Samuxda evləri sel suları basıb - VİDEO

img

30-07-2024 [12:48]


Samux rayonunun Burunqovaq kəndində evləri sel suları basıb.

Mia.az xəbər verir ki, FHN-in “112” qaynar telefon xəttinə intensiv yağışlarla əlaqədar Qabırrıçay çayına sel gəlməsi səbəbindən Samux rayonunun Burunqovaq kəndində bəzi fərdi yaşayış evlərinin zirzəmilərinin və həyətyanı sahələrinin subasmaya məruz qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Gəncə Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi işləri davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA