Sabah Səbail rayonunun bir hissəsində qaz təchizatı dayandırılacaq

img

15-10-2024 [21:19]


Sabah saat 10:00-dan etibarən Səbail rayonunun bir hissəsində qaz təchizatı dayandırılacaq.

Mia.az “Azəriqaz”a istinadla xəbər verir ki, qaz təchizatı rayonda yerləşən çoxmərtəbəli yaşayış binasına məxsus qaz xəttinin şəbəkəyə qoşulması və tıxaclanması, həmçinin Badamdar qəsəbəsi, 54-cü küçədə yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması və üzərinə sayğacların köçürülməsi səbəbi ilə dayandırılacaq.

Bu müddətdə Səbail rayonu, 1-ci və 2-ci massivlərin, Badamdar şosesinin, G.Qarayev, Z.Yusifzadə, S.Qədimova, Q.Abbasov, A.Əliyev, Ə.Nəzmi, L.Babayev, A.Məmmədov, M.Hüseynov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA