İSLAHATA HAMİLƏ və ya YENİLƏNMƏKDƏN HÜRKƏN BAKI TƏHSİL İDARƏSİ: daha bir müavin "vurulub" - Növbə vəzifəli şəxslərin qohumlarına çatıb?
11-12-2024 [10:17]
Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) daha bir müdir müavini və başqa bir neçə şəxs vəzifələrindən çıxarılıblar.
Mia.az-ın məlumatına görə, nazir Emin Əmrullayevin əmri ilə ötən ay müavin vəzifəsindən azad olunan Orxan Teymur oğlu Kərimovun ardıycan digər müavin Anar Məmmədov da ötən həftə yola salınıb.
O, 1 dekabr 20222-ci ildə bu vəzifədə işləyirdi.
Mia.az-a verilən məlumata görə, digər əmrlə BŞTİ-də müavin ştatının sayı da azaldılıb: "Qurumda müavin postlarından biri, ümumiyyətlə, ixtisara salınıb...".
Məlumatda deyilir ki, təxminən ay yarım əvvəl BŞTİ-yə müavin təyin olunan Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev tezliklə Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsinə təyinat alacaq: "Emin Əmrulllayev nə sirdirsə, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində adı tez-tez səs-küylü qalmaqallarda hallanan bu şəxsə çox etimaad edir. Təhsil adamları isə onu bu sahənin bilicisi yox, orta səviyyəli menecer sayırlar".
Mia.az-ın əldə etdiyi məlumata görə, hazırda BŞTİ ciddi islahatlara "hamilə"dir: "Güman k, qısa müddətdə idarədə çox kadrla yollar ayrılacaq. Siz bilirsiniz ki, burada nə qədər vəziifəli şəxsin işbilməz qohum-əqrabları var? Deputat arvadından tutmuş, qardaşına qədər burada kök salanlar var.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini 10 aydır müvəqqəti icra edən Nərminə Hüseynova məhz belə kadrlara görə qurumda dönüş yaratmaqda çətinlik çəkir. Rəqibləri isə bundan öz xeyrlərinə istifadə etməyə can atırlar..."
Yeri gəlmişkən, BŞTİ-də 26 fevral 2021-dən müavin Orxan Kərimovun vəzifədən azad olunmasından az qala bir ay, Anar Məmmədovun isə bir həftə ötüb. Lakin onların adları hələ də qurumun rəsmi saytındakı "Qəbul günləri" qrafasında olduğu kimi saxlanılır. Bu da paytaxtın təhsil qurumunun necə bərbad vəziyyətdə olduğuna işıq salır...
Hələ media orqanları ilə işdən isə danışmağa dəyməz. Qurumun mətbuat katibi kimdən incik düşürsə, dərhal bloka ataraq vəzifəsini bitmiş sayır. Halbuki, bu idarə dövlətindir və o da rəsmi qurumun nümayəndəsi kimi işgüzar davranmağa borcludur...
Samir Musayev
MİA.AZ
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Qarabağ" klubu qazi jurnalistləri təltif edib
"Qarabağ" "Nefçi"ni devirdi - "Nəhayət, biz Premyer liqada bütün biletlərin satılmasının şahidi olduq" (VİDEOLAR)
"Həyat - yalançı ölüm, ölümsə gerçək həyatdı..." - VİDEO
Xəzər sahilində daha 71 ölü suiti aşkarlanıb
Kükü şəhidləri... - Əli Cabbarov yazır
PRAYK sürətlə böyüyür - Kamran Aydınov qadınların təhlükəsizliyini və rəqəmsal mədəniyyəti mərkəzə çevirir
Sabah hava necə olacaq? - Proqnoz
İlham Əliyev paraddan görüntülər paylaşdı - VİDEO
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakıda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
İsrail ordusu Suriyaya hücum edib - Yol nəzarətə götürülüb
Parada hansı ölkələrin rəsmiləri qatılıb? - SİYAHI
Azərbaycan, Türkiyə prezidentləri və Pakistanın Baş nazirinin üçtərəfli görüşü olub
Əliyev, Ərdoğan, Şərif... - Birgə nahar + FOTO
Direktor Regional Təhsil İdarəsini məhkəməyə verib
Əliyev, Ərdoğan və Şərif paradı izləyənlərlə belə sağollaşdı - VİDEO
Marneulidə biznesmenə xərac kəsmək istəyənlər saxlanıldı - Azərbaycanlılardan ibarət dəstə... (ANBAN VİDEO)
Ərdoğan paradda Məmməd Arazın şeirini oxudu - VİDEO
Hikmət Hacıyevdən paradla bağlı paylaşım - VİDEO
Ərdoğan Azərbaycana gəlib (YENİLƏNİB)
Prezident və xanımı Fəxri xiyabanda - FOTOLAR
Prezidentlə xanımı Şəhidlər xiyabanında - FOTOLAR
"PREZİDENT TELEFONDA DEDİ Kİ..." - Ceyhun Bayramov 5 il əvvəl Moskvada bağlı qapılar arxasındakı görüşün sirlərini açdı
Azərbaycan neftinin qiyməti 65 dollara qalxdı
8 noyabrda sizi nə gözləyir? - BÜRCLƏR
Mehriban Əliyeva: "Uca Tanrı xalqımızı və Vətənimizi qorusun!"
Bu gündən dörd günlük tətil başlayıb
BU GÜN ZƏFƏR GÜNÜDÜR - Paytaxtda parad keçiriləcək
Prezident elə görüntüləri paylaşdı ki... - VİDEO
45 hakim istefa verdi - Türkiyədə
İlham Əliyevdən Zəfər Günü ilə bağlı paylaşım - FOTO
Misli Premyer Liqasının “Zəfər turu” start götürdü - “Şamaxı” minimal hesabla qalib gəlib, Qəbələ” isə...
Türkiyədə qəza: 11 şagird xəsarət alıb
TÜRKİYƏDƏN SENSASİON QƏRAR - Netanyahu və yüksək vəzifəli şəxslər barədə həbs qərarı çıxarıldı (SİYAHI)
"İntellektual gənclər Azərbaycanın gələcəyidir” - Azad Manafl
QƏHRƏMAN BÖYÜDƏN ANA, GÜNÜN MÜBARƏK!
Türkiyədə 12 deputatın toxunulmazlığını ləğv etmək istəyirlər - İkisi partiya sədridir (SİYAHI)