Kılıçdaroğlu Zəngəzur dəhlizindən danışdı, Azərbaycanla bağlı pis niyyyəti olmadığını dedi - MÜSAHİBƏ
02-12-2024 [15:04]
Budəfəki müsahibəmiz və “Cebheinfo.az"-ın “Türk Söhbəti” layihəsinin qonağı Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) 7-ci sədri Kemal Kılıçdaroğludur.
Kemal bəylə müsahibə asan başa gəlmədi. Onunla müsahibə götürmək arzumuz xeyli zaman apardı. Sonda razılıq alındı və mümkün oldu. Bu müsahibənin alınmasında əziyyəti keçən dostlarımıza da bir təşəkkür borcumuz var. Onların böyük zəhməti sayəsində bu müsahibə alındı.
Kemal bəy Azərbaycanla bağlı suallara çox böyük həvəslə razılıq verdi. 2023-cü ilin may ayında Türkiyədə keçirilən Prezident seçkiləri zamanı videosunu yaydığı xəritədə nə üçün Azərbaycanın olmadığını və ölkəmizlə bağlı mövqeyini də ilk dəfə "Türk Söhbəti"ndə açıqladı. O, həmin videodan sonra səslənən iddiaları təkzib edərək, bütün reallıqları detallı şəkildə Azərbaycan oxucuları ilə bölüşdü...
Kemal Kılıçdaroğlu ilə özəl müsahibəni təqdim edirik:
- Kemal bəy, 2023-cü ilin may ayında keçirilən prezident seçkiləri ərəfəsində sizin "həyatımın layihəsi" dediyiniz xəritə birmənalı qarşılanmadı. "Türkün Yolu" adlanan layihədə Azərbaycanın olmaması istər Türkiyədə, istərsə də ölkəmizdə təpki çəkdi. Həmin xəritədə nə üçün Azərbaycan yox idi?
- 2023-cü ilin may ayında keçirilən prezident seçkiləri zamanı həm daxili məsələlərlə, həm də xarici siyasətlə bağlı bir çox mövzuda açıqlamalarım, müsahibələrim və videoçəkilişlərim oldu. Eyni zamanda, çox sayda televiziya proqramında qonaq oldum. Bunlar arasından sadəcə birini seçib, onun vasitəsilə can Azərbaycanın əleyhinə olduğumuzu iddia etmək, qərəzli olmasa belə, ən yumşaq ifadə ilə insafsızlıqdır.
Biz Zəngəzur dəhlizi sayəsində Azərbaycanın əsas hissəsi ilə Naxçıvanın quru və dəmir yolu ilə əlaqəsinin qurulmasını, habelə oradan İğdır üzərindən Bakı-Tbilisi-Qars dəmir yolu ilə Azərbaycanın Türkiyə üzərindən Avropaya, Türkiyənin də Azərbaycan üzərindən Orta Asiya türk dövlətləri ilə əlaqə qurması layihəsini dəstəkləyirik.
Seçki prosesində elan etdiyimiz, yəni Türkiyəni Orta Asiya Türk Cümhuriyyətlərinə, oradan da Çin Xalq Respublikasına bağlamaq layihəsi Zəngəzur dəhlizini kənarda buraxmır. Əksinə, bunlar bir-birini tamamlayan və inteqrasiya içərisində olan iki fərqli layihədir.
- Ümumiyyətlə, Zəngəzur dəhlizi ilə bağlı fikirləriniz də olduqca maraqlıdır...
- Zəngəzur dəhlizi məsələsi 2020-ci ildə başlanan, 44 gün davam edən, Şuşanın işğaldan azad edilməsi və Azərbaycanın Zəfəri ilə nəticələnən İkinci Qarabağ müharibəsindən sonra Rusiyanın vasitəçiliyi ilə imzalanan üçtərəfli Bəyanatın 9-cu maddəsinə uyğun olaraq Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrini təmin etməlidir. Həmin nəqliyyat əlaqələrinə Ermənistan təminat verməli, Rusiya Federasiyasının sərhəd mühafizə bölmələri isə dəhlizin nəqliyyatının təhlükəsizliyini təmin edilməli idi.
Əlbəttə ki, bu dəhlizin açılması vacibdir. Lakin onun təhlükəsizliklə bağlı bəzi çatışmazlıqları da var idi. Çünki rus sərhədçiləri dəhlizin təhlükəsizlik açarını ələ almışdılar.
Rusiya Federasiyasının iqtisadi, geosiyasi, siyasi və təhlükəsizlik maraqlarına uyğun olduğu müddət ərzində bu dəhliz üzərindən Türkiyəyə və dolayısı ilə Qərbi Avropaya alternativ əlaqə yolu var idi. Lakin sabahın nə gətirəcəyi və Rusiyanın bu dəhlizə nəzarəti necə təmin edəcəyi ciddi problem olaraq qalır. Bu problem hələ də həll olunmadığı və Ermənistan lazımi addımlar atmadığı üçün Zəngəzur dəhlizi indiyə kimi açılmayıb.
Bu səbəbdən Türkiyədən gələn nəqliyyat vasitələrinin Naxçıvan üzərindən İran ərazisinə, oradan da Azərbaycanın digər hissəsinə çatması üçün quru yolunun inkişaf etdirilməsi və onun yanına dəmir yolu şəbəkəsinin əlavə edilərək bir xəttin Bakıya, oradan isə Rusiyanın cənub bölgələrinə, Xəzər dənizi keçidi ilə Orta Asiya Türk Cümhuriyyətlərinə qoşulmasının təmini alternativ olaraq çox vacibdir.
Bu nöqteyi-nəzərdən, keçən il Azərbaycanla İran arasında bu xəttin inkişafı, Araz çayı üzərində quru və dəmir yolu körpüləri tikməklə Naxçıvanla Azərbaycanın digər əraziləri arasında alternativ əlaqənin təmininə dair müqavilə imzalanıb.
Yenə Azərbaycan bağlantılı bu xəttin digər bir qolu Təbriz və Tehran vasitəsilə Türkmənistan, Qazaxıstan və Çinə çatan nəqliyyat şəbəkələri ilə Böyük İpək Yolunun magistral və dəmir yolları ilə yenidən canlandırılması, başda Türkiyə və Azərbaycan olmaqla, regionumuzun inkişafı, strateji və iqtisadi əhəmiyyətinin artması üçün çox vacib hesab edirəm.
- Belə çıxır ki, siz Zəngəzur dəhlizinə alternativ deyil, onunla paralel yeni layihə təklif edirsiniz?
- Bəli. İran, Azərbaycan, Rusiya, Ermənistan və Gürcüstan arasında Cənub-Şimal dəhlizi vasitəsilə əlaqə yaradılaması, Fars körfəzi və Xəzər dənizinin Qara dənizə, oradan isə Şərqi Avropa ölkələrinə birləşdirilməsi bu xəttlə inteqrasiyası baxımından xüsusi əhəmiyyət kəsb edir.
Bu dəhlizin orta hissəsini Zəngəzur dəhlizi ilə kəsişdirərək birləşdirmək Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması, İranın narahatlığının aradan qaldırılması nəticəsində regional sülh və təhlükəsizliyə də töhfə verəcək.
Bununla da Azərbaycanın həm cənubdan İran, həm də şimaldan Zəngəzur dəhlizi vasitəsilə Naxçıvan və Türkiyə ilə iki alternativ əlaqə qurması həm təhlükəsizlik, həm də strateji baxımdan ölkələrimizin daha çox xeyrinə olacaq. Yəni, tək bir yerdən deyil, iki ayrı yerdən həm avtomobil, həm də dəmir yolu əlaqəsinin qurulmasının çox önəmli olduğu qənaətindəyəm.
Hazırda istifadədə olan Bakı-Tbilisi-Qars dəmir yolu və avtomobil yolunu nəzərə alsaq, Türkiyə və Azərbaycan üç fərqli alternativlə Qafqazı, Rusiyanı, Orta Asiyanın türk cümhuriyyətlərini, Qərbi Asiyanı, Çini, onları Avropa ilə birləşdirən Orta dəhlizi təmin edib və güclü strateji, iqtisadi və siyasi mövqeyə gəlib.
Yəni, seçki prosesi zamanı çəkdiyim “Türkün Yolu” layihəsinə dair videodakı açıqlamalarıma bu prizmadan baxmaqda fayda var.
- Kemal Kılıçdaroğlunun Azərbaycanla bağlı mövqeyini də bilmək istərdik...
- Türkiyə Cümhuriyyəti ilə dost və qardaş Azərbaycan Respublikası arasındakı münasibətlər bizim Qurtuluş savaşımıza, hətta Çanaqqala döyüşünə, Bakının işğaldan azad edilməsinə və Şərqdəki ilk Cümhuriyyət olaraq qəbul edilən Məhəmməd Əmin Rəsulzadə rəhbərliyi ilə 1918-ci ildə qurulan Azərbaycan Cümhuriyyəti illərinə dayanır. Bu, şəxsi mənafeyə deyil, dostluq və qardaşlığa əsaslanan, səmimi, eləcə də dünyada başqa bənzəri olmayan münasibətdir.
Ulu Öndər Heydər Əliyevin dediyi kimi: “Biz bir millət, iki dövlətik”. Həmçinin, Cümhuriyyətimizin və partiyamızın qurucusu Qazi Mustafa Kamal Atatürkün 1921-ci ildə dediyi lakonik ifadə ilə “Azərbaycanın sevinci sevincimiz, kədəri, kədərimizdir”.
Bu sözlər elə-belə deyilməyib. Ürəkdən gələn, tarixə söykənən səmimi sözlərdir.
Hələ Cümhuriyyət elan edilməmiş, Türkiyə Böyük Millət Məclisinin (TBMM) Ankarada toplaşdığı və Qurtuluş savaşı aparırdığımız 1920-ci illərdə Atatürk ovaxtkı Azərbaycan rəhbərliyindən silah-sursat, neft almaq üçün borc neft istədi. Lakin Nəriman Nərimanov Atatürkə yazdığı məktubda “Qardaş qardaşa çətin anda borc verməz, ona əl uzadıb kömək edər” deyərək istənilən neft, qızıl və pul yardımını artıqlaması ilə verdi. Beləliklə, İstiqlal mübarizəmizə böyük töhfə oldu.
Biz bunları unutmuruq. Həqiqətən də can Azərbaycan üzülsə, biz də üzülərik, sevinsə, biz də sevinərik. Necə ki, Xocalı soyqırımında kədərləndik, Qarabağ işğaldan azad olunanda sevindik.
- Sizdən ölkəmizlə bağlı belə gözəl sözlər eşitmək çox xoşdur...
- Seçki prosesində çəkdiyimiz videoçarx vasitəsilə siyasi rəqib olduğumuz pis niyyətli insanlar bizim əleyhimizə təbliğat apararaq, heç nəzərdə tutmadığımız bir şeyi önə çəkdilər. Sanki Zəngəzur dəhlizinə, Azərbaycanla Türkiyə və türk dünyası arasında quru əlaqə qurulmasının əleyhinəyik təəssüratı yaratdılar. Buna görə də azərbaycanlı dostlarımız və canlarımız məyus oldusa, biz daha çox məyus olduq. Hamının bundan əmin olmasını istəyirəm.
Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətləri heç bir partiyadan, siyasi liderdən asılı deyil. Türkiyənin Azərbaycan siyasəti dövlət siyasətidir. Bu, milli baxışdır. Bu, tərəfsiz və partiyalardan yüksəkdə dayanan siyasətdir.
Üstəlik, CHP olaraq Aralıq dənizi bölgəsində qurmağı planlaşdırdığımız “Neft-Kimya Xüsusi İqtisadi Bölgəsi Layihəsi”ndə Azərbaycanın digər ölkələrlə müqayisədə daha xüsusi mövqedə olmasını planlaşdırmışıq. Türkiyə-Azərbaycan əlaqələri daim və daha da inkişaf edəcək. (Cebheinfo.az)
MİA.AZ
Qəzza bomba altında: daha 97 mülki şəxs həlak olub
Yanğınsöndürənlər snayperlə vurulub - İki nəfər ölüb
İsrail çimərliyi bombalayıb - 21 nəfər ölüb, biri jurnalistdir
Ağ Ev: "Tramp Suriyaya qarşı sanksiyaları ləğv edəcək"
Telekanal satılıb? - Açıqlama
Rusiyanın xarici borcu 317,5 milyard dolları aşdı
CHP-nin qurultayı ləğvi: Kılıçdaroğlu, yoxsa Özəl? - SORĞU
“Veysəloğlu”nun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi - FOTOLAR
40 milyon təklif olundu - "Fənərbağça" geri çevirdi
DEPUTATLAR BU QANUNLARA DƏYİŞİKLİK EDƏCƏK - SİYAHI
DİN-dən sensasion əməliyyat: "Sputnik-Azərbaycan”ın ofisində... - RƏSMİ AÇIQLAMA + VİDEO, FOTOLAR (YENİLƏNİB)
Bəylər Eyyubov Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsindən azad olundu - PA-ya yeni posta gətirildi, yerinə isə... (FOTO)
"Qalatasaray" millinin üzvü ilə müqavilə bağlayacaq - 4 illik
Azərbaycan Rusiyanın təzyiqlərinə qarşı durmaq və... - Yekaterinburqdakı vəhşətin izi ilə (TƏHLİL)
Ərdoğan Böyük Britaniya XİN başçısını qəbul edib
Bakıda oğurluq edənlər tutulub
Ceyhun Bayramov Özbəkistan XİN rəsmisi ilə görüşüb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Gürcüstanın təhsil naziri istefa verib
Ərdoğan Azərbaycana gəlir - Bu tarixdə
BU ŞƏXSLƏRƏ EVLƏNMƏYƏ İCAZƏ VERİLMƏYƏCƏK - Azərbaycanda (SİYAHI)
İyul ayında hava necə olacaq? - AYLIQ PROQNOZ
Tarif Şurası dərmanlarla bağlı daha bir qərar verildi
"Qalatasaray"ın prezidenti əməliyyat olub
İsrail Qəzza və Cəbaliyə sakinlərini bölgəni tərk etməyə çağırıb
"Beşiktaş"ın hücumçusu "Əl-Kholood" komandasına transfer olub
Mirzoyan Kallasa Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi barədə məlumat verib
"Beşiktaş" Artur Masuaku ilə yollarını ayırdığını açıqladı
İranda zəlzələ olub
Prezident sabiq nazirlə bağlı sərəncam imzaladı
Türkiyənin daha bir bölgəsində yanğın başlayıb
Qəzzada ərzaq anbarı bombalanıb - Ölən və yaralananlar var
"Sevilya" "Fənərbağça"nın qapıçısını "radar"a alıb
"Azərbaycanfilm"dəki partlayışla bağlı cinayət işi açılıb
İş adamları və əhali bankdan pulunu geri çəkib - “Ziraat Bank Azərbaycan”da nə baş verir?
"Beşiktaş" ingilis hücumçu alır
Rüfət Səfərovun məhkəməsi - Hakim vəsatəti rdd etdi
"Beşiktaş" yeni transferini açıqlayıb
Bakıda ermənilərin məhkəməsi davam edir
Vilayət Eyvazov Astarada vətəndaş qəbulu keçirəcək
XİN-də dəyişiklik - Yeni idarə yaradılıb
Sabah hava necə olacaq? - Proqnoz