Partiya sədri: "İsrail hökumətinin dağılması an məsələsidir"

img

20-06-2024 [00:13]


İsrail hökumətində koalisiya tərəfdaşı olan Ultra-Ortadoks Yəhudi Şas Partiyası gözlənilmnəz bəyanat verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki,  partiya hökumətdən çəkiləcəyini bildirib.

Ultra-Ortadoks Yəhudi Şas Partiyası bəyan edib ki, baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi hökumətin dağılması qaçılmazdıır: "Deyə bilərik ki, bu, artıq an məsələsidir".

İsrailin dövlət televiziyası KAN-ın xəbərinə görə, dünən axşam Baş nazir Netanyahu ilə Şas lideri Rabbi Aryeh Deri arasında gərgin telefon danışığı olub: "Deri Netanyahunu koalisiyaya nəzarəti itirməkdə və hökuməti Haredi xalqına (pravoslav yəhudilər - Mia.az) zərər verməkdə itiham etməyə başlayıb".

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA