Ərdoğan partiya lideri ilə İmamoğluya qarşı iddia qaldırdı - Hər birindən bir milyon tələb olunur

img

01-11-2024 [22:34]


Prezident Rəcəb Tayyib Ərdoğan bu gün İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) bələdiyyə sədri Əkrəm İmamoğlu və CHP sədri Özgür Özəli məhkəməyə verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ölkə başçısı hər iki şəxsə qarşı “ təhqir” və “böhtan” maddələri ilə iddia qaldırıb.

Ərdoğan bir neçə gün əvvəl İstanbulun Esenyurt rayon bələdiyyə sədri Ahmet Özerin “PKK/KCK silahlı terror təşkilatına üzv olmaq” ittihamı ilə həbsindən sonra adıçəkilən siyasilərin şəxsinə yönələn açıqlamalarını təhqir və böhtan sayıb: "Bu səbəbdən hər iki şəxsə iddia qaldırılıb. İddia ərizəsində həm Özgüer Özəl, həm də İmamoğlunun hər birindən bir milyon lirə təzminat, eyni zamanda, məhkəmə və vəkil xərclərin ödənləməsi tələbləri də var".

Samir Musayev
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR