Rəsmi Pekindən Haniyənin öldürülməsinə reaksiya: "Biz çox narahatıq"

img

31-07-2024 [12:35]


Tehranda sui-qəsdlə öldürülən Həmas lideri ilə bağlı Çin Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bəyanatda sui- qəsd qınanılıb: "Biz bu sui-qəsddən çox narahatıq və bunu şiddətlə qınayırıq. Çin sui-qəsdlərə qarşı omaqla bu hadisəni qətiyətlə pisləyir".

XİN-dən bəyanata əlavə olunub ki, bu hadisə bölgədə gərginliyi daha da böyüdəcək.

Xatırladaq ki, bu gün səhər tezdən HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə İranın paytaxtı Tehranda sui-qəsd nəticəsində öldürülüb. O, elə bu şəhərdə də dəfn olunacaq.

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR