Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
27-08-2024 [00:01]
Qoç - yaradıcı yanaşma və yaşananlara qeyri-standart baxış tələb edən işlərlə məşğul olsanız, ciddi uğurlar əldə edə bilərsiniz. Qaydalara, yazılmamış qanunlara və ayinə çevrilmiş adətlərə riayət etməmək də olar. Eksperimentlər daha maraqlıdır.
Günün ikinci yarısında yeni istiqamətlər, fərqli yollar arayın. Maraqlı tanışlıqlar istisna deyil. Əhvalınız yaxşı olacaq. Hətta ağır fiziki iş belə, sizdə ifrat yorğunluq yaratmayacaq. Sağlamlıq prosedurlarına və ya pəhrizə başlamaq üçün münasib gündür.
Buğa - günün ilk yarısında fəal olun, əzm və qətiyyətlə çalışın. Belədə qarşınıza qoyduğunuz məqsədlərə çata bilərsiniz. Sizə yardım etmək istəyən insanlar azdır. Bu durum sizi narahat etməsin, əndişələndirməsin. Yolunuzda yaranan çətinlikləri təkbaşına dəf etmək iqtidarındasınız. Əhəmiyyətli, önəmli məlumat alacaqsınız.
Günün ikinci yarısında yaxınlarınızla münasibətlərdə gərginliklər yarana bilər. Adi günlərdən fərqli olaraq, çətin dönəmdir. Səbəb isə yaxınlarınızın problemləri ilə müqayisədə öz işləriniz və qayğılarınıza maksimum diqqət ayırmağınızdır.
Münaqişələrin yaranmasına imkan verməyin. Sevdiyiniz insanla təmaslarda qayğıkeş olun.
Əkizlər - ətrafınızdakı insanların nə istədiklərinin fərqinə varın. Onlar etibarınızı doğruldacaqlar. Yeni tanış olduğunuz insanlara tam inanmayın.
Peşəkar fəaliyyət müstəvisində və şəxsi münasibətlərdə sərvaxt davranın. Əyləncə, macəra aramayın.
Günün ikinci yarısı pozitiv emosiyalar vəd edir.
Diqqəti işə ayırın, ciddi səhvlərə yol verməyin. Maksimum diqqət tələb edən məsul işlərdə fikriniz mənasız məqamlara yayınmasın.
Xərçəng - ötən günün hadisələrini təhlil edin. Davranışınızı sakit dəyərləndirin. Belədə təkrar səhvlərə yol verməzsiniz. Müsbət təmayüllərin təsiri güclüdür. Ciddi problemlər yaranmayacaq.
Günün ikinci yarısı yeni layihələr və işlər üçün əlverişli deyil. Emosional olmayın. Ən kiçik çətinliyi fəlakət saymayın.
Başladığınız işin formasından və miqyasından asılı olmayaraq onu yarımçıq qoymayın.
Yaxınlarınızla ünsiyyətdə simiclik etməyin. Münasibətlər nə qədər harmonik olarsa, bir o qədər yaxşıdır. Sevdiyiniz insanı sevindirin. Səyləriniz dəyərləndiriləcək.
Şir - tələskənlik etməyin, diqqətli davranın. Bədxahların tələsindən, rəqiblərin məkrli planlarından yan keçmək üçün fəndgir olun. Düşmən çox uğurla maskalanacaq, ehtiyatlı olun. Başqalarının təcrübəsi bu gün dadınıza çatmayacaq. Çünki düşdüyünüz situasiyalar başqalarının üzləşdikləri vəziyyətlərə bənzəmir.
Üstəlik, yaxın ətrafınızdakı insanlar hisslərinizi anlamır, planlarınızı təqdir etmirlər.
Günün ikinci yarısında yeni işə və ya layihəyə başlamaq olar. Bir şərtlə ki, həmin işi mümkün qədər tez başa çatdırmağın yolunu tapın. Uzunmüddətli layihə qeyri-müəyyən müddətədək təxirə düşə bilər. Mənfi təmayüllərin təsiri güclüdür.
Qız - hər şey yaxşıdır. Buna rəğmən baş verənlər sizi ruhdan sala bilər. Bədlik gözləməyin, nikbin olun. Təxəyyüllər aləminə qapılmayın, illüziyalardan qurtulun. Məqsədə çatmaq üçün maksimum səy göstərin. Mənasız hisslər və emosiyalar işə maneələr yaradacaq.
Günün ikinci yarısında yaxın ətrafınızla ünsiyyət xoş və faydalı olacaq. Müzakirələrdə yeni iş doğula bilər. Şəxsi münasibətlərdə ifrat təşəbbüsə qapılmayın. Belə davranışınız yanlış dəyərləndirilə bilər.
Tərəzi - böyük uğurlara nail ola bilməyəcəyinizlə barışın. Cari və rutin işlərlə məşğul olun. Kiçik, amma önəmli qələbə vəd edən işi, məşğuliyyəti və ya yönü müəyyənləşdirin. Səyləriniz, əməyiniz diqqətdən yayınmayacaq. Baş verənlər sizi məqsədə doğru bir addım da yaxınlaşdıracaq.
Günün ikinci yarısında emosiyalarınıza hakim olun. Zahiri görkəminizə fikir verin. Yaxın ətrafınızdakı insanlarda özünüzlə bağlı yaranan rəylərə fikir verin.
Rəqibləri üstələmək üçün məqbul vasitələrdən yararlanın.
Əqrəb - xoşagəlməz olaylar və problemlər vəd edən gündür. Məntiq və əqli unudaraq intuisiyaya güvənməyin. Hadisələrin məcrasını, olayların real durumunu dəyərləndirin. İllüziyaların köləsinə çevrilməyin, qəflət yuxusuna yuvarlanmayın.
Vəziyyətə bir qədər fərqli baxın, obyektiv və praqmat olun. Belədə potensial itkiləri xeyli azalda bilərsiniz.
Günün ikinci yarısında müsbət təmayüllərin təsiri güclənəcək. İşdəki problemi həll etmək olar. Yeni tanış sizinlə maraqlanacaq. Həmin adamla ünsiyyətdə maksimal dərəcədə həssas və diqqətli olun. Ən xırda məsələlərə fikir verin.
Oxatan - günün ilk yarısı sizi təəssüfləndirə bilər. Ciddi problemlər olmayacaq. Yeknəsək və rutin təsir bağışlayan işlərdən usanaraq tənbəllik etməyin. Süstlük üçün heç bir səbəb yoxdur.
Macəra axtarışına çıxmazdan əvvəl imkanlarınızı, resurslar və riskləri dəyərləndirin.
Günün ikinci yarısının maliyyə fonu uğurlu deyil. Əsla avantüralara qatılmayın.
Axşam saatlarına yaxın boş vaxtınız gözləniləndən də çox ola bilər. Səhhətinizin qeydinə qalın. Sağlamlıq prosedurlarının effektiv olmasına çalışın.
Oğlaq - asan uğurlara bel bağlamayın. Arzuladığınız nəticəyə nail olmaq üçün səylə, əzmlə çalışmalısınız. Etibar etməyə alışdığınız insanlar anlaşmaları poza bilər. Onları suçlamayın. Şərait dəyişib. Elə siz də əvvəllər verdiyiniz vədlərin hamısına əməl edə bilmirsiniz.
Çoxdan həll olunmuş saydığınız bəzi məsələlərin günün ikinci yarısında yaxınlarınızla yenidən müzakirəsi sizi qıcıqlandıra bilər. Emosional olmayın, səbrli davranın. Soyuqqanlı olun.
Sizi təxribata çəkməyə çalışsalar da, münaqişəyə qatılmayın.
Dolça - gərəksiz əlaqələr, mənasız təmaslar, köhnə əşyalardan qurtulun. Peşəkar fəaliyyət müstəvisində aktiv olun. Kommersiya və bizneslə məşğul olursunuzsa, mövqelərinizdən geri çəkilməyin. Tərəfdaşlıq etdiyiniz insanla təmasları genişləndirin. Müttəfiq seçərkən yalnız kommersiya maraqlarından çıxış edin. Hisslərə yer olmamalıdır.
Günün ikinci yarısında şəxsi münasibətlərlə bağlı mühüm qərar qəbul etmək olar. Ciddi dəyişikliklər zamanıdır. Sevdiyiniz insanın dediklərini dinləyin, eşitdiklərinizi qulaqardına vurmayın.
Balıqlar - günün ilk yarısında baş verən problemlərə və anlaşılmazlıqlara görə əhvalınızı pozmayın. Problemlər həmişə var - nə etməli... Saatlar keçdikcə narahatlıq artmasın. Çətin dövrlərdə bir qədər səbrli olun. Hadisələri tezləşdirməyin. Münaqişəyə meylli olmayın.
Günün ikinci yarısında aktiv çalışın. İndiyədək sizinlə aqressiv davranan insanlar belə, birgə fəaliyyətlə bağlı təkliflə çıxış edəcəklər.
Pozitiv emosiyaların sayını maksimuma çatdırmaq istəyirsinizsə, müstəqil çalışın, təkbaşına işləyin. Axşam saatlarında dostlar, həmkarlar və ya tanışlarla qarşılaşa bilərsiniz. Romantik macəra ehtimalı az deyil.
Milli.Az
"Bu format çərçivəsində əməkdaşlıq üçün mühüm imkanlar mövcuddur" - Hikmət Hacıyev Aİ rəsmisi ilə görüşüb
Sabah hava necə olacaq? - Proqnoz
"AzerGold"da növbəti təyinat oldu
Prorektor müşavir təyin edildi
XIII Qlobal Bakı Forumunun üçüncü günü başlayıb
Azərbaycan nefti 109 dollara satılır - 3.5 dollar da qalxdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə daha bir baş məşqçi istefa verdi
Pakistan və Əfqanıstan arasında toqquşma: 44 post ələ keçirilib
600-dən çox sahibkarın iştirak etdiyi tədbirdə Veysəloğlu Şirkətlər Qrupu mükafatlandırılıb - FOTO
BİR HƏFTƏYƏ MÜHARİBƏ BİTİR? - "ABŞ İsrailə konkret vaxt qoyub"
Müğənni Manaf Ağayevin oğlu həbs edilib - Təfərrüat (YENİLƏNİB)
Azərbaycan və Türkiyə XİN başçıları telefonda danışdı
Müğənni yeni imicdə: sevənləri tanıya bilmədi - FOTOLAR
Ramazanın 24-cü gününün duası: imsak və iftar vaxtı
Livan prezidenti: "Biz İsraillə danışıqlara hazırıq, amma..."
Milli Məclisin növbəti iclası: hansı qanunlara dəyişiklik olunacaq?
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
XIII Qlobal Bakı Forumunun ikinci günü başlayıb (Yenilənib)
BU QANUNU POZANLAR 5 MİN MANATADƏK CƏRİMƏLƏNƏCƏK - Prezident yeni qanunu təsdiqlədi
Novruz bayramında neçə gün iş olmayacaq? - QƏRAR
TƏBİB-in eks-rəhbəri ilə bağlı sensasion iddialar - Xaricdəki jurnalistə gizli məlumatları kim ötürürmüş?
İran raketləri və NATO qalxanı: Türkiyənin üzləşdiyi yeni təhlükəsizlik sınağı (TƏHLİL)
Sabiq icra başçısının şikayətinə "yox" deyildi
Aİ-dən ABŞ-a etiraz - Rusiya nefti ilə bağlı narazılıq yaranıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
İlber Ortaylı vəfat edib
BAEA rəbəri Moskvaya getdi, həmkarı ilə görüşdü - "İranın nüvə silahı hazırladığına dair heç bir dəlil görmədik"
Əli Əsədov Milli Məclisdə hesabat verdi (YENİLƏNİB)
ABŞ lideri İranı hədələdi: "Gələn həftə daha sərt vuracağıq"
BMT-nin Baş katibi Beyrutda: "Livan xalqı müharibəyə sürüklənir"
ABŞ təyyarəsi İraqda qəzaya uğrayıb - 4 nəfər ölüb
Süni intellektlə qadınları şantajda şübhəli bilinən şəxs həbs olunub
TFF "Qalatasaray"ın futbolçusunu cəzalandırdı - 2 oyunluq
"İRANIN TƏSLİM OLMASINI ELAN EDƏCƏK LİDER QALMAYIB" - Tramp G7 ölklərinin liderlərinə belə deyib
Siyəzəndə 17 yaşlı qız dəm qazından boğulub
Adnan Əhmədzadə ilə bağlı daha bir qərar verildi
Özbəkistan prezidenti Bakıya səfərə hazırlaşır
Xəzər TV-nin rəhbərinin səhhətində problem yaranıb
İrandan atılan daha bir raket Türkiyə səmasında vurulub - Açıqlama
Tehranda minlərlə insan "Qüds günü" ilə bağlı küçələrə axışdı - İsrail bölgəni vurdu, iranlılar geri çəkilmədi (FOTOLAR)
Gəncədə antik əşyalar oğurlayan şəxslər saxlanılıblar
"ABŞ İranın Hörmüz boğazını bağlamaq qərarındakı qətiyyətini belə gözləmirdi" - "Tehran bu qərarı ilə Amerika və bölgə ölkələrini çaşdırıb"
Türkiyə gəmilərindən biri Hörmüz boğazından buraxıldı: "İrandan icazə aldıq və..." - "Zəngəzur dəhlizi bizi Uzaq Şərqə qədər çıxaracaq"
Azercell qadınların yaradıcı inkişafına dəstək göstərir - FOTOLAR