Rusiya MN: "Kursk vilayətində 10 yaşayış məntəqəsini geri aldıq"

img

12-09-2024 [18:49]


Rusiya ordusu Kursk vilayətində 10 yaşayış məntəqəsini ukraynalı hərbçilərdən geri alıb.

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.

Nazirlikdən bildirilib ki, hazırdsa Kursk bölgəsində Rusiya və Ukrayna hərbçiləri arasında şiddətli toqquşma var: "Şimal Hərbi Birləşmələrinin bölmələrinin uöğurlu əməliyyatları ilə son iki gündə 10 yaşayış məntəqəsi azad edilib. Hazırda digər yaşayış məntəqələrinin geri alınması istiqamətində əməliyyat davam edir".

Rusiya MN-nin açıqlamasına görə, Ukrayna əsgərlərinin yerləşdiyi yerlərə havadan və qurudan hücumlar edirlər: "Ukrayna bu bölgədə son 24 saat ərzində 300-dən çox əsgər, 24 zirehli texnika itirib".

Xatırladaq ki, Ukrayna ordusu avqustun 6-da qəfildən Kursk bölgəsinə hücum edərək, qısa zamanda 100-dən çox yaşayış məntəqəsini ələ keçirib.

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:23 23.11.2024

İstanbulda fabrik yanıb