MSK-da bələdiyyə seçkiləri ilə əlaqədar işçi qrupu yaradılıb - Sədr təyin olunub 

img

27-11-2024 [16:39]


Bələdiyyə seçkiləri ilə bağlı imza vərəqələrində, habelə namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının təqdim etdikləri sənədlərdə olan məlumatların düzgünlüyünü və müvafiq məlumatları yoxlamaq üçün işçi qrupu yaradılıb.

Mia.az xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında MSK-nın qərarı müzakirəyə çıxarılıb.

MSK katibi Arifə Muxtarovanın təqdimatına əsasən, işçi qrupunun tərkibi müəyyən edilib.

İşçi qrupunun tərkibinə müvafiq dövlət strukturlarından nümayəndələr daxil edilib. Qrupun rəhbəri isə MSK üzvü Etibar Quliyev təyin olunub.

Qərar səsverməyə çıxarılaraq qəbul edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA