"Sumqayıt şəhər İcra Hakimiyyəti bax, ləzzət al!" - Jurnalist etiraz etdi, İcra Hakimiyyətindən cavab gəldi (FOTOLAR) - Yenilənib

img

14-08-2024 [18:21]


"Məhləmizdir, əmin olun ki, Sumqayıtın əksər həyətləri belədir".

Mia.az xəbər verir ki, bu sözləri jurnalist Natiq Cavadlı sosial media səhifəsində yazıb.

Onun sözlərinə görə, zibil daşıyan maşınlar suyunu axıda-axıda şəhəri gəzir: "Bəli, bununla da ufunət qoxusunu bizlərə iylədirlər. Haqları da var, çünki bir bələdiyyə seçə bilməyən cəmiyyət buna layiqdir. Sumqayıt şəhər İcra Hakimiyyəti bax, ləzzət al!".

***

Sumqayıt Şəhər İcra Hakimiyyətindən Mia.az-a verilən məlumata görə, ərazinin nəzarətə götürülməsi və problemin aradan qaldırılması üçün aidiyyatı qurumlara məlumat verilib: "Onu da qeyd edək ki, yaxın zamanlarda qeyd olunan ərazidəki məişət tullantıları üçün nəzərdə tutulan qabların yenilənməsi nəzərdə tutulub".

Samir Musayev

MİA.AZ

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA