İlham Əliyev beynəlxalq konfrans iştirakçılarına müraciət ünvanlayıb - MƏTN (Yenilənib)
GÜNDƏM
02.10.2024, 10:04
Azərbaycan Prezidenti İlham Əliyev “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun dəstəklənməsi” mövzusunda oktyabrın 2-də Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb.
Mia.az xəbər verir ki, müraciətin mətnini Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik, Əsir və İtkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev oxuyub.
Müraciət mətnini təqdim edirik:
"Hörmətli konfrans iştirakçıları!
Sizi itkin düşmüş şəxslər probleminə həsr olunmuş beynəlxalq konfransda salamlayıram.
Azərbaycanın təşəbbüsü ilə silahlı münaqişələr zamanı itkin düşmüş şəxslər məsələsinə dair ölkəmizdə ikinci beynəlxalq konfransın keçirilməsi bu mövzunun aktuallığını və problemin həllində qlobal səylərin artırılmasının vacibliyini bir daha təsdiq edir.
İtkin düşmüş şəxslər faciəsi Ermənistanın Azərbaycana qarşı təcavüzünün ağır fəsadlarından biridir. Birinci Qarabağ müharibəsi nəticəsində 30 ildən artıqdır ki, 4000-dək azərbaycanlı itkin düşmüş şəxs hesab olunur. Onların arasında mülki şəxslər, o cümlədən uşaqlar və qadınlar da vardır. 2020-ci il Vətən müharibəsində isə 6 Azərbaycan vətəndaşı itkin düşmüşdür.
Torpaqlarımızın işğaldan azad edilməsindən sonra meydana çıxmış yeni faktlar itkin düşmüş azərbaycanlılara qarşı törədilən vəhşiliklərlə bağlı şahidlərin ifadələrini bir daha təsdiq etmişdir. Həmin ərazilərimizdə aşkar olunmuş kütləvi məzarlıqlarda ekshumasiya işlərinin aparılması nəticəsində Ermənistan tərəfindən əsir və girov götürülmüş şəxslərin işgəncələrə, zorakılığa və qeyri-insani rəftara məruz qalaraq qətlə yetirildiyi barədə təkzibedilməz sübutlar toplanmışdır.
Siz sabah Azərbaycanda akkreditə olunmuş diplomatik korpusla birgə Ağdərə rayonunun Sırxavənd kəndində kütləvi məzarlıqların birinə baş çəkəcəksiniz. Ermənistanın işğalı altında olan zaman Şuşa həbsxanası azərbaycanlı əsir və girovların saxlanıldığı və işğəncələrlə öldürüldüyü konsentrasiya düşərgəsi kimi fəaliyyət göstərmişdir.
Açıq mənbələrdə və internet resurslarında Birinci Qarabağ müharibəsində Ermənistan tərəfindən azərbaycanlılara qarşı törədilmiş insanlığa sığmayan əməlləri sübut edən kifayət qədər foto və videolar mövcuddur. Müharibə cinayətləri və bəşəriyyətə qarşı cinayətlər törətmiş bəzi şəxslər bu gün Azərbaycanın ədalət mühakiməsi qarşısında cavab versə də, Ermənistanda buna görə hələ bir nəfər belə məsuliyyətə cəlb olunmamış, əksinə onlar qəhrəmanlaşdırılmışdır.
Eyni zamanda, müxtəlif vaxtlarda Ermənistanda olan hərbi canilər, komandirlər kütləvi məzarlıqlar barədə məlumatlara sahib olduqlarını bildirmişdir. Buna baxmayaraq, Ermənistan hələ də bu məzarlıqların, o cümlədən Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun qalıqlarının yeri barədə məlumatları verməkdən imtina edir.
Ermənistan öz destruktiv mövqeyindən əl çəkməli və beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərini yerinə yetirməlidir. Əgər Ermənistan həqiqətən də Azərbaycanla sülhə nail olmaq istəyirsə, onda əsir və girov götürülmüş azərbaycanlılara münasibətdə törədilmiş vəhşilikləri qətiyyətlə pisləməli və günahkarları cəzalandırmalıdır. Bu, həmçinin, iki ölkə arasında təsirli etimad quruculuğu tədbirlərindən biri ola bilər.
Azərbaycan dövləti itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi üçün bütün zəruri addımları atır. 1993-cü ildən etibarən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bu humanitar missiyanı layiqincə yerinə yetirir. Vətən müharibəsindən sonra Komissiyanın fəaliyyəti daha da genişləndirilmiş və yaxşı nəticələr əldə edilmişdir. Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 155 nəfərin şəxsiyyəti eyniləşdirilmiş və onlar hərbi ehtiram göstərilməklə dəfn edilmişdir.
Bugünədək dövlət qurumlarımız, itkin düşmüş şəxslərin doğmaları, vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən müxtəlif beynəlxalq təşkilatlara dəfələrlə müraciətlər edilsə də, əfsuslar olsun ki, bu məsələdə də ikili standartlarla üzləşirik. Aidiyyəti beynəlxalq qurumlar bu müraciətlərə səssiz qalmamalı və qətiyyətli addımlar atmalıdır.
Azərbaycan beynəlxalq ictimaiyyətin məsuliyyətli üzvü kimi silahlı münaqişələr zamanı itkin düşmüş şəxslər məsələsinə yalnız öz problemi kimi deyil, dünyanın bir sıra ölkələrinin üzləşdiyi qlobal problem kimi yanaşır. Ölkəmizin təşəbbüsü ilə BMT Baş Assambleyasında hər iki ildən bir itkin düşmüş şəxslər mövzusunda qətnamənin irəli sürülməsi və konsensusla qəbul olunması bu məsələyə beynəlxalq səviyyədə diqqətin artırılması istiqamətində fəaliyyətimizin tərkib hissəsidir.
Bu xüsusda, məsələyə beynəlxalq müstəvidə lazımi diqqətin ayrılmasını təmin etmək üçün BMT çərçivəsində itkin düşmüş şəxslərlə bağlı xüsusi mexanizmin yaradılmasına ehtiyacın olduğu qənaətindəyik.
Sonda konfransın işinə uğurlar diləyir və onun itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində qlobal fəaliyyətə dəyərli töhfə verəcəyinə dair əminliyimi ifadə edirəm".
***
Azərbaycan Prezidenti İlham Əliyev “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun dəstəklənməsi” mövzusunda oktyabrın 2-də Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb.
Mia.az xəbər verir ki, müraciətin mətnini Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik, Əsir və İtkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev oxuyub.
Qeyd edək ki, tədbir Dövlət Komissiyası və Beynəlxalq Qızıl Xaç Komitəsinin birgə təşkilatçılığı ilə keçirilir.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Mehdiyev ev dustağı, qohumları isə...
Bugün, 21:47 SİYASƏT
-
Ayxan Abbasov Qurban Qurbanovun qəzəbinə gələn futbolçudan danışdı: "O, Azərbaycan üçün vacib oyunçudur”
Bugün, 21:26 İDMAN
-
Bu məktəblərdə dərslər distant formada keçiriləcək - SİYAHI
Bugün, 20:55 GÜNDƏM
-
Polad Babayev BƏƏ-də tutulub
Bugün, 20:24 KRİMİNAL
-
"Azəriqaz"da dövlət içində dövlət?! - "Bir şöbənin yerinə iki departament, altı şöbə yaradılıb, ancaq..."
Bugün, 20:14 İQTİSADİYYAT
-
Özgür Özəl və daha 3 deputatın həbsinə hazırlıq gedir - İstintaq tamamlandı
Bugün, 19:59 SİYASƏT
-
Facebook, Instagram, TikTok... - Dövlət Agentliyi 2.4 milyonu reklam adıyla bu şəbəkələrdə "səpəcək"
Bugün, 19:43 PRESS
-
Ceyhun Bayramov İran XİN başçısı ilə danışdı - Nələr müzakirə olunub?
Bugün, 19:16 SİYASƏT
-
Hirkan Milli Parkında narkotik yetişdirirlərmiş...
Bugün, 18:43 KRİMİNAL
-
PARTİYA SƏDRİ NAZİR MÜAVİNİNİ MƏSXƏRƏYƏ QOYDU: "Nə ülvi məqsədləri var, adam lap kövrəlir..."
Bugün, 18:10 İQTİSADİYYAT
-
Xocavənddən Beyləqana 120 kq yararsız əti satmağa aparan şəxs saxlanılıb
Bugün, 18:01 KRİMİNAL
-
Qaradağ İcra Hakimiyyətinin həbs olunan vəzifəli şəxsləri hakim qarşısına çıxarıldı
Bugün, 17:54 CƏMİYYƏT
-
Qətər Dövlətinin Əmiri Azərbaycan Prezidentinə məktub göndərdi - MƏTN
Bugün, 17:39 GÜNDƏM
-
Xameneidən bəyanat: "Düşmən indi də başqa cür müharibə aparır”
Bugün, 17:18 DÜNYA
-
Həbs edilən YAP-ın keçmiş təşkilat sədri haqda maraqlı fakt yayıldı
Bugün, 17:13 SİYASƏT
-
Anar Əliyev BƏT-in Baş direktoru ilə görüşüb
Bugün, 17:06 GÜNDƏM
-
“Avto Kredit” “Avto Zirvə“ qanunları necə pozur? - Qanunsuz lizinq, yüksək faiz
Bugün, 17:00 İQTİSADİYYAT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Təkrar ali və orta ixtisas üzrə sənəd qəbulu başlayıb
Bugün, 16:57 GÜNDƏM
-
"Sabah" klubu 31 yaşlı futbolçuyla anlaşıb
Bugün, 16:32 İDMAN
-
DÇ-2026: Türkiyəli futbolçuların geyim nömrələri bəlli oldu - SİYAHI
Bugün, 16:20 İDMAN
-
Türkiyənin valyuta ehtiyatı azaldı, qızılı isə artdı – Son bir həftədə
Bugün, 16:07 İQTİSADİYYAT
-
Azərbaycandan Ermənistana yanacaq göndərildi
Bugün, 16:00 İQTİSADİYYAT
-
Leyla Əliyeva və Arzu Əliyeva məktəbdə - FOTO
Bugün, 15:47 CƏMİYYƏT
-
YAP Sabunçu rayon təşkilatının keçmiş sədri həbs olundu - Məkəmə zalında... (YENİLƏNİB)
Bugün, 15:30 KRİMİNAL
-
“Hizbullah” İsrail ordusunun generalını “ovlamaq” istəyib
Bugün, 15:19 DÜNYA
-
Tuncay Şanlı “Fənərbaxça”dan ayrıldı
Bugün, 15:10 İDMAN
-
"Fənərbaxça"nın prezidenti və qardaşı həbs edildi - Səbəb
Bugün, 15:00 İDMAN
-
Vilayət Eyvazov Qazaxda iki gün vətəndaş qəbulu və sıra baxışı keçirib - VİDEO
Bugün, 14:56 CƏMİYYƏT
-
Müstəntiq blogerin məhkəməsində dindiriləcək
Bugün, 14:56 KRİMİNAL
-
"ASAN Məktub – Yaz Düşərgəsi 2" layihəsi həyata keçirilib
Bugün, 14:53 CƏMİYYƏT
-
XƏTAİDƏ PİYADA SƏKİLƏRİ SATILIR: “Ayıb deyil?” – VİDEO
Bugün, 14:38 CƏMİYYƏT
-
Azərbaycan və Avropa İttifaqı yeni sənəd imzalayacaq? - Rəylər
Bugün, 14:31 SİYASƏT
-
Vahid Əhmədov: "Mən cənab Prezidentin çıxışına qulaq asmışam..."
Bugün, 14:24 İQTİSADİYYAT