Volkan Dəmirəl Baş məşqçi təyin olunub - 3 illik müqavilə imzalanıb

img

30-10-2024 [20:46]


Türkiyə Super Liqasının 10-cu turunda "Fənərbağça"ya 2:0 hesabı ilə məğlubiyyətdən sonra "Bodrum FK"nin sükanı axasından istefaya göndərilən təcrübəli çalışdırıcı İsmet Taşdemirin yerinə bu gün yeni baş məşqçi təyin edilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klub baş məşqçi vəzifəsinə Volkan Dəmirəli gətirib.

Muğla komandası Dəmirəllə 3 il müddətinə müqavilə imzalayıb.

İmza mərasimində iştirak edən "Bodrum FK" prezidenti Fikrət Öztürk Dəmirələ uğurlar arzulayıb.

"Bodrum FK"nin böyük hədədi olduğu üçün anlaşdığını deyən Volkan Dəmirəl isə yeni klubunda özünü xoşbəxt saydığını dilə gətirib.

Fərid Aslan

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA