İstedad və zəhmət

img

13-07-2014 [16:51]


Çox təəssüf ki, seyid cəddinə arxayın olan kimi, bizim sənət adamlarımız da öz istedadlarına çox arxa-yındırlar (nə gizlədim, bu cümləni yazanda güldüm). Sartrın yaxşı bir sözü var. Deyir ki, istedad insana verilmiş borcdur. İnsanın sonrakı həyatı onun həmin borca layiq olub-olmadığını müəyyən edir.

Söz yadımda təxminən belə qalıb.əBizim ölkədə istedad sənət adamlarının qəniminə, daha doğrusu, qəbrinə çevrilir. Çünki onların sonrakı həyatı bu borca, yəni istedadaəlayiq olmdıqlarını ortaya qoyur.

Çaykovski kimi əjdaha deyir ki, uğurədoxsan doqquz faiz zəhmət, bir faiz istedaddır. Bizimkilərin isə fəaliyyətindən belə hiss olunur ki, onlar üçün sənətdə uğur doxsan doqquz faiz istedaddan, bir faiz zəh-mətdən ibarətdir.
Bizim sənət adamlarımız istedadlarına həddindən artıq çox inanırlar və sonra da bu istedad onların faciəsinə səbəb olur. Tutaq ki, cavan bir uşağın şeirlər kitabı çıxıb. Bu uşağın da iyirmi iki yaşı var. Biz onun şeirlərini oxuyub, onun haqqında nə deməliyik? Deməyəcəyik ki, sən yaxşı şairsən, sən dahisən. Deyəcəyik ki, istedadlısan. Gözləyək, görək yeddi-səkkiz ildən sonra ortaya nə qoyacaq. Amma əlli yaşında adamın kitabı çıxanda ona "istedadlı şairsən",- demək nə qədər düzgündür? Düzdür, o, bunu kompli-ment kimi qəbul edəcək. Ancaq ağlı varsa, bunu söyüş kimi qəbul etməlidir. Ya ona yaxşı şair, ya da pis şair deməlisən. Bizdə yetmiş yaşlı insan, istedad sözünü hələ də kompliment kimi qəbul edir.
Bizim ölkənin sənət dünyasında dəhşətli bir savadsızlıq hökm sürür. Bu dəqiqə Azərbaycanda azı beş yüz adam şair-yazıçı adına iddialıdır.
Hər şeyi qoyaq bir kənara, elə Yazıçılar Birliyinin min altıyüz üzvü var. Bu qədər şair-yazıçı adına iddialı adamların arasından cəmi on adamı seçib onlarla ədəbiyyat haqqında bir balaca ciddi söhbət etmək olar.
Şair var, on dörd kitab müəllifidi, amma soruşsan,əon dörd şairin adın sadalaya bilməz.
Bir dəfə şairlərdən biri "Markesin "Yüz ilin tənhalığında" əsərini oxumusunuz?" sualına "yox, oxumamışam,əamma o əsəri mənə danışıblar",- cavabını vermişdi.
Tək ədəbiyyat sahəsində deyil, başqa sahələrdə də bu biabırçılıq, bu savadsızlıq hökm sürür. Zəhmətə üstünlük vərənlər, özünü yetişdirmək istəyənlər azdı. Hər kəs istedadına arxalanır. Məhz zəhmət çək-mədiklərinə, zəhmət çəkmək istəmədiklərinə görə də sənət adamlarının söhbətləri folklor səviyyəsindədi. Ədəbiyyata, rəssamlığa, teatra, kinoya ayaq basan adam, bir yeniyetmə, bir gənc qısa müddətdə ədəbiyyat, rəssamlıq, teatr, kino sahəsində yüz ildə baş vermiş bütün söhbətləri əzbərləyir. Ortada cid-di sənət söhbəti, fikir, müzakirə, ən nəhayət, kitab yoxdu. Ortada ancaq lətifə janrında yüz ildi çeynən-miş söhbətlər var. Bir dəfə Hüseyn qağa yolla gedirmiş... ha, ha, ha. Bir dəfə Səttar Bəhrulzadə girir ma-ğazaya... ha, ha, ha. Bir dəfə Yaşar Nuri gedir Sumqayıta teatra... ha, ha, ha. Vəssalam.
Bütün söhbətlər təxminən bu janrdadı. Bütün günü illərdi lətifə danışmaqla məşğuldurlar. Yorulmurlar. Düzdü, lətifə də lazımdı, amma bütün həyatı, bütün sənəti, bütün yaradıcılığı lətifə danışmağın üzərin-də qurmaq olmaz.əBəs onların bu qədər folklora üstünlük verməyinin səbəbi nədir? Səbəb işə ciddi yanaşmamaq. Kitab oxumamaq. Öyrənməmək. Zəhmət çəkməmək. İşin asanından yapışmaq. Ən pisi də odur ki, bizim qezet redaktorlarının, sayt rəhbərlərinin çoxu da lətifə janrına, folkloraəüstünlük verirlər. Sənətdə belə boşboğazlıqla məşğul olanlar daha doğma hesab olunur. Çünki sayt rəhbərlərinin, qezet redaktorlarının da əksəriyyəti ciddiliyə, zəhmətə deyil, folklora, boşboğazlığa üstünlük verirlər. Ќəticə-də durumu, vəziyyəti, mühiti bir balaca düzəltmək, ciddiləşdirmək istəyənlər bütöv bir savadsız, boşbo-ğaz ordusunun hücumuna məruz qalır. Çünki onlar mühitin belə biabırçı gündə qalmasının, ilham pərisi haqqında gic-gic danışmağın tərəfdarıdır. Onlar zəhmətə, kitaba, əziyyət çəkməyə nifrət edirlər. Avto-matik olaraq zəhmət çəkənlər də nifrət etməkdədirlər. Onlar öz boşboğazlıqlarına, öz tənbəlliklərinə haqq qazandırmaq üçün istedad haqqında nağıllar uydururlar. Boş söhbətdi. Zəhmət hər şeyə qadirdi.
Hər bir insan özü-özünü yetişdirə bilər. Şəxsən mən orta məktəbdə oxuyanda inşa yaza bilməmişəm. Tam ciddi deyirəm və heç bir əhvalat-filan da uydurmuram. Əhvalat uydurmağa ehtiyac yaransa, daha maraqlı əhvlatlar uyduraram.
Deyirlər, Seymurun müşahidə qabiliyyəti güclüdü. Bunu da zəhmətlə qazanmışam. Oxuduqlarım müşahidə qabiliyyətimin güclənməsinə səbəb olubdur. Həyatda az-çox qazandığım varsa, bunu kitabların sayəsində qazanmışam. Başqaları istedad, ilham pərisi haqqında gic-gic danışanda, çeynənmiş lətifələri təzədən çeynəyəndə, oturub kitab oxumuşam.
Gözümün qarşısında istedadına hədsiz dərəcədə arxayın olan adamlar bir-bir məhv oldular. Halbuki on-ların aqibətini görürdüm. Dəyirdim, belə olmaz. Kitab oxuyun, zəhmət çəkin, axtarın, araşdırın. Eşitmə-dilər, nəinki eşitmədilər, dediklərimə lağ etdiler. Gülüş obyektinə çevrildilər. Guya Allah onları istedadlı yaratmışdı və bu istedad ömürlərinin sonuna qədər onlara bəs edəcəkdi. Onlar özlərinə həqiqi istedad sahibi,əmənə isə ədəbiyyatda təsadüfi adam kimi baxırdılar. Daha çox zəhmət çəkməklə, oxumaqla, araşdırmaqla, axtarmaqla onlara sübut etdim ki, istedad-filan boş şeydi, əsas zəhmətdi. Bunu ona görə yazmıram ki, o adamların uğursuzluğuna, məhv olmaqlarına sevinirəm. Əsla! Kinayəylə deyilmiş GÖRDÜN sözündən zəndeyi-zəhləm gedir. İstedadına güvənən adamların məhv olmasına ən azı təəssüf edirəm. Onlar ölkəyə xeyli fayda verə bilərdilər. Yalnız iradəcə zəif adamlar zəiflərin arasında güclü olmağa üstünlük verər. Özünə güvənən insanlar isə güclülərin arasında rəqabətə, yarışa girməyə üstün-lük verərlər.
Bu cümlələri gənclər, yeniyetmələr üçün yazıram. Zəhmət çəkməkdən, oxumaqdan, işdən qorxmayın! İlham pərisi haqqında boş-boş söhbətlərdən, folklordan, lətifələrdən uzaq durun. Bu sözlər tək sənət dünyasına qədəm basan gənclərə aid deyil, hamıya aiddir. Vaxtınızın qədrini bilin. Oxuyun. Öyrənin. Axtarın. Araşdırın. Heç kim demir çayxanada oturmaq olmaz. Xeyr, çayxana söhbəti etmək, paylaşmaq, istirahət etmək üçün əla yerdi. Sadəcə, məsələ çayxanada kimlə oturub söhbət etməkdədi. Gərək elə adamla oturub çay içib söhbət edəsən ki, ondan nəsə öyrənə, nəsə paylaşa biləsən. Başıboş, avara adamdan nə öyrənmək olar? Yalnız axmaqlıq. Boşboğazlıq.
Flober haqqında deyirlər: "Bəziləri anadan dahi doğulmuşdu, Flober isə özü-özünü dahi etdi".
Düzdü, ənənin də öz rolu var, amma bununla belə zəhmətsiz uğur qazanmaq çətin məsələdi. Əgər siz həyatda uğur qazanmış adamların bioqrafiyasını diqqətlə araşdırsanız, uğurun arxasında çəkilən zəhməti mütləq görəcəksiniz. Uğur adlı maşının motoru yalnız bir yanacaq növü ilə işləyir. Həmin yanacaq növünün adı alın təridir. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq