Deputat Ramid Namazov Ziyafət Əsgərovu əvəzləyib

Deputat Ramid Namazov Ziyafət Əsgərovu əvəzləyib

SİYASƏT

15.10.2024, 13:55

Azərbaycanın NATO Parlament Assambleyasındakı nümayəndə heyətində dəyişiklik olub.

Mia.az Modern.az-a istinadən xəbər verir ki, yeni çağırışdan NATO Parlament Assambleyasındakı nümayəndə heyətinə Ramid Namazov rəhbərlik edəcək.

Nümayəndə heyətinin digər üzvləri isə Könül Nurullayev, Samir Vəliyevdir.

Qeyd edək ki, bundan əvvəl Ziyafət Əsgərov Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin rəhbəri olub. O, yeni çağırışda Milli Məclis sədrinin müavini vəzifəsinə seçilib.

Keçmiş nümayəndə heyətində Siyavuş Novruzov, Məlahət İbrahimqızı, Kamran Bayramov və Elşən Musayev olub.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR