Abel Məhərrəmovun qardaşı vəzifədən çıxarılıb - Yeni nazirdən daha bir dəyişiklik

img

13-06-2024 [16:42]


Ədliyyə Nazirliyində kadr dəyişiklikliyi olub.

Mia.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, bununla bağlı ədliyyə naziri Fərid Əhmədov əmr imzalayıb.

Əmrə əsasən, nazirliyin kadr idarəsinin rəisi Rauf Məhərrəmov tutduğu vəzifədən azad olunub. Onun vəzifəsi Ələkbər Nəbiyevə həvalə olunub.

Xatırladaq ki, Rauf Məhərrəmov BDU-nun sabiq rektoru Abel Məhərrəmovun qardaşıdır.

Dia-az.İnfo qeyd edir ki, bir müddət əvvəl də Rauf Məhərrəmovun görəvdən alındığı haqda xəbərlər yayılmışdı, lakin sonradan təkzib olunmuşdu.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA