AzTV-nin aparıcısının iki yaşlı qızı bağçada yıxılaraq ölüb - Yenilənib

img

27-09-2024 [10:21]


AzTV-nin əməkdaşı, aparıcı Həmid Əsədzadəyə ağır itki üz verib.

Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, H.Əsədzadənin 2 yaşlı qızı dünən Səbail rayonu ərazisində yerləşən uşaq bağçalarının birində yıxılıb.

O, xəstəxanaya çatdırılsa da, dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

***

Əldə etdiyimiz məlumata görə, hadisə Səbail rayonu İzzət Nəbiyev küçəsində yerləşən “Candy kids” adlı özəl uşaq bağçasında qeydə alınıb.

***

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə ötən gün saat 18:00 radələrində özəl tibb müəssisəsinin qəbul şöbəsindən çağırış daxil olub.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfində 2 yaşlı (qadın cinsli) şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR