SABAHDAN 6 GÜN ARDICIL RƏSMİ İŞ GÜNÜ OLMAYACAQ - Bəs məktəblilər neçə gün tətil edəcək? (YENİLƏNİB)
CƏMİYYƏT
07.11.2024, 18:02
Sabahdan Azərbaycanda altıgünlük bayram tətili başlayır.
Mia.az xəbər verir ki, ölkədə 8 noyabr Zəfər Günü, 9 noyabr Bayraq Günüdür.
Noyabrın 9-u şənbə gününə təsadüf etdiyindən Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” müvafiq qərarına əsasən, noyabrın 11-i də qeyri-iş günü olacaq.
Bundan başqa, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə noyabrın 12-si və 13-ü iş günləri ilə müvafiq olaraq noyabrın 16-sı və 23-ü istirahət günlərinin yerləri dəyişdirilib.
Bununla da noyabr ayında ardıcıl olaraq 6 gün (8, 9, 10, 11, 12 və 13 noyabr) iş olmayacaq. Növbəti iş günü isə noyabrın 14-də olacaq.
***
Bayram günləri və şənbə-bazar günləri nəzərə alınmaqla payız tətilindən sonra ilk dərs günü altı günlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində 23 noyabr, beş günlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində isə 25 noyabr tarixlərində olacaq.
Mia.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, qeyri-iş günləri istisna olmaqla, COP 29-un keçiriləcəyi dövrdə dövlət məktəbəqədər təhsil müəssisələrində tədris prosesi fasiləsiz davam edəcək.
Xatırladaq ki, Nazirlər Kabinetinin COP29-un keçiriləcəyi dövrdə ölkə ərazisində təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair qərarına əsasən ümumi təhsil müəssisələrində payız tətili noyabrın 12-dən 22-dək olacaq.
Məlumat üçün bildirək ki, Nazirlər Kabinetinin qərarı ilə Azərbaycanda fəaliyyət göstərən orta məktəblərdə (xüsusi təhsil müəssisələri istisna olmaqla) payız tətilinin vaxtı dəyişib. Sözügedən qərarla ümumi təhsil pilləsi üzrə 2024-cü il noyabrın 12-dən 22-dək payız tətili olacaq. Orta məktəblərdə tətil ümumilikdə 8 noyabrda başlayacaq və tam 17 gün - 25 noyabra qədər davam edəcək.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
TÜRKİYƏDƏ KEÇMİŞ NAZİRİN OĞLU EVİNDƏ GÜLLƏLƏNDİ
Bugün, 16:05 KRİMİNAL
-
Avqust ayının 28-də ilin son tutulma hadisəsi baş verəcək
Bugün, 16:00 GÜNDƏM
-
Azərbaycanın Rusiyadakı səfirliyinin qonaq evinin qarşısında təxribat... - XİN bəyanat yaydı, Moskkadan tələb etdi
Bugün, 15:42 GÜNDƏM
-
Prezident İlham Əliyev sərəncam imzaladı - Kluba 5 milyon ayrıldı
Bugün, 15:34 GÜNDƏM
-
İcra başçısının atası Bakıda dava etdi: "Baş nahiyəsinə küt alətlə zərbə endirib və..."
Bugün, 15:22 GÜNDƏM
-
Bu icazə üçün 70 manat dövlət rüsumu alınacaq - Prezident daha bir qanuna dəyişikliyi təsdiqlədi
Bugün, 15:09 GÜNDƏM
-
Azərbaycan-Pakistan 12-ci İşçi Qrupu Səviyyəli Görüşü keçirilib
Bugün, 14:53 GÜNDƏM
-
GECƏNİN DAVASI: UEFA hərəkətləndi - "Fənərbağça"nın futbolçusuna təpik atan kim olub? - FOTOLAR
Bugün, 14:48 İDMAN
-
ƏƏSMN-in sabiq şöbə müdiri Agentlikdə qrup rəhbəri təyin edildi
Bugün, 14:22 CƏMİYYƏT
-
Hülya Avşar köməkçisi ilə "su savaşı"na çıxdı - FOTOLAR
Bugün, 14:07 ŞOU-BİZNES
-
600-dən çox bal toplayan 30 abituriyent ali məktəbə qəbul olunmayıb
Bugün, 14:00 GÜNDƏM
-
Rusiya ilə Qazaxıstan arasında anlaşma - Rus nefti qonşu ölkədə emal olunacaq
Bugün, 13:55 İQTİSADİYYAT
-
Rusiya ilə Rumıniya arasında gərginlik böyüyür
Bugün, 13:31 DÜNYA
-
Paşinyan: "Heç kim indi sual vermir ki, Köçəryanda milyardlar haradandır" - "Köçəryan, Sarksyan, Tsarukyan pensiya ilə yaşamalıdır"
Bugün, 13:17 SİYASƏT
-
Kılıçdaroğlu İstanbulla bağlı qərar verdi: "Yeni Partiyaya dəstək verin" - Liderlər barışır?
Bugün, 13:11 SİYASƏT
-
Ceyhun Bayramov yeni səfirlə müzakirə aparıb - XİN-dən açıqlama
Bugün, 12:59 SİYASƏT
-
Laçında Beynəlxalq Film Festivalı: kimlər mükafatlandırldı? - FOTOLAR
Bugün, 12:54 MƏDƏNİYYƏT
-
“Evimi məcbur “İrşad”ın departament rəhbərinin adına rəsmiləşdirdim” - “İrşad Electronics”lə bağlı şok iddialar
Bugün, 12:43 CƏMİYYƏT
-
Boğazında ət tikəsi qaldığından bıçaqla deşdi - Qanaxmadan öldü
Bugün, 12:32 KRİMİNAL
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:21 CƏMİYYƏT
-
Universitetlərə qeydiyyat başlayır
Bugün, 12:07 GÜNDƏM
-
QƏBULLA BAĞLI STATİSTİK MƏLUMATLAR... - DİM sadaladı
Bugün, 11:59 GÜNDƏM
-
Aparıcı Nigar Fərhad saxlanıldı
Bugün, 11:48 PRESS
-
"Rabitəbank"ın səhmdarları arasında dəyişiklik olub - SİYAHI
Bugün, 11:39 İQTİSADİYYAT
-
"Yeraltı"nın aktrisası bu dəfə görüntüləri ilə gündəm oldu - FOTLAR
Bugün, 11:34 ŞOU-BİZNES
-
"Fənərbağça" futbolçularına mükafat veriləcək
Bugün, 11:34 İDMAN
-
Prezident İlham Əliyev Maya Sanduya məktub göndərib - MƏTN
Bugün, 11:25 GÜNDƏM
-
Jurnalist vəzifəyə təyin olundu
Bugün, 11:19 PRESS
-
İSRAİL GECƏYLƏ İKİ ÖLKƏYƏ GİRDİ: Bölgə yenidən böyük müharibəyə sürüklənir
Bugün, 11:14 GÜNDƏM
-
Sosial şəbəkələrdə saxta elan və səhifələr... - DİN-dən daha bir xəbərdarlıq
Bugün, 10:56 CƏMİYYƏT
-
Elm və Təhsil Nazirliyi dərsliklərlə bağlı məlumat yaydı
Bugün, 10:50 CƏMİYYƏT
-
Hərracda 44 maşın satıldı: "KAMAZ" 21 min, ekskavator-yükləyici 15 100 manata...
Bugün, 10:41 İQTİSADİYYAT
-
TENDER MÜQAVİLƏLƏRİ... - Ali Məhkəmə mübahisəli vəziyyətlərlə bağlı vahid qərar qəbul etdi
Bugün, 10:06 İQTİSADİYYAT
-
Azərbaycan nefti cüzi ucuzlaşıb
Bugün, 09:44 İQTİSADİYYAT