İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı da artırılacaq

img

18-11-2024 [11:45]


2025-ci ildə Azərbaycanda güzəştli ipoteka kreditlərinin verilməsi üçün İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı 100 milyon manat artırılacaq.

Mia.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaya və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında - "2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi ilə bağlı müzakirələrdə maliyyə naziri Samir Şərifov bildirib.

"Bu, şübhəsiz ki, əhalinin mənzi təminatının yaxşılaşdırılmasına müsbət təsir edəcək", - deyə o qeyd edib.

Xatırladaq ki, hazırda Fondun nizamnamə kapitalı 1 milyard 68,4 milyon manatdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR