Prezident İlham Əliyev Pakistanda: yeni sənədlər imzalandı, birgə bəyanat verildi - FOTOLAR (Yenilənir)
GÜNDƏM
11.07.2024, 22:52
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də Pakistan İslam Respublikasına dövlət səfərinə gəlib.
Mia.az xəbər verir ki, Azərbaycan Prezidentinə xüsusi hörmət əlaməti olaraq dövlətimizin başçısının təyyarəsini Pakistanın hava məkanında bu ölkənin Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri qarşılayıb və enənədək müşayiət edib.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Pakistan Hərbi Hava Qüvvələrinin Nur Xan bazasında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidentinin şərəfinə toplardan yaylım atəşi açıldı.
Prezident İlham Əliyevi Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif qarşıladı.
Sonra Azərbaycan Prezidenti və Pakistanın Baş naziri görüşdülər.
***
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də İslamabadda milli abidəni ziyarət edib.
Mia.az xəbər verir ki, Azərbaycanın və Pakistanın Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Dövlətimizin başçısı milli abidənin önünə əklil qoydu.
Sonra “Fatihə” surəsi oxundu.
Qeyd edək ki, Pakistan xalqının milli birliyini təcəssüm etdirən bu abidənin inşasına 2004-cü ildə başlanılıb. Zəngin Moğol memarlıq üslubunda yaradılan abidənin 2007-ci il mayın 23-də açılışı olub.
***
İyulun 11-də İslamabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə geniş tərkibdə görüşü keçirilib.
Mia.az xəbər verir ki, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif görüşdə çıxış edərək dedi:
-Mənim çox əziz qardaşım Prezident Əliyev və nümayəndə heyətinizin hörmətli üzvləri. İcazə verin, Sizi və nümayəndə heyətinizi Pakistan hökuməti və xalqı adından bir daha səmimi-qəlbdən salamlayım. Astanadakı görüşümüzdən sonra Sizinlə bir daha görüşməkdən böyük şərəf və iftixar hissi duyuruq.
Telefon söhbəti zamanı ölkəmizə səfərə dəvətimi qəbul etdiyinizə görə Sizə olduqca minnətdaram. Siz dəvəti qəbul edərək, tez bir zamanda səfərin tarixini müəyyənləşdirdiniz. Sizi əmin etmək istəyirəm ki, Pakistan xalqı Sizi televiziyada və sosial mediada gördüyü üçün bu gün çox məmnundur. Onlar bilirlər ki, mənim əziz qardaşım Prezident Əliyev Pakistanı və Pakistan xalqını güclü dəstəkləyən şəxsdir. Azərbaycan xalqı Pakistan xalqını sevir. Qarşılıqlı olaraq Pakistan xalqı da Azərbaycan xalqına çox minnətdardır və onu sevir. Bu, sanki bir qəlbdə döyünən iki ürəkdir. Bu dostluq, qardaşlıq yeni deyil. O, onillikləri əhatə edir. Pakistan həmişə hər məsələdə Azərbaycanın yanında olub və Azərbaycan da hər zaman bütün hallarda Pakistanın yanında olub. İstər söhbət BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrində təsbit edilmiş hüquqları ilə bağlı Kəşmir əhalisinə dəstəkdən və əlbəttə ki, istərsə də bir çoxlarının dəstəklədiyi referendum keçirmək hüququndan getsin. Pakistan Qarabağ məsələsində həmişə Azərbaycanın mövqeyini dəstəkləmişdir və heç vaxt dəstəyini dayandırmamışdır. Hesab edirəm ki, bu, bizim dostluq və qardaşlıq münasibətlərimizin gücüdür. Bu gün Sizin səfəriniz vəziyyəti dəyişdirəcək, münasibətlərimizi transformasiya edəcək.
Bizdə imzalanmalı müvafiq anlaşma memorandumları və sazişlər var. Elə indicə Siz mənə İslamabadın gözəlləşdirilməsi ilə bağlı tövsiyənizi verdiniz. Bu, Sizin Pakistana olan maraq və sadiqliyinizi nümayiş etdirir. Təşəkkür edirəm. Biz əlimizdən gələni edəcəyik. Sizin mütəxəssisləriniz əllərindən gələni edəcəklər. Lakin hesab etmirəm ki, biz şəhərimizi Sizin müdrik rəhbərliyinizlə olduğu kimi Bakı qədər gözəl edə bilərik.
Zati-aliləri, düşünürəm ki, mümkün və mənfəətli olan sahələrdə əməkdaşlıq və birgə investisiyalar istiqamətində irəliləməyin vaxtı çatıb. Mənim komandam hazırdır. Neft naziri doktor Musadik Malik haradadır? Mən təfərrüatı ilə hazırlaşmaq, həmkarlarına ən mənfəətli və hər iki ölkəyə, xalqa dividendlər gətirən təkliflər irəli sürməsi üçün onunla iki görüş keçirdim. Bu kontekstdə mən bir qədər əvvəl Azərbaycandan bu sahələrə müəyyən investisiyalar yatırılmasını təklif etdim. Bir şərtlə ki, Siz və komandanız onları ilkin olaraq 2 milyard dollardan başlayaraq təsdiqləyəsiniz və sonra biz həqiqətən də irəli gedə bilək.
Bundan əlavə, əlbəttə ki, Pakistanın xeyrinə böyük lütfünüzə - düyü ixracına görə mən necə təşəkkür etməyə bilərəm. Heç bir gömrük rüsumu yoxdur, düyü ixracı rüsumdan tamamilə azad olunub. Azərbaycandan başqa heç bir ölkə bunu etməyib. Məhz buna görə biz bu unikal əlaqələrdən bu qədər məmnunuq.
Zati-aliləri, mən daha bir neçə məqamı qeyd edərdim, lakin indi sözü Sizə verirəm.
Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək dedi:
-Əziz qardaşım Baş nazir. İlk növbədə, dəvətə görə təşəkkür edirəm. Yenidən qardaş ölkə Pakistanda olmağa və Sizinlə fəal dialoqumuzu davam etdirməyə çox şadam. Biz beynəlxalq tədbirlər çərçivəsində, həmçinin ötən ilin iyununda Sizin Azərbaycana rəsmi səfəriniz zamanı dəfələrlə görüşmüşük. Sizin doğru olaraq qeyd etdiyiniz kimi, biz bir aydan az vaxt bundan əvvəl bir-birimizi Qurban bayramı münasibətilə təbrik edərkən bu səfərlə bağlı razılığa gəldik. Komandalarımız görüşə hazırlıq üçün gərgin və fəal şəkildə çalışdılar. O, yaxşı təşkil olunub. Biz əməkdaşlığımızın bir çox sahələrini əhatə edən 15 sənəd imzalayacağıq. Lakin Siz tamamilə haqlısınız, tərəfdaşlığımızın təməlini bizim qardaşlığımız, Pakistan və Azərbaycan xalqlarının bir-birinə münasibətdə qardaşlıq hissləri təşkil edir. Biz həmişə çətin zamanlarda bir-birimizin yanında olmuşuq. Biz əlbəttə, xatırlayırıq ki, 2020-ci ildə Vətən müharibəsi zamanı Pakistan öz bəyanatları ilə Azərbaycana açıq şəkildə siyasi dəstək verən ölkələrdən biri idi və Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqeyini birmənalı şəkildə ifadə edirdi. Bizim Cəmmu və Kəşmirlə bağlı mövqeyimiz yaxşı məlumdur. Biz İslam Əməkdaşlıq Təşkilatının Təmas Qrupunun üzvləriyik. Biz Cəmmu və Kəşmir əhalisinin hüquqlarını qətiyyətlə dəstəkləyirik və əlbəttə ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsini dəstəkləyirik. Beləliklə, haqq Sizin tərəfinizdədir, ədalət, beynəlxalq hüquq Sizin tərəfinizdədir. Azərbaycan öz mövqeyini birmənalı şəkildə ifadə edən və öz mövqeyini müdafiə edən ölkələrdən biridir. Biz ikitərəfli formatın geniş gündəliyini hazırladıq. Sahələrdən biri investisiya imkanlarıdır. Bu gün bir qədər əvvəl görüşümüz zamanı müzakirə etdiyimiz kimi, biz Pakistanda investisiya layihələri ilə bağlı praktiki təklif görmək istəyirik. Komandalarımız əlbəttə ki, bu gün bununla məşğul olacaqlar.
***
İslamabadda iyulun 11-də Azərbaycan ilə Pakistan arasında imzalanmış sənədlərin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə mübadiləsi mərasimi olub.
Mia.az xəbər verir ki, “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Pakistan İslam Respublikasının Xarici İşlər Nazirliyi arasında konsulluq sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Mohammad İşaq Dar və Azərbaycanın xarici işlər nazirinin müavini Samir Şərifov mübadilə etdilər.
“Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında tranzit ticarət haqqında Saziş”i Pakistanın kommersiya naziri Cam Kamal Xan və Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev mübadilə etdilər.
“Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında preferensial ticarət Sazişi”ni Pakistanın kommersiya naziri Cam Kamal Xan və Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov mübadilə etdilər.
“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Pakistan İslam Respublikasının Kommunikasiyalar və Özəlləşdirmə Nazirliyi arasında dövlət əmlakının özəlləşdirilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Pakistanın kommunikasiyalar və özəlləşdirmə naziri Abdul Alim Xan və Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov mübadilə etdilər.
“Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Pakistan İslam Respublikasının Hüquq və Ədliyyə Nazirliyi arasında Əməkdaşlıq Memorandumu”nu Pakistanın hüquq və ədliyyə naziri Azam Nazir Tarar və Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev mübadilə etdilər.
“Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında mineral ehtiyatlar və geologiya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Pakistanın energetika naziri Musadik Masud Malik və Azərbaycanın energetika naziri Pərviz Şahbazov mübadilə etdilər.
“Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Pakistan İslam Respublikasının Milli İrs və Mədəniyyət İdarəsi arasında 2024-2029-cu illər üzrə mədəni mübadilə Proqramı”nı Pakistanın milli irs və mədəniyyət naziri Ataullah Tarar və Azərbaycanın xarici işlər nazirinin müavini Samir Şərifov mübadilə etdilər.
“Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Pakistan İslam Respublikasının İnformasiya Texnologiyaları və Telekommunikasiya Nazirliyi arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Pakistanın informasiya texnologiyaları və telekommunikasiya naziri xanım Şaza Fatima Xavaca və Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev mübadilə etdilər.
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti ilə Pakistan İslam Respublikasının “Pakistan Televiziya Korporasiyası” MMC arasında əməkdaşlığa dair Anlaşma Memorandumu”nu “Pakistan Televiziya Korporasiyası” MMC-nin sədri xanım Şahera Şahid və Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov mübadilə etdilər.
“Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında elmi və texnoloji əməkdaşlıq haqqında Saziş”i Pakistanın Elm və Texnologiya Nazirliyinin katibi Ali Tahir və Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev mübadilə etdilər.
“Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş”i Pakistanın Əyalətlərlərarası Əlaqələndirmə Nazirliyinin katibi Nadim İrşad Kayani və Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev mübadilə etdilər.
“Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”i Pakistanın Aviasiya Nazirliyinin katibi Saif Ancum və Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev mübadilə etdilər.
“Bakı şəhəri (Azərbaycan Respublikası) ilə İslamabad şəhəri (Pakistan İslam Respublikası) arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında Anlaşma Memorandumu”nu İslamabad Paytaxt Korporasiyasının rəhbəri Muhammad Ali Randhava və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov mübadilə etdilər.
“Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Pakistan İslam Respublikasının Kiçik və Orta Sahibkarlığın İnkişafı İdarəsi arasında Anlaşma Memorandumu”nu Pakistanın Kiçik və Orta Sahibkarlığın İnkişafı İdarəsinin baş icraçı direktoru Sokrat Aman Rana və Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov mübadilə etdilər.
“Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Pakistan Ədəbiyyat Akademiyası arasında Anlaşma Memorandumu”nu Pakistanın Ədəbiyyat Akademiyasının sədri xanım Naciba Arif və Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov mübadilə etdilər.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış ediblər.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
KILIÇDAROĞLU POLİS GÜCÜNƏ CHP BİNASINA GİRDİ – Özəl isə "geri dönəcəyik" mesajl verdi (FOTOLAR)
Bugün, 18:14 GÜNDƏM
-
Palçıqda başa çatan futbol mövsümü və ya Quba Olimpiya Kompleksinin stadionu bərbad vəziyyətdədir (VİDEO)
Bugün, 18:02 İDMAN
-
"İmişli" stadionda işığa qənaət edir? - Premyer liqanın motivasiyasız son oyunu (FOTO)
Bugün, 17:55 İDMAN
-
Araz Abdullayev Yevlax klubundan yola salındı
Bugün, 17:48 İDMAN
-
Muaytay-Tayboks Federasiyasının prezidenti Mia.az-a danışdı, sənəd təqdim etdi: "Federasiyanın rəhbəri mənəm, Araz Musayev yenə cəmiyyəti aldadır"
Bugün, 17:43 İDMAN
-
Mayın 25-27-də küləkli hava olacaq - Sarı və narıncı xəbərdarlıq verildi
Bugün, 16:50 GÜNDƏM
-
Çempionlar Liqası: "Sabah"ın potensial rəqibləri bəlli oldu
Bugün, 16:31 İDMAN
-
Ömrünü elmə həsr edən alim... - Professor İsa İsmayılovun 80 illik yubileyinə söz ardı...
Bugün, 15:23 MƏDƏNİYYƏT
-
Leyla Əliyeva və Alona Əliyeva Sosial Reabilitasiya Mərkəzində - FOTOLAR
Bugün, 15:05 CƏMİYYƏT
-
Bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanı oldu - 7 nəfərdə mobil telefon, 2 nəfərdə isə "ağıllı" saat aşkarlandı (Yenilənib)
Bugün, 13:24 GÜNDƏM
-
Muaytay-Tayboks Federasiyasında seçki: Azər Musayev prezident seçildi, Azər Həsənsoy qurumdan uzaqlaşdırıldı
Bugün, 12:45 İDMAN
-
Rusiya Kiyevi raket atəşinə tutub - Azərbaycanı səfirliyinin binasına zərər dəyib
Bugün, 11:30 GÜNDƏM
-
"Yeni Müsavat" qəzetinin redaktoruna ağır itki üz verib
Bugün, 11:22 PRESS
-
CHP-nin qərargahında dava - Kılıçdaroğlu vıə tərəfdarları partiyaya buraxılmadı (FOTOLAR)
Bugün, 10:05 DÜNYA
-
Meşələrin İnkişafı Xidməti 440 in manatlıq maşınlar alır
Bugün, 10:03 İQTİSADİYYAT
-
Cəlilabadda zəlzələ olub
Bugün, 09:49 GÜNDƏM
-
Muxtar Babayev BMT Baş katibi postuna namizədlə bir araya gəldi - AÇIQLAMA
Bugün, 00:06 GÜNDƏM
-
“Araz-Naxçıvan” “Zirə”ni məğlub etdi
Bugün, 00:04 İDMAN
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:02 CƏMİYYƏT
-
Leyla Əliyeva Bakıda toyda - VİDEO
23.05.2026, 23:50 MƏDƏNİYYƏT
-
KONSULUMUZ QƏZADA DÜNYASINI DƏYİŞDİ - XİN açıqlama yaydı + VİDEO (YENİLƏNİB)
23.05.2026, 23:33 GÜNDƏM
-
Sabiq nazirin 700 minlik evinin hərraca çıxarılacağı tarix bəlli oldu
23.05.2026, 20:38 İQTİSADİYYAT
-
Türkiyədə bələdiyyə sədri güllələndi - Ayağından...(FOTOLAR)
23.05.2026, 20:18 KRİMİNAL
-
ADY 25 dəqiqəlik yol üçün 58 manat pulu "tutdu", ancaq bilet vermədi - "ADY "Sistem xətasıdır" deyir"
23.05.2026, 20:07 İQTİSADİYYAT
-
PA-nın şöbə müdiri daha bir partiya sədri ilə görüşdü - Nələr müzakirə edilib?
23.05.2026, 19:27 SİYASƏT
-
BAKI-TBİLİSİ QATARINA BİLET 125 MANATA QALXDI: "Qiymətləri belə qaldırmaq yolverilməzdir" (FOTOFAKTLAR)
23.05.2026, 19:16 İQTİSADİYYAT
-
Türkiyədə zəlzələ olub
23.05.2026, 18:05 GÜNDƏM
-
Azərbaycan məktəbliləri EGOI 2026-da iki medal qazanıblar
23.05.2026, 16:26 GÜNDƏM
-
Milli Dram Teatrının zirzəmisini su basıb - VİDEO
23.05.2026, 16:09 MƏDƏNİYYƏT
-
Özgür Özəl deputat fraksiyasının sədri seçilib
23.05.2026, 15:46 DÜNYA
-
Sabah hava necə olacaq? - Proqnoz
23.05.2026, 15:06 CƏMİYYƏT
-
Bakı-Tiflis qatarına ilk bileti alan ADY-nin öz əməkdaşıdır? – AÇIQLAMA + VİDEO (YENİLƏNİB)
23.05.2026, 14:08 GÜNDƏM
-
Qadınlar haqqında qalmaqallı söz deyən rektorun keçmiş xanımı sualdan qaçdı
23.05.2026, 12:08 SİYASƏT
-
Rəsmi Bakı Çinə başsağlığı verdi: "Faciəvi partlayışdan dərindən kədərlənirik"
23.05.2026, 10:46 GÜNDƏM