliflərinə cavab verəcəyik"
08.10.2026, 19:27 GÜNDƏM
-
Prezident İlham Əliyev Türkmənistanda 8-ci Məşvərət görüşündə: yeni sənədlər imzalandı - FOTOLAR (YENİLƏNİR)
08.10.2026, 18:47 GÜNDƏM
-
İbrahim Hacıosmanoğlu istefa verəcəkmi? - TFF rəhbəri yeni iddiaya düşüb
08.10.2026, 18:00 İDMAN
-
Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul olunub - DETALLAR
08.10.2026, 17:49 SİYASƏT
-
Sabah leysan olacaq - Xəbərdarlıq
08.10.2026, 17:30 GÜNDƏM
-
Ağ Evdə bütün diqqətlər ona yönəlmişdi - Trampı belə heyrətləndirən qadının kimliyi bəlli oldu
08.10.2026, 17:19 DÜNYA
-
Rusiya Ukraynada sərnişin avtobusunu vurub - 30 nəfər həlak olub
08.10.2026, 17:08 DÜNYA
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
08.10.2026, 17:00 İQTİSADİYYAT
-
Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR
08.10.2026, 16:49 İQTİSADİYYAT
-
Nazirlikdə mənimsənilən 160 milyon manat...- General zərərin nə qədərini geri qaytardı?
08.10.2026, 16:25 CƏMİYYƏT
-
"Bəziləri niyə yanıb tökülür?" - “Radioda və ARB TV-də işləyirəm, maaşımı alıram"
08.10.2026, 16:15 ŞOU-BİZNES
-
İdarə rəisi təqaüdə göndərilib
08.10.2026, 16:06 CƏMİYYƏT
-
Azərbaycanda kənd təsərrüfatı təyinatlı torpaqların satışına qadağa qoyulub
08.10.2026, 16:06 İQTİSADİYYAT
-
Azərbaycan və Ermənistan rəsmiləri görüşdü - Gorusda
08.10.2026, 15:55 SİYASƏT
-
"Hazırda Cənubi Qafqazdakı durum tərəflər arasında üçtərəfli görüşü zəruri edir" - Putin, Əliyev və Paşinyan Türkmənsitanda görüşəcək?
08.10.2026, 15:37 SİYASƏT
-
Ukrayna ilə Cənubi Koreya arasındakı qalmaqal böyüdü - Asiya ölkəsi səfirini geri çağırdı
08.10.2026, 15:36 DÜNYA
-
Müdafiə Nazirliyi hərbi vəzifəlilərlə bağlı məlumat yaydı
08.10.2026, 15:25 GÜNDƏM
-
TƏBİB-in sistemi işləmir, insanlar ağrı içində növbə gözləyir - Açıqlama + VİDEO (YENİLƏNİB)
08.10.2026, 15:17 CƏMİYYƏT
-
Dövlət Komitəsinin sədr müavini vəzifədən azad edildi, yeni təyinat oldu - SƏRƏNCAM
08.10.2026, 15:13 GÜNDƏM
-
İstanbulda əyləncə klubunda atışma: polis və daha bir nəfər öldürüldü, 2 yaralı var
08.10.2026, 15:03 KRİMİNAL
-
Səhiyyə Nazirliyindən taun xəstəliyi ilə bağlı - Açıqlama
08.10.2026, 14:54 CƏMİYYƏT