Manuel Fernandes: "Portuqaliya və Türkiyə qrupdan çıxacaq"

img

20-06-2024 [18:25]


Vaxtilə "Beşiktaş" və "Kayserispor"da çıxış edən portuqaliyalı futbolçu Manuel Fernandes AVRO-2024-lə bağlı maraqlı proqnoz verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, F qrupunda Portuqaliya - Türkiyə matçında ölkəsinin - Portuqaliyanın favorit olduğunu iddia edib: "Düşünürəm ki, Portuqaliya bu matçı qazanacaq. Çünki Portuqaliya millisinin Türkiyə ilə müqayisədə daha təcrübəli futbolçuları var".

38 yaşlı futbolçu daha sonra deyib: "Türkiyə çox mütəşəkkil oynayır, xüsusən də Vinçenzo Montella baş məşqçi vəzifəsinə keçdikdən sonra. Türkiyə bu yarışda xeyli irəliləyə bilər. Məncə, qrupda sürprizlər olmayacaq. Buna inanmıram. Portuqaliya və Türkiyə qrupdan çıxacaq".

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR