MİT-dən xaricdə əməliyyat - Terrorçu saxlanılıb (FOTO)

img

20-11-2024 [11:42]


Türkiyə kəşfiyyatı - Milli İstihbarat Təşkilatı (MİT) Yaxın Şərq ölkələrindən birində əməliyyat keçirib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, terrorizmlə bağlı axtarışa verilən PKK-nın məsul şəxslərindən olan Maoist Kommunist Partiyasının (MKP) üzvü terrorçu Kadir Çeliki Yaxın Şərq ölkələrindən birində qandallanıb.

Məlumata görə, o, artıq Türkiyəyə gətirilərək istintaqa təhvil verilib.

Xəbərdə deyilir ki, Kadir Çelik İraq və Suriyada Türkiyəyə qarşı bir çox terror hadisələrində rol alıb.

Zülfiyyə Mustafayev

MİA.AZ
 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA