Boşalan Xətai Rayon İcra Hakimiyyəti və ya rayonda baş alan saysız problemlər...
02-12-2024 [09:03]
Noyabrın 16-da yaşadığımız binaya istilik verildi sevindik. Bu xoşbəxtlik gün yarım davam elədi. Bu müddət ərzində içim içimi yedi. Düzü, 30-35 saat ərzində heç bir problem olmaması daha böyük narahatlığın siqnalıdır fikirləşərək iynə üstündə oturmuşdum.
Nəhayət, mənzilin bir tərəfində istilik kəsildi və ürəyim yerinə düşdü. Şükür dedim. Çünki daha böyük işlər ola bilərdi.
Məsələn, evdən çıxanda görə bilərdim ki, "blok"u mağaza eləyiblər və deyirlər kəndirlə düş. Neçə illərdir Əhmədlidə bu normal haldır. Çox sürətli inkişaf gedir. Elə olur ki, gecə yatıb səhər oyanırsan ki, ağacların yerində neçə iş yeri açılıb, neçə adam evinə çörəkpulu aparır. Yoxsa millət ağac yeməyəcək ki?
Məsələn, şəkildə (foto yazının sonunda təqdim olunub - Mia.az) aşağıda gördüyünüz akvariumvari obyekt hisli-paslı dəmir qaraş idi. Bir satıcı və bir müştəridən çox adam yerləşmirdi. İndi isə əməllicə, türkiyəlilər demişkən, fərah bir məkan olub. "Kvadratura"sı da ikitat artıb. Gir şellən. Yeri gəlmişkən deyim ki, icarəyə verilir. Kirayə götürüb "Romantika Əhmədlidə" adlı xudmani bir məkan təşkil eləmək olar. Elə şüşə qoyursan ki, içəridən bayır görünür, bayırdan içəri görünmür
. Bir də baxırsan məktəbə gedən yeniyetmə qaqaş düz sənin qənşərində durub güzgülənir. Əlini tüpürcəkləyib saçına çəkir. Sonra da sentimental bir baxış. Sən də uğunub gedirsən. Sonra da müştərilərə deyirsən ki, bizim məkanın təkcə içi yox, çölü də "romantiçni"dir. Razılaşmayan müştərinin də qulağından tutub atırsan bayıra.
Bezdirməyim sizi. (Sizləri yazardım, amma ətim ürpəşir nəsə elə yazanda.) Səhəri gün həyətə düşəndə gördüm zirzəmiyə istixana kontorunun işçilərinin biri girir, biri çıxır. Dedim, qağa, işinizə qarışmaq olmasın, bizim mənzildə "otapleniya"nın bir tərəfini "paraliç" vurub. Neyləyə bilərsiniz? İnsafən çox mehriban danışdılar və dedilər ki, müəllim, zəhmət olmasa bizim "kontor"un saytına yazın, sistemə düşsün gəlib baxarıq. Mən də bütün İT bacarıqlarımı işə salıb 5 dəfə eyni ağrı-acılı, hər hərfində Füzuli babamın dideyi-giryanına tövbə dedizdirən mətni göndərdim həmin elektron ünvana. 5 dəfə göndərəndən sonra fikirləşdim ki, bir dəfə bəs deyildi ki? Niyə 5 dəfə? Birdən ağlıma gəldi ki, bəlkə Novruzəli elə ulu babamdır?
İstilik "kontoru"nda bir dəbərmə görməyəndən sonra zəng elədim orada çalışan xətri əziz dostuma. Əməllicə məni danladı ki, niyə demirsən indiyə qədər? Düzdür, o bizlik problem deyil, biz istiliyi binanın zirzəmisinə çatdırırıq, vəssalam. Amma biz xalqımızın birlik və bərabərliyi naminə sosial məsuliyyət hiss edərək millətimizin qırışığının açılması üçün gəlib yoxlayırıq və yardım etməyə çalışırıq. Və mənə xitabı fərqli dəyər daşıyırdı. Həttda deyəcəm başdaşıma adımdan əvvəl bu sözləri yazsınlar. Peşəkar jurnalistimiz, əvəzolunmaz redaktorumuz və s. Hətta gözəl ziyalımız da deyəndə bir gözümdən yaş gəldi. Niyə bir gözümdən deyə düşündüm. Alqoritm dedi ki, əgər "otopleniya" barədə danışırsansa və "otopleniya"nın biri işləyir, digəri işləmirsə kontentə uyğun olaraq emosian da bölünür. Onda inandım ki, "corona" vaxtı peyvənd adı ilə qoluma "cip" qoyublar, məni idarə edirlər. Və bu hələ test mərhələsidir. Telefonu söndürən kimi hamısını qeyd elədim. Baxma da ölüm qaşla göz arasındadır.
Dostum doğrudan da sabahı günü nümayəndə heyəti göndərib. Və xüsusi mütəxəssislərdən (adam lap uzman yazmaq istəyir) "troyka" mənzillərə baxış keçirib, amma baş aça bilməyiblər. Dövlət arxivinə göndərilən protokolda binaya istilik verildiyini, amma mənzilə gəlib çatmamasının onların günahı olmadığını xüsusi vurğulayıblar. "Bəs şikayətçiyə niyə bu barədə məlumat vermədiniz" "qrafa"sına bir damcı göz yaşı şəkli çəkilib. Doğrudan da belə xəbəri ziyalıya necə desinlər? Şəxsən mən olsaydım belə məsuliyyəti boynuma götürməzdim. Yenə sağ olsunlar.
İstilik kontorunda bir günah tapmadığımdan xəyali bir üzr istəyib MİS-ə müraciət elədim. (Öz dilimizdə JEK-dir.) Hətta JEK rəisini iki dəfə həyətdə görüb bu barədə dodaq tərpətmişdik. Dedim yaxşı deyil qəbuluna gedim. Bu gün nəhayət özümdə cürət tapım getdim rəisin qəbuluna. Telefonla danışdığını görüb bayırda gözlədim. Bir siqaret yandırıb fikirləşdim ki, bəlkə heç kişini narahat eləməyim? Yaxşı deyil kondisionerin istilik üçün işlətdiyi 40-50 manat işıq pulundan ötrü o boyda adamın vaxtını alım. İnsafən özü bayır çıxdı. Hətta mənə salam da verdi. Utanıb-qızarmadan yenə məsələni dedim. Elə bu vaxt JEK-in çilingəri də gəlib çıxdı. Dedi indi baxıb gəlirəm. Çarəsini tapa bilmədim. Rəis də utana-utana dedi ki, bizlik deyil.
Leninin babanın məşhur sualı yadıma düşdü: "nə etməli?
Yaddaşım əməllicə işləyirdi. Qolumdakı vaksin "cip"i "vibrasiya" verdi. Yadıma düşdü ki, Xətai rayonunun icra hakimiyyəti də var. Yenə İT bacarıqlarımı işə salıb Xətai Rayon İcra Hakimiyyətinin saytına girdim. Vəzifəli şəxslər siyahısına baxmaq istədim ki, "otpleniya"nın bir tərəfinin işləməməsi ilə bağlı kim məsuliyyət daşıyır. Çox ağrılı mənzərə ilə qarşılaşdım. İnanırsınız ki, iş o qədər ağırdır ki, icra hakimiyyəti başçısının müavini, şöbə müdiri işləmək istəyən adam yoxdur (Fakt yazının sonunda İH-nin saytından götürülən screeshot-la təsdiqlənir -Mia.az). Neçə vəzifə boş qalıb. Əslində orada işin ağır olduğunu bilirdim. Məsələn, bizim həyətdə bir neçə il öncə 2 maşın yuyulan qarajın yerində 7 mərtəbəli bina tikdilər. Açıq deyək 2 qarajı 7 mərtəbəli binaya çevirmək, bunu sənədləşdirmək, qanuna yerləşdirmək hər oğulun işi deyil. Məsələn, ürək lazımdır 40-50 ilik ağacın kəsilməsinə göz yummağa. Vallah, mənim ürəyim dözməz. Çətin işdir, vallah çətin işdir. 40-50 manat işıq puluna görə bu qədər ağır yük altında olan insanların üstünə getmək insafdan deyil.
Qolumdakı "cip" də bir yandan dümsükləyir ki, bə bələdiyyə? Xətai Bələdiyyəsi? Dedim bu saat çəngəli salıb səni qolumdan çıxardacam dinc dur. Bələdiyyə yetimə yığılan pul bəlkə heç 2 milyon manata çatmır. O pulla neyləmək olar? Bələdiyyə üzvlərinin hərəsi çox demirəm bircə ev almaq istəsə çatmaz. Bilirsənmi "novostroyka"da kvadratı neçəyədir? Hələ təmirini demirəm.
Və bir ziyalı heç kimə əziyyət verməməli, əksinə özü xalqın yolunda əziyyət çəkməlidir deyərək çırmanıb zirzəmiyə girmək istədim. Türkiyəlilər demişkən amma və lakin... Dar və çirkab dolu zirzəmiyə heç jurnalist marağım da sala bilmədi məni. Çirkabı anladım. Ötən əsrin yetmişinci illərində tikilmiş binanın kanalizasiya sistemi dəyişməyib. Bəs belə dar zirzəminin üstündə doqquzmərtəbəli bina necə durur? 51 illik həyatımda qazandığım bütün elmi və məntiqi bazanı nə qədər eşələdimsə bir şey çıxmadı. Bu dəfə qolumdakı vaksin "cip"i axır ki, işə yaradı. Sən demə binanın "Bakı" kinoteatrı tərəfdən zirzəmiləri ata malı kimi iki yerə bölüb ofis eləyiblər. Daha doğrusu xalqımın övladları üçün iş yerləri təşkil ediblər.
- Amma binanın özülündən neçə betonu sındırblar, birinci mərtəbələri obyekt edənlər isə əksər betonları çıxardıblar. Bu bina yüngül zəlzələdə çökəcək.
Bu qolumdakı vaksin "cip"inin məni qızışdırmaq cəhdləri idi. Amma o dostumun mənə dediyi "peşəkar jurnalist" tərifini eşitməmişdi.
- Birincisi, bu bina zirzəmisi kanalizasiya çirkabı ilə dolu olsa da, özülü sökülsə də, birinci mərtəbədə dörd divar qalsa da heç vaxt çökməyəcək. Çünki bütün bunlar Allah yolunda edilən savablardır. Bax, birinci mərtəbədə divarlar sökülməsə daha çox vətəndaşımız necə işləyə bilər? Məsələn, 10 metr divarı ləğv edirsənsə bir dəllək rahatca baş qırxmaqla məşğul olub balalarına daşdan yumşaq nəsə alıb aparacaq. İndi sən deyirsən Allah bu xeyir işləri nəzərə almayıb bu binanı çökdürəcək? Mən sənin fitinə gedən deyiləm, ey "cip" - deyərək süni intellekt üzərində ilk parlaq qələbəmi qazandım.
"Bakı" kinotetrı barədə qısaca onu deyim ki, yuxarısına çoxlu kino şəkilləri vurublar. Şəklin birində Oqtay (Həsən Məmmədov) Əsməri (Leyla Şıxlinskaya) öpmək istəyir. Bir nəfər demir ki, ay insanlar bu kinoteatdan bizim ailəmiz alış-veriş edir, ayıbdır yığışdırın bu ədəbsizliyi. Amma kimsə ayağını dirəyib ki, əl vurmayın, bəlkə nə vaxtsa bu kinoteatrda məsələn, "Hozu" bədii filmini göstərdilər. Əhmədli əhlinin bədii-estetik zövqünə xidmət üçün. Kino göstərilən salonda olmuşam. İnsafən yaxşı şadlıq evi çıxar. O dirəşən adamı görsəydim öz ziyalı mövqeyimi bildirərdim. (Yəqin sabah bu işlə məşğul olacam, narahat olmayın.)
Çox uzaqdan fırlandım deyəsən. Amma güanahkar mən deyiləm. 25 ildir Əhmədlidə yaşamağımdan irəli gəlir. Çünki burada hər həftə harasa tikilir və sən bir az gendən fırlanmalı olursan. Məsələn, əvvələr bizim həyətdən 95 nömrəli məktəbə ağacların arasından rahat keçirdin. İndi isə yox. Düz məktəbin qarşısında üç mərtəbəli iş yeri tikdilər. İndi bir az fırlanmalı olursan. İnsafən ağacların yarısı hələ durur. Əgər görsəm ki, xalqıma yeni iş yerləri lazımdır bu ağacların kəsilməsi məsələsini bir ziyalı kimi özüm qaldıracam.
Binanın çökməyəcəyini Allaha təvəkkül etdim. Bu öz həllini tapdı. Amma "otopleniya"ya istilik gələcəyinə inanıram. (Bu yerdə tam ciddiyəm.) JEK rəisimiz ağır seyid nəslindəndir. Çünki kabinetinin qapısının üstündə ad və soyadını gördüm. Qapısına getmişəm. Cəddi köməyimiz olsun!
Yadımdan çıxmamış ünvanı da deyim. Sarayev 13 B, 4-cü qapı. "Blok" bizim dildə qapıdır.
Rasim İsmayılov
MİA.AZ
FHN: "Qəzada həlak olan 10 nəfərin meyiti müəyyən edilib"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
QRNOZNIYA UÇAN TƏYYARƏNİ RUSİYA VURUB - "Pantsir-S" HHM-LƏ
Cenk Tosun: ""Fənərbağça"dan ayrılamaq niyyətində deyiləm"
Meyxanaçı Balaəlinin sürücülük hüququ geri alınacaq?
İstanbul boğazı bağlanıb - Rusiyaya gedən gəmiyə görə
BƏƏ Prezidenti İlham Əliyevə başsağlığı verib
Şahbaz Şərif İlham Əliyevə məktub göndərib - MƏTN
Gürcüstan XİN başçısı Ceyun Bayramova zəng edib - Müzakirə
QƏZADA HƏLAK OLANLARIN ADLARI AÇIQLANDI - Siyahı
Şavkat Mirziyoyev Azərbaycan prezidentinə zəng edib
İran prezidenti İlham Əliyevə zəng edib
Ərdoğanı təhqir edən şəxs sərbəst buraxılan kimi yenə eyni paylaşımı təkrarladı - Yenidən həbs olundu
Bələdiyyə seçkiləri: təşviqat materialları üçün yerlər nə vaxt müəyyənləşdiriləcək?
Əli Əsədov qazaxıstanlı həmkarı ilə danışdı - Qəza ilə bağlı birgə istintaqın gedişi müzakirə olunub
Müdafiə Nazirliyi: "Son bir həftədə 62 terrorçu zərərsizləşdirilib"
İnnovasiya və Təchizat Mərkəzində daha bir maraqlı tender: 7.8 milyonluq tender kimə verildi?
Hakimi təhqir edən futbolçular cəzalandırılıb
Sabahın hava proqnozu açıqlandı
Elm və Təhsil Nazirliyində daha bir şübhəli tender: 3.8 milyonluq təmir işləri harada aparılacaq?
Bağdada təyyarə reysi təxirə salınıb - Türkiyədən
Avstraliyada 66 min kektar meşə yanıb - 8 gündür davam edən yanğını söndürmək mümkün olmayıb
Özbəkistanın xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Kerem Aktürkoğlu nişanlanıb - FOTOLAR
Murat Nurtleu Ceyhun Bayramova zəng edib - Nələr müzakirə olunub?
Xəzər dənizində yenə zəlzələ olub
Mərkəzi Bank iki sığorta agentinin lisenziyasını ləğv edib
"Yaponiya Hava Yolları"na kiberhücum: uçuşlar təxirə salınıb
Sağ qalan bələdçi Aydanın xəstəxanadan görüntüləri - VİDEO
Terim Səudiyyə Ərəbistanı komandasının başına keçir? - "Yaxın günlərdə müqavilə imzalanacaq"
Qəzzada TV maşınına atəş açılıb - 5 jurnalist həlak olub
24 partiya birgə bəyanat yaydı - MƏTN/SİYAHI
Azərbaycan Evində xatirə guşəsi yaradılıb - Salzburgda (FOTOLAR)
Təyyarə qəzası: ölənlərdən ikisi qusarlı bacı-qardaşdır
Təranə Səmədova şikayətini geri götürdü
Trampdan şok iddia: "Çin əsgərləri Panama kanalına yerləşib" - ABŞ lideri Kanadanı da ölkənin 51-ci ştatı sayır
Tulkerimdə gərginlik böyüyür - 1 nəfər ölüb, 4 nəfər yaralanıb
Suriyada yeni rejimə qarşı 4 şəhərdə üsyan: xristian vəşiə icmaları ayağa qalxıb - 14 polisə pusqu qurulub, ordu hərəkətə keçdi
Xəzər dənizində ard-arda zəlzələ olub (Yenilənib)
İdman jurnalistləri həm yarışdı, həm qazandı - FOTOLAR