Dörd universitetə akkreditasiya verilib - GDU-ya isə...

img

29-11-2024 [09:53]


Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Biznes Universiteti və Qərbi Kaspi Universiteti növbəti 5 il müddətinə akkreditasiya edilib.

Mia.az xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) məlumat yayıb.

Bildirilib ki, Gəncə Dövlət Universitetinin institusional akkreditasiya nəticəsi qismən uyğun hesab edilib.

Ona görə də akkreditasiya şəhadətnaməsinin iki il müddətinə uzadılması, ali təhsil müəssisəsinin bir ildən sonra təkrar akkreditasiya edilməsi qərara alınıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA