Sahib Ələkbərov: "Azərbaycan ən yüksək qazlaşdırma səviyyəsinə malik ölkələrdəndir"

img

29-11-2024 [15:24]


"Azərbaycan dünyada ən yüksək qazlaşdırma səviyyəsinə malik ölkələrdən biridir".

Mia.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.

"Hazırda ölkədə qazlaşdırma səviyyəsi 96,5 %-dir. Qazlaşdırmanın ən zəif olduğu yerlər daha çox ucqar, dağlıq kəndlərdir ki, bunun da aradan qaldırılması üçün işlər aparılır", - deyə o qeyd edib.

Bundan başqa, nazir müavininin sözlərinə görə, Azərbaycan gələn ilə çox yaxşı makroiqtisadi şəraitdə daxil olmaqdadır.

"Ortaya çıxan suallara vaxtında cavablar verilir. Bu suallar həmişə olduğu kimi insanlarımızın rifah halının yaxşılaşdırılması istiqamətindədir, müəyyən təkliflərlə bağlıdır. Bunların hər biri müsbət istiqamətdə həllini tapır", - deyə o əlavə edib(Report).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA