Vəkillər Kollegiyasının 3 üzvü lV “Yüksəliş müsabiqəsinin qalibi olub

img

24-07-2024 [22:25]


Vəkillər Kollegiyasının 3 üzvü lV “Yüksəliş müsabiqəsinin qalibi olub.

Mia.az xəbər verir ki, bu barədə Kollegiyanın sədri Anar Bağırov məlumat verib.

İdarəetmə sahəsinin peşəkarları arasında təşkil edilən ilk müsabiqə hesab olunan “Yüksəliş”in builki finalı 19-21 iyul tarixlərində baş tutub.

“Baku Ekspo Mərkəzi”ndə keçirilən final mərhələsində iştirak etmiş 118 namizəddən ən yüksək bal toplayan 25 nəfər qalib adını qazanıb.

Dördüncü mövsümün qaliblərindən 3 nəfər Vəkillər Kollegiyasının üzvləridir. Qalib vəkillər Şahlar Məmmədov, Rüfət Məmmədxanlı, Eyyub Fətəliyevdir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA