Deputat 4 min dollarlıq eynək taxır? - FOTO

img

24-07-2024 [09:44]


Bir müddət öncə Yeni Azərbaycan Partiyasının Milli Məclisə seçkilərlə bağlı təqdim etdiyi siyahıya adı düşməyən Milli Məclisin V və VI çağırış üzrə deputatı, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Mahir Abbaszadə biznes siyahısı və rəhbərlik elədiyi sahə ilə bağlı iddialar haqda mediada xəbərlər yayılıb.

İddia olunub ki, onun YAP-ın builki seçkilərdə adının siyahıya salınmamasına da elə bu məsələlər təsir edib.

Deputat bu dəfə isə bahalı eynəyi ilə medianın gündəminə gəlib.

Məlumata görə, M.Abbaszadə bir müddət öncə Laçında baş tutan mini-futbol turnirini izləyib.

32gun.az-a daxil olan məlumata görə, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru matçı izlərkən taxdığı günəş eynəyi "RayBan" markasının "Aviator solid Gold" modelidir. Həmin modelin qiyməti isə 4245 dollardır.


Digər xəbərlər
SON XƏBƏRLƏR