Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
17-11-2024 [00:02]
Qoç - ciddi müzakirə və önəmli insanla görüş üçün əlverişli zaman deyil. Zərurət yarandığınız düşünsəniz belə, kimsəni nəyəsə inandırmağa çalışmayın. Münaqişəli situasiyalar yaratmayın. Mübahisələrə qatılmayın.
Günün ikinci yarısında istək və niyyətlərinizin əsiri olmayın. Mənfi təmayüllərin təsiri güclənsə də, sakit şəraitə can atın. Ünsiyyəti məhdudlaşdırın, müstəqil işləyin. Sevdiiyniz insanla təmaslarda aqressiv olmayın.
Axşam saatlarına yaxın belinizdə və oynaqlarınızda ağrılar hiss edə bilərsiniz.
Buğa - inadkar və qətiyyətli olun. Günün mənfi təsirlərini azaltmağa yönəlmiş addımlar atın. İşgüzar tərəfdaşlarla təmaslarda kompromis variant arayın. Mühüm qərarların qəbulunu daha münasib zamana qədər ertələyin.
Günün ikinci yarısında yaxınlarınızdan birindən yaxşı məsləhət alacaqsınız. Sevdiyiniz insanla ünsiyyətdə anlaşılmazlıqlar ola bilər. Axşam saatları üçün nəzərdə tutulmuş romantik görüşü təxirə salın.
Yaşam enerjinizinizin səviyyəsi aşağı düşəcək. Yorğunluq hiss edəcəksiniz.
Əkizlər - taleyüklü, çox önəmli məsələlərlə bağlı qərar verəndə əsla tələsməyin. Çoxsaylı auditoriyanın qarşısında olanda özünüzü itirməyin. Peşəkar fəaliyyət sahəsində ən yaxşı məziyyətlərinizi nümayiş etdirin. Karyeranızda irəliləyişlər ola bilər.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlardan birinin paxıl və ya bədxah olduğunu anlamağa çalışın. Səhhətinizə fikir verin. İstirahəti, axşam saatlarında dincəlməyi unutmayın. Dəyər verdiyiniz insanların arasında olun.
Xərçəng - passivlik, süstlük işlərə əngəllər yarada bilər. Qüvvələrinizi bərabər, dürüst paylaşdırın. Genişmiqyaslı işə, mürəkkəb layihəyə başlamayın. Uzunmüddətli səfəri təxirə salın. Həllini gözləyən problemi çözün.
Günün ikinci yarısında şəxsi münasibətləri harmonik edin. Yaxınlarınız sizinlə qayğıkeş, səmimi davranacaqlar. Onların dediklərinə qulaq assanız, situasiyadakı dəyişiklikləri anlayacaqsınız. Axşam saatlarında sağlamlıq prosedurlarına başlamaq olar. Mənasız xərclərə yol verməyin.
Şir - ailə üzvlərinin problemlərini həll etmək, yaxınlarınız və dostlarınızla münasibətləri normallaşdırmaq üçün əlverişli zamandır. Tərəfdaşınızla əlaqələri bərpa edin. Müttəfiqlərlə şübhə ilə davranmayın. Əlaqələri intensivləşdirin.
Günün ikinci yarısında yaradıcılıq potensialının səviyyəsi yüksələcək. Çətinliklərin həllində yaradıcı davranın. Uzun müddətdən bəri həllini gözləyən problemi yada salın. Pozitiv fikirləriniz və məhsuldar ideyalarınız durumunuzu yaxşılaşdıra bilər.
Qız - münaqişəli vəziyyəti və mübahisəni sərt qərarla çözməyə çalışmayın. Yaxın ətrafınızdakı insanlarla münasibətlərdə soyuqqanlı və təmkinli olmalısınız. İşdə rəhbərliklə danışığı və ya şikayəti təxirə salın.
Günün ikinci yarısı vacib sənədlər, anlaşma və müqavilənin imzalanması üçün yaxşı zamandır. Yeni ideyalar peşəkar inkişafınıza təkan verəcək.
Sevdiklərinizə xüsusi diqqət ayırın. Bəzən kobud davrana bilərlər. Qıcıqlansanız da, əsəblərinizə nəzarət edin. Davranışın səbəbini ayrıd etməyə can atın.
Tərəzi - hadisələrin axarında olun, nələrin baş verdiyini diqqətlə müşahidə edin. Gün ərzində kiçik, amma önəmli işlər görülməlidir. Elektrik əşyası sıradan çıxa bilər. İşdə kobud səhvlərə yol verməyin.
Günün ikinci yarısında prosesləri nəzarətdə saxlayın. Maliyyə problemlərinin həll olunma zamanıdır.
Axşam saatlarında enerjiniz azalacaq, yorulacaqsınız. Pozitiv emosiyalar üçün qohumlarla görüşmək pis deyil.
Əqrəb - günün yaratdığı problemlərin öhdəsindən gəlmək üçün sadə, ənənəvi metodlar işlək deyil. Çoxgedişli strategiya düşünün. Sonucda problemləri həll etməklə yanaşı, özünüz barədə xeyli yeni məqamlar öyrənə bilərsiniz.
Günün ikinci yarısında mövqelərinizi möhkəmləndirmək üçün soyuqqanlı və gülərüz olun. Alış-veriş pis keçməyəcək.
Təklifiniz diplomatik şəkildə səslənərsə, yaxınlarınız tərəfindən dəstəklənəcəksiniz. Axşam saatları relaks, qüvvələrin bərpası zamanıdır. Əzələlərdə ağırlıq hiss edə bilərsiniz.
Oxatan - sakit olun, təmkinli davranın. Gün ərzində stressli situasiyalar yaranacaq. Maliyyə problemləri yaransa da, yaxınlarınızın yardımlarına çox güvənməyin.
Problemlərinizi müstəqil həll etməyə can atın.
Günün ikinci yarısında nəqliyyat vasitəsi almaq fikri yarana bilər. Nağd pul imkanlarınızı sayıq dəyərləndirin, kredit şərtlərini diqqətlə nəzərdən keçirin.
Sevdiyiniz insanlarla münasibətlərinizdəki sərinliyi aradan qaldırın. İti və kəsici alətlərlə ehtiyatlı olun.
Axşam saatlarında normal istirahət edin.
Oğlaq - tərəfdaşlar və şəriklərlə münasibətləri aydınlaşdıranda ifrata varmayın. Emosiyalarınıza ciddi nəzarət edin. Dəyər verdiyiniz insanların qəlbini qırmayın. Qıcıqlı olsanız da, irad və tənqidlərə sərt cavab verməyin.
Günün ikinci yarısında köhnə umu-küsülər yada düşə bilər. İradların səbəbini anlayın, kor-koranə müdafiəyə çəkilməyin. Münasibətləri möhkəmləndirin. Axşam saatlarında sevdiyiniz insanı sevindirin. Enerji potensialı orta səviyyədədir.
Dolça - yaşam şərait sizin üçün əlverişlidir. Fəqət, hadisələri tələsdirməyin. Maliyyə məsələlərindən savayı bütün sahələrdə irələləyiş mümkündür. Səyahət və ya ezamiyyət planlaşdırmayın. Qərarlarınızla əməllərinizi təhlil edin. Belədə yaxın gələcəkdə yeni səhvlərin qarşısını ala bilərsiniz.
Günün ikinci yarısında yarımçıq işləri tamamlayın. Çətin vəziyyətdən çıxışda tələsməyin. Düşünüb-daşınandan sonra mövqeyinizi açıqlayın.
Yaxınlarınızdan biri ilə axşam saatlarında gəzintiyə çıxmaq olar. Evə gec qayıtmayın. Qüvvənizi bərpa etməlisiniz.
Balıqlar - adi günlərdən fərqli olaraq bu gün irəliləyiş imkanları az deyil. Danışıqlar aparmaq, görüş keçirmək olar. Ən yaxşı məziyyətlərinizi nümayiş etdirin. Alış-veriş, nəqliyyat vasitəsi və ya bahalı nəsnə almaq üçün əlverişli zamandır.
Günün ikinci yarısında şəxsi münasibətlərdə ziddiyyətli situasiya yarana bilər. Yaxınlarınızdan biri ilə fikir ayrılığı yaranacaq. İradlar və inciklik ola bilər. Münasibətlərin aydınlaşdırılmasını ertələyin. Axşam saatlarında normal istirahət edin.
Milli.Az
İran eyni anda 4 ölkəni birdən vurdu – Müharibə daha da şiddətlənr
İstefaya göndərilən Amerikalı general Trampa “ilişdi”: “Ordunun başında xarakerli lider olmalıdır”
İran PA Trampın tələbini lağa qoydu: “Təzminat ödə, sonra…”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyə derbisi: "Fənərbağça" son dəqiqədə "Beşiktaş"ı devirdi
"Rusiya tərəfinə bir daha xatırlatmaq istərdik ki..." - Rəsmi Bakıdan Kreml sözçüsünə etiraz
Sabah gücü külək olacaq - Xəbərdarlıq
Silinməmş vəsaitlər... - "Bakıkart" NFC funksiyası olan bank kartlarından istifadə edən şəxslərə müraciət edib
Sulutəpə - Hökməli yolunda subasma: tədbir görüldü - VİDEOLAR
Badamdar yamacında sürüşmə: nəqliyyatın hərəkəti dayandırılıb - Kəmaləddin Heydərov əraziyə gəlib (VİDEO)
Bu gün 49 mindən çox şagird buraxılış imtahanı verdi - 4 nəfər zaldan qovuldu (YENİLƏNİB)
Sabah yağış yağacaq
Şəmkirdə 16 yaşlı uşaq dəhşət saçdı - 19 yaşlı gənc öldürüldü
Keşlədə bəzi əraziləri su basıb - VİDEO
Xocalı soyqırımının təşəbbüskarlarından biri öldü
Məmur olmaq istəyənlər üçün imtahan keçirilir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İsa Nəcəfov: "Mən İslama dair 16 kitab tərcümə etdirmişəm" - "Əgər mən o kütləyə rəhbərlik etsəydim, bu, dövlətə qarşı çıxmaq olardı" (MÜSAHİBƏ)
Bu rayonlara qar yağır - SİYAHI
300 MİN İSTƏDİ, 16 MİN VERİLƏCƏK - "Tərtər işi"ndə işgəncəyə məruz qalan keçmiş hərbçiyə təzminat ödəniləcək
TƏBİB-in sədr əvəzi özünə müşavir götürdü - FOTO
“İsrail vurdu” mifini Türkiyə təkzib etdi
"Vergi də bir sevgidi, vaxtında bəyan etmək lazımdı" - Mühasiblər və vergi mütəxəssisləri bir araya gəldi (VİDEO, FOTOLAR)
Nizami Kino Mərkəzinin binasına zərər vuranlar saxlanıldı - Açıqlama + FOTO (YENİLƏNİB)
İllər ötdü, Ziya Məmmədov dəyişmədi - Sabiq nazir toyda + FOTO
"Kirayə gəlirləri ilə bağlı yanlış təsəvvür yaranıb" - Vergi Xidmətinin baş idarə rəisi son dəyişikliklərə şərh verib
Sabah yağış yağacaq
Xəzər dənizində zəlzələ olub
Vanda güclü zəlzələ olub
Prezident İlham Əliyevdən İrana iki dildə mesaj: "Dost və qardaş xalqlarımız əsrlər boyu bir-birinə dayaq olub və..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ-ın məşhur nəşri yazır: “İran Pakistan vasitəsiylə Amerika ilə danışıqdan imtina edib” – Daha 3 ölkənin səyləri də nəticə vermir
Türkiyə-Azərbaycan Universitetinin rektoru: "Biz hər bir tələbə üzərində xüsusi həssaslıqla işləyirik" - MÜSAHİBƏ
Nadir şah Əfşardan yadigar qalan "Zindan"... - Deputatın oğlu bu nazirliyin də tenderini qazandı
"Haqqımız, uşaqların alın təri Əliyarın haramı olsun" - “Turan Tovuz”un prezidenti əsəbləşdi (VİDEO)
"Sosial şəbəkələrdə niyə təhqir olunmalıyam? - Elnarə Abdullayeva polisə şikayət edib
İran səmasında Çin istehsalı PUA vuruldu – Rəsmi Tehran iki müsəlman ölkəsindən izahat istədi