Gədəbəydə yük maşını sahədə uzanan şəxsin üzərindən keçib

img

04-09-2024 [09:21]


Gədəbəydə bədbəxt hadisə baş verib.

Mia.az xəbər verir ki, hadisə rayonun Gərgər kəndində qeydə alınıb.

1973-cü il təvəllüdlü Elman Musayev biçənək sahəsində ot preslərini tanışı Maarif Əmiraslanovun "QAZ 3307" markalı avtomobilinə yükləyib. Daha sonra Elman Musayev istirahət etmək məqsədilə avtomobilin arxa təkərləri yanında uzanıb.

Bu zaman Maarif Əmiraslanov avtomobili arxaya doğru hərəkət etdirərək Elman Musayevin üzərindən keçib. Nəticədə Elman Musayev ölüb(Report).

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA