Abdin Fərzəliyevin "çoxprofilli sevimli şirkəti" - Mədəni tədbirdən yol çəkilişinə qədər...
09-08-2024 [14:47]
Abşeron Rayon İcra Hakimiyyətinin keçirdiyi satınalma müsabiqələrində tez-tez qalib seçilən şirkətlərdən biri də “Proqress İnşaat En” MMC-dir.
Mia.az Reportyor.info-ya istinadla xəbər verir ki, bir il ərzində şirkət icra hakimiyyətinin 7 satınalma müsabiqəsinin qalibi seçilib.
Müsabiqələr əsasən təmir işlərinin satın alınması ilə bağlı keçirlib. Lakin “Proqress İnşaat En” şirkətinin qalib seçildiyi iki müsabiqə inşaat sahəsinə aid deyil. Bunlardan biri Qurtuluş Günü, digəri isə Zəfər Günü ilə bağlı tədbirlərin keçirilməsi ilə əlaqədardır.
Beləliklə, məlum olur ki, təmir-tikinti işləri ilə məşğul olan “Proqress İnşaat En” MMC həm də bayram tədbirləri təşkil etməklə məşğul olur.
“Proqress İnşaat En” MMC-nin qalib gəldiyi satınalma müsabiqələri üzrə satınalma müqavilələrin ümumi maliyyə dəyəri 1 143 241,99 manatdır.
“Proqress İnşaat En” şirkətinin adına Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında rast gəlinmir. Böyük ehtimalla bu, Dövlət Vergi Xidmətinin saytının yenilənməsi ilə ilə əlaqədardır. Çünki bəzi hallarda axtarış zamanı başqa şirkətlərin də adı çıxmır.
Lakin internet resurslarında apardığımız araşdırmalar zamanı məlum olur ki, “Proqress İnşaat En” MMC Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 29 noyabr 2021-ci il tarixdə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1000 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, Pivə Zavodu, ev 24/6-da yerləşir. MMC-nin qanuni təmsilçisi İslamov Nazim Əli oğludur.
Məlumatlara görə, Nazim İslamov şirkətin sahibi deyil. “Proqress İnşaat En” MMC Şirinov Eldar Bəhlul oğlu tərəfindən təsis edilib.
Yerli mətbuat yazır ki, Eldar Şirinov Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədri Rəfail Mehralıyevin yeznəsidir.
Görünür, şirkətin Abşeron Rayon İcra Hakimiyyətinin tenderlərində qalib gəlməsinin sirri budur.
Açıq mənbələrdə barəsində heç bir məlumata rast gəlinməyən, maddi-texniki bazasının hansı vəziyyətdə olduğu bəlli olmayan bir şirkətin dövlət satınalmalarında qalib gəlməsini başqa cür izah etmək mümkün deyil.
Bir məqamı qeyd etmək yerinə düşər. “Proqress İnşaat En” MMC Abşeron Rayon İcra Hakimiyyətinin Saray qəsəbəsi Səttar Bəhlulzadə və Çingiz Qurbanov küçələrində yolun əsaslı təmiri işlərinin satın alınması ilə bağlı keçirdiyi kotirovka sorğusunun qalibi olub. Bu sorğu üzrə satınalma müqaviləsinin maliyyə dəyəri 33 775,55 manatdır.
Bu məbləğə hansısa yolun əsaslı təmir ediləcəyi şübhəli görünür. Biz hələ onu demirik ki, hazırda Sarayda yollar bərbad vəziyyətdədir. Saray yollarına diqqət etdikdə burada hansısa əsaslı təmirdən söhbət getmədiyini aydın şəkildə görmək mümkündür.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevdir. O, 2022-ci ildən rayona rəhbərlik edir.
Ümumiyyətlə isə Abdin Fərzəliyevin icra başçısı kimi karyerası 2003-cü ildən başlayır. O, Abşerondan əvvəl Nərimanov və Nizami rayonların icra başçısı vəzifəsində işləyib.
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkının yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR
BORCLARLA BAĞLI ARTAN MÜBAHİSƏLƏR... - Ali Məhkəmə izahat xarakterli açıqlama yaydı
TRAMPDAN YENİ ANONS: “2-3 həftəyə İrandan çəkiləcəyik” - "Onlar öz başlarına çarə qılsınlar, bizlik deyil"
Aparcı mətbuat katibi təyin edildi
Elmi işçilərin maaşı artırıldı - 50 FAİZ
BƏƏ İran vətəndaşlarına qadağa qoydu - XƏBƏRDARLIQ
İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirib - Yanacaq anbarı sıradan çıxarılıb
Bakıda kişi və arvadı dəm qazından ölüb
Azərbaycan neftininin qiyməti 132 dolları ötdü
Məzahir Pənahovun oğlu məhkəmədə uduzub
DÇ-2026: tarixi məğlubiyyət - İtaliya penaltilərlə uduzdu
Tehran, Əhvaz və Kərəcə zərbələr endirilib