Daha 3 rayonda qaz olmayacaq

img

26-08-2024 [19:50]


Sabah Bakının Sabunçu rayonu və Şamaxı, Kürdəmir rayonlarında qaz kəsiləcək.

Mia.az "Azəriqaz"a istinadla xəbər verir ki, 27.08.2024-cü il tarixdə saat 09:00-dan işlər başa çatanadək "Şamaxı" ölçü qovşağından qidalanan qaz xətləri üzərində və "Sığırlı" ölçü qovşağından qidalanan müxtəlif diametrli qaz xətlərində, həmçinin saat 10:00-dan etibarən Sabunçu rayonunun Maştağa qəsəbəsində görüləcək təmir işləri ilə əlaqədar qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir quraşdırma işləri aparılan müddətdə Şamaxı rayonunun (şəhər mərkəzi, 1 qəsəbə, 14 kənd), Kürdəmir rayonunun (rayon mərkəzinin bir hissəsi, 39 kənd, 2 qəsəbə), həmçinin paytaxtın Sabunçu rayonunun (Maştağa qəsəbəsinin M.Mirəliyev, B.Baloğlanov, R.Salmanov küçələri) bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA