Məşhur müğənninin 3 konserti ləğv edilib - Terror xəbərdarlığına görə

img

08-08-2024 [10:18]


Məşhur amerikalı müğənni Taylor Şviftin Avstriyanın paytaxtı Vyanada keçirilməsi planlanan konsertləri ləğv edilib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, buna səbəb hər üç konsertdə terror aktı törədilməsi haqda siqnal alınması olub.

Məlumata görə, keçirilən əməliyyatla 2 şübhəli tutulub: "Ancaq buna baxmayaraq, Vyana polisi bəzi tədbirlər, o cümlədən Şviftin konsertlərinin ləğvini məsləhət bilib..."

Konsertləri təşkil edən "Barracuda Music" adlı təşkilat isə məsələyə belə münasibət bildirib: "Hər kəsin təhlükəsizliyi üçün planlaşdırılan 3 konserti ləğv etməkdən başqa çarəmiz qalmadı. Konsert biletlərinə ödənilən vəsaitlər 10 iş günü ərzində geri qaytarılacaq".

Avstriya İctimai Təhlükəsizlik İdarəsinin baş direktoru Franz Ruf isə deyib ki, saxlanılan şübhəlilərdən biri İŞİD üzvüdür.

Ləman

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR