Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
17-10-2024 [00:01]
Qoç - günün ilk yarısında problemlərin sayı artacaq. Diqqətli olun, sərvaxt davranın. Alacağınız təkliflərin əksəriyyəti ilk baxışdan məntiqli təsir bağışlasa, şirin vədlərə aldanmayın. Qüvvələrinizlə potensialınızı dürüst qiymətləndirin. İllüziyalara qapılaraq arzular aləmində "qərq" olmayın.
Günün ikinci yarısında uzaqdan maraqlı xəbər alacaqsınız. Formalaşan situasiyanın məqamlarını nəzərə alaraq nüanslardan faydalanın. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün məntiqli olun, kiçik işlərə həddən artıq vaxt sərf etməyin. Axşam saatlarında normal istirahət edin.
Buğa - emosional fonunun çox pisləşəcəyi, əsəblərin tarıma çəkiləcəyi zamandır. Yaşanan prosesləri dəyərləndirərkən yanılmayın. Yaxşı tanımadığınız insanlarla ünsiyyətdə həssas olun. Yaxın ətrafınızdakı insanlarla təmasların formatını müəyyənləşdirin, hədəfləri konkretləşdirin.
Günün ikinci yarısında müsbət təmayüllərin təsiri artacaq. Maraqlı ideyalar, kommersiya layihələri ola bilər. Potensialınızın hədlərindən kənarda olan işə, genişmiqyaslı layihəyə başlamayın. İrreal vədlər verərək özünüzü ağır duruma salmayın. Səhhətinizdə kiçik problemlər ola bilər.
Əkizlər - günün informasiya fonu əlverişlidir. Görəcəyiniz işləri müəyyənləşdirmədən fəaliyyətə başlamayın. Diqqətli olun, sərvaxt davranın. Tərəfdaşlıqla bağlı təklifləri müakirə edin, şərtləri müəyyənləşdirin. Yeni tanışlarla diskussiyalar zamanı aqressiv və sərt olmayın. Məsləhətləri qulaqardına vurmayın.
Günün ikinci yarısında səhhətinizə fikir verin. Hisslərə qapılaraq düşünülməmiş addımlar atmayın. Qərarlarınızda iradəli, əzmli olun. Bəzi addımları atmazdan əvvəl düşünüb-danışmaq gərəkdir.
Dəyər verdiyiniz insanların qədrini bilin. Mənasız iradlar və səbəbsiz tənqidlər münasibətləri korlaya bilər.
Xərçəng - soyuqqanlı və məntiqli olun. Bədxahlarınızla rəqibləriniz sizə qarşı yeni, məkrli plan qurublar. Yaxşı bələd olmadığınız insanlardan biri etimadınızdan sui-istifadə etməyə çalışacaq. Sadəlövhlük edərək "saf" qərarlar verməyin.
Peşəkar fəaliyyətlə bağlı maraqlı təkliflər alacaqsınız. Daşınmaz əmlakla əməliyyatlar və maliyyə məsələlərinin həlli üçün münasib zaman deyil. Günün ikinci yarısında passiv olmayın. Süstlük və tənbəllik bu gün əsas düşmənlərinizdir. Axşam saatlarında gəzintiyə çıxın.
Şir - günün ilk yarısı həftənin ən uğurlu dönəmidir. Yaranan fürsətlərdən, əlinizə düşən şanslardan maksimal dərəcədə istifadə edin. Aktiv və zəhmətkeş olsanız, rəqiblərinizi asanlıqla üstələyə bilərsiniz. Ətalətə qapılmayın. Kiçik sədlər və xırda maneələr sizi məqsədə aparan yoldan döndərməməlidir.
Günün ikinci yarısında işgüzar aktivliyi bir qədər azaldın. Əks təqdirdə izafi yorğunluq hiss edə bilərsiniz. Maliyyə məsələlərinin təhlili üçün yaxşı zamandır.
Daşınmaz əmlakınızın sənədləşdirilməsi ilə bağlı işləri təxirə salmayın. Qonşu ilə mənasız dartışmalara başlamayın. Hüquqlarınızın tapdandığınızı düşünürsünüzsə, məhkəməyə ərizə ilə müraciət edin.
Axşam saatlarında alış-verişə yollananda zəruri olmayan əşya və ya məhsul almayın.
Qız - mobil telefonunuz, hələ də, yaxşı işləyirsə, onu yenisi ilə əvəzləməyə nə ehtiyac var? Zaman keçdikcə dəyəri sürətlə itirən əşya almaq əvəzinə pulunuzu toplayaraq daha məqsədəuyğun işlərə sərf edin.
İşdə həmkarlarınızla sürəkli mübahisə etməyin. Yanınızdakı adamlardan birinin məsləhətinə qulaq asın. Sizdən təcrübəli və biliklik şəxsin göstərdiyi yolda yanlışlıq yoxdur.
Günün ikinci yarısında əlaqələrinizi yenidən gözdən keçirin. Mənasız təmaslar və ekstensiv müzakirələrdən uzaq durun. Axşam saatlarında normal istirahət edin.
Tərəzi - problemlərin hamısı həllini tapmasa da, vaxtınızı yalnız onların çözümünə həsr etməyin. Yerinizdə durmayın, irəliləyin. Yeni işə başlamaq üçün əlverişli zamandır. Məqsədə doğru aparan yolun qısa olmadığını bilin.
Günün ikinci yarısında alternativ variant, orijinal həll aşkar qarşıdurmalardan yayınmağınıza imkan verəcək. Bir qədər hiyləgərlik edin, fəndgir olun.
İndiyədək sizi dəstəkləyən insanla fikir ayrılığı yarana bilər. Sərt danışmayın. Dostlarınız və yaxınlarınız hətta konstruktiv tənqiddən də inciyəcəklər.
Əqrəb - peşəkar fəaliyyət müstəvisində yeni təşəbbüslər və layihələr üçün pis zaman deyil.
İdeyalarınız nə qədər cəsarətli və orijinal olarsa, bir o qədər yaxşıdır. Onların arasında daha real təsir bağışlayanları seçərək həyata keçirmək olar.
İşgüzar danışıqlar, müzakirələr, yeni müştərilər və tərəfdaşlar axtarışları üçün yaxşı zamandır. Sizi ilk dəfə görən insanda özünüzlə bağlı xoş təəssürat yaratmağa çalışın.
Günün ikinci yarısında planlaşdırılmamış səfər ola bilər. Yolda əhvalınız pis olmayacaq. Sosial fənlərə, ezoterik məqamlara marağınız artacaq.
Oxatan - yaxşı nəticələr verə biləcək işə başlayın. Sizi yoldan çıxarmaq, hərəkətinizi dayandırmaq, irəliləyişinizə mane olmaq istəyəcək insanlar var. Onların niyyətlərinin gerçəkləşməsinə imkan verməyin. Hər şeyə rəğmən irəliləyin.
Günün ikinci yarısı korlanmış münasibətlərin bərpası, işgüzar əlaqələrin yenilənməsi, əvvəlki işə qayıdış üçün əlverişlidir. Bir zamanlar ortaq işgüzar və kommersiya maraqlarınızın olduğu insanlarla qarşılaşa bilərsiniz.
Şəxsi münasibətlər baxımından pis zaman deyil. Çalışın, zəhmət çəkin. Zəifliklərinizin öhdəsindən gəlmək, pis vərdişlərdən qurtulmaq şanslarınız var.
Oğlaq - günün ilk yarısı ağır və çətin olsa da, saatlar keçdikcə müsbət təmayüllərin təsiri güclənəcək. Ciddi olun, praqmat davranın. Taledən hədiyyələr gözləməyin.
Əldə olunan nəticələr məqsədə çatmaq üçün sərf etdiyiniz səylərə tam proporsional olmayacaq. Dəvət aldığınız tədbirlərə qatılın. Yeni məlumatlarla informasiyalar əldə edin.
Günün ikinci yarısında maraqlı tanışlıq, xoş tanışlıq olacaq. Lakin onların ciddi perspektivi yoxdur.
Axşam saatlarına yaxın başlanacaq ünsiyyətlər səthi səciyyə daşıyır.
Çoxdan bəri həllini gözləyən ixtilafı, anlaşılmazlığı çözün.
Dolça - köhnə problemləri və çətinlikləri unudaraq yeni işə başlamayın. Özünüzə əminliyin itdiyi situasiyaları xatırlayaraq o xoşagəlməz anların təkrarlanmamasına çalışın. Bilik və bacarıqlarınızı nümayiş etdirin. Yaxın ətrafınızdakı insanları təəccübləndirin.
Günün ikinci yarısında əks cins mənsubu ilə ünsiyyətdə diqqəli olun. Dostlardan birinin yardımlarınıza ehtiyacı var. Eqoist və təşəxxüslü olmayın. Yaşanan proseslərin məzmunu ilə yanaşı, səbəblərini anlamağa can atın. Axşam saatlarında qəfil səfər ola bilər.
Balıqlar - mimikriya etməyi yaxşı bacaran insanlarla ünsiyyət zamanı onların maskalanmış simalarındakı gizgiləri sezməyə çalışın. Sizi tərifləyən adamların məqsədləri var və bunu anlayın.
Tərəfdaşlıq etməyi düşündüyünüz insanı sınaqdan keçirsəniz, pis olmaz. Bir qədər şühəli olun, hər eşitdiyinizə inanmayın. İşdə rəhbərlik və həmkarlarla münasibətlərdə rəvan olun, emosiyalara qapılmayın.
Günün ikinci yarısında başqalarının səhvlərinin yaratdığı fəsadları aradan qaldırmalı olacaqsınız. İşlər artır və belə situasiyada vaxtınızın qədrini bilin. Gəlirlər çox olmasa da, var. Borc verməyin, kredit götürməyin. Maliyyə durumunuzu real qiymətləndirin. Axşam saatlarını sevdiyiniz insana həsr edin.
Milli.Az
ABŞ daha bir tankerə "əl qoydi" - "Amerika bu məsələdə qərarlıdır"
"Beşiktaş" 3 xalı 3 qolla qazandı
Məşhur hücumçu "Fənərbağça"dan ayrıldı
Ağ Ev sözçüsü İrana hücumun təxirə salınma səbəbini açıqladı: "Tehran rejimi ən azı 800 edamı dayandırdı..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Naxçıvanda yeni iqtisadi reallıqlar... - Cavadxan Qasımov yazır
Telekanal Oktay Kaynarca ilə vidalaşdı - "Burada işləyə bilməz"
Məşhur voleybolçu sərbəst buraxıldı
İsrail ordusu Qəzzaya ağır zərbələr endirir
"Konyaspor" səfərdə "Bodrum"u məğlub etdi
Ziraat Türkiyə Kuboku: İstanbul komandası qalib gəldi
"Qalatasaray"ın keçmiş oyunçusu yeni klubla anlaşdı
Təxribat tipli paylaşım edən 325 nəfər saxlanıldı - Türkiyədə
Ağsuda hesabat yığıncağı keçirilib - FOTOLAR
İslam İnkişaf Bankı Qrupunun Təşkilat Komitəsinin iclası keçirilib
Çindən İrana daha bir dəstək mesajı verilib - XİN başçıları danışdı
Rusiya DİN-in Təlim Mərkəzində partlayış olub - 9 nəfər yaralanıb
AFFA rəsmiləri Türkiyəyə səfər edib
Magistraturaya qəbul: qayda dəyişib
"Bir dəfə İlqar Mikayıloğlunu meşədə döymüşəm" - Elza Seyidcahan
Azərbaycan və Ermənistan rəsmiləri dəmir yolu sahəsinə baxış keçiriblər - Rəsmi açıqlama yayıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabah Bakının bu ərazilərində qaz olmayacaq
"Qalatasaray" Almaniyadan 18 yaşlı futbolçu alıb
Türkiyə Mərkəzi Bankının valyuta və qızıl ehtiyatı artdı - Bir həftə içində 6.9 milyard dollar
Azərbaycanlı alim ABŞ-da həbs olunub
Yaxın Şərqdə ABŞ bazaları... - Elxan Şükürlü yazır
Gültəkin Hacıbəylinin şikayəti təmin edilmədi
Slavyan Universitetinin yataqxanasında yanğın olub
Hesablama Palatasının Strateji Planı təsdiqlənib
"mygov" platforması adından saxta elanlar yayılır
Yanvarın 17-dən hava şəraiti dəyişəcək - Xəbərdarlıq
MİQ imtahanı pullu olub - Qanun təsdiqlənib
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
Prezident İlham Əliyev daha iki qanuna dəyişikliyi təsdiqləyib
Rusiya ingilis diplomatı casusluqda ittiham edir - Bəyanat
"Alima bunu qəsdən öyrətmədim, ona görə ki..."
"Turizmin inkişafına dair Dövlət Proqramı" hazırlanıb
Növbət hərrac keçiriləcək
DSMF: “Pensiya yaşının dəyişdirilməsi müzakirə mövzusu deyil”
Regional Gənclər və İdman İdarəsinin rəisi vəzifədən azad olunub
"Səbail" klubu yeni futbolçu transfer edib
YENİ QURUM YARADILDI - Fərman