Bakıda məşhur restoranda dava: 7 nəfər saxlanılıb

img

06-08-2024 [11:48]


Bakıda məşhur restoranda yeyib-içən 7 nəfər dava saldıqladına görə saxlanılıb.

Məlumatına görə, hadisə Nərimanov rayonu ərazisində yerləşən "Gilavar" restoranında baş verib.

7 dost avqust ayının 3-də "Gilavar" restoranında yeyib-içiblər. Dostlar həddindən artıq spirtli içki qəbul etdikdən sonra özlərini idarə edə bilməyərək səs-küy yaradıblar.

Nəticədə onlar məcburi restorandan çölə çıxarılıb. Evə getmək istəyərkən polis tərəfindən dostlardan 4-ü - Rəşad, Fərrux, Elşən və Rüstəm adlı şəxslər saxlanılıb.

Məhkəmənin qərarı ilə 1982-ci ildə Cəlilabad rayonunun Sabirabad kəndində anadan olmuş Rəşad İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri təqsirli bilinərək, 20 gün müddətinə inzibati qaydada həbs olub. Dostlardan daha biri barəsində həbs qərarı verilib. 1982-ci ildə Goranboy rayonunun Səmədabad kəndində anadan olmuş digər şəxs isə cərimələnib(Qaynarinfo)


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA