Nigeriyada "Boko Haram"a qarşı əməliyyat - 8 terrorçu zərərsizləşdirilib

img

30-07-2024 [13:03]


Nigeriyanın şimal-şərqindəki Borno əyalətində terror təşkilatı "Boko Haram"a uğurlu əməliyyat keçirilib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Nigeriya Ordusu açıqlama yayıb.

Bildirilib ki, "Boko Haram"ın Borno əyalətində polis bölməsinə hücumundan sonra terrorçulara qarşı geniçmiqyaslı əməliyyat başlayıb: "İlkin əməliyyatla 8 terrorçu məhv edilib, onların xeyli silah-sursatı ələ keçirilib. Əməliyyatlar davam edir".

Xatırladaq ki, ötən gün "Boko Haram" üzvlərinin Borno əyalətinin Konduqa bölgəsində polis bölməsinə hücum edərək, orada bir polis zabitini və  qadını öldürüb.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA