Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
10-06-2024 [00:02]
Qoç - ətalətli, tənbəl, passiv olmayın. Son gündərin ağır yaşam tempi sizi yorsa da, ruhdan düşməyin. Qəfil olaylar sizi donuq vəziyyətdə haqlamasın. Tələsik çalışmayın, düşünülməmiş addımla işləri daha da ağırlaşdırmayın. Son günlər yaşananların sizə nəyə və neçəyə başa gəlməsini hesablamağa, anlamağa səy göstərin. Günün ikinci yarısı daha uğurludur. Sizi xoş sürpriz gözləyir.
Buğa - səhər saatlarından etibarən fəal olun, çətinliklərdən çəkinməyin. Səfər, gəzinti, danışıqlar və müzakirələr üçün əlverişli gündür. Bol emosiyalar olacaq. Yaxın ətrafınızdakı insanlar və ailə üzvləri ilə münasibətləri dəyərləndirin, anlaşılmazlıq və fikir ayrılıqlarının yaranmasına münbit şərait yaratmayın.
Yardıma ehtiyac duyan insana mütləq kömək edin.
Axşam saatlarında yorğunluq hiss edə bilərsiniz. Normal istirahət etməyə çalışın.
Əkizlər - səhər saatlarından ünsiyyəti seçərək işi arxa plana salmayın. Aktiv olun, məhsuldar çalışın, görüləcək işləri bitirməyə can atın.
Önəmli hadisələrdən kənarda qalmayın.
Günün ikinci yarısı tempi aşağı salmayın.
Axşam saatlarında istirahət edin, heç bir yerə tələsməyin, xoş təəssüratlar almağa çalışın.
Aldığınız informasiya və məlumatları təhlil edin. Düşünün ki, səhvləri təkrarlamayasınız.
İntuisiyanızdan bədgüman olmayın. İlk əvvəl görüləsi işin nə olduğunu hiss edəcəksiniz.
Xərçəng - qadağalara fikir verməyin və məqsədə çatmaq üçün qətiyyətlə irəliləyin. Aktiv olun, passivlərə aldanmayın. Yaşamınıza və işlərinizə məkrli müdaxiləyə imkan verməyin.
Maraqlandığınız, sizi razı salacaq işi seçin. Yeniliklər bitməyib, qarşıda sizi situasiyanın məhvərinin qəflətən dəyişəcəyi anlar gözləyir.
Dostların məclisindən uzaq durmayın. Təkbaşına qalmaqla bədbinliyə qapıla bilərsiniz. Yeni təəssüratlar və emosional yüngüllüyə ehtiyacınız var.
Uzaqdakı tanışlar və dostlarla əlaqələr, yazışma, fikir mübadiləsi, gələcəklə bağlı planların müzakirəsi üçün əlverişli gündür.
Axşam saatlarında mütailə, kompüterlə iş, gəzinti, əyləncəni seçə bilərsiniz.
Fikriniz dağınıq olsa da, maraqlı ideya sizin olacaq. Həmin ideya ilə bağlı yaxşı düşünün.
Şir - normal, rəvan gündür. Təlaşa, narahatlığa, nigaranlığa heç bir səbəb yoxdur.
Günün ilk yarısında diqqətli davranın, xırda detalları və təfərrüatları diqqətinizdən yayındırmayın.
İşlərin bir qismini başqasına həvalə etsəniz də, əsas ağırlıq sizin çiyninizdədir.
Bunu unutmayın. Yaxınlarınızla ünsiyyət saxlayın, evə zəng vurun. Telefonunuzu əhatə dairəsindən çıxarmayın.
Axşam saatları sürprizlər, hədiyyə, dostların gəlişi sizi sevindirə bilər.
Yaxşı istirahət edin. Sabah sizi yeni problemlər, yeni qayğılar gözləyir.
Qız - bu gün tələsik, qarışıq, hadisələrin bir-birlərini qovduğu zamandır. Ciddi, əsaslı işlə məşğul ola bilməyəcəksiniz.
Yaxın ətrafınızdakı insanlarla münasibətlərin inkişafı, köhnəlmiş ünsiyyət formalarının dəyişməsi üçün əlverişli gündür. Ehkamlaşmış təsəvvürlərdən uzaqlaşın, gərəksiz vərdişləri unudun və yeni şərtlərə uyğun hərəkət edin.
Qənaətli olun, alış-verişdə bədxərclik etməyin. Xarici görkəminizə və geyiminizə fikir verin.
Tərəzi - dünəndən bəri davam edən situasiyaya uyğunlaşmaq əvəzinə, çətinliklərin həll variantalarını arayın. Yeni temp, yeni davranış və yeni, intensiv qərarlar zamanıdır.
Bu günlə dünən arasında böyük fərq var. Ətalətli, süst olmayın.
Özünüzü aldatmayın, yanlışlıqlar və səhvlərə bəraət qazandırmağa çalışmayın.
Özünüzlə tək qalanda düşünün: niyə indiyədək zəngin, varlı ola bilməyibsiniz?
Düşünün: bəlkə həyat tərzi, həyata münasibət, iş yerini dəyişəsiniz? Olmaya bundan sonra da elə yaşamaq fikriniz var?!
Yeni təəssüratlar, yeni şərtlər, yeni hisslərə və yaşam arealına ehtiyac duyduğunuzu düşünsəniz də, emosiyalara qapılmayın.
Dostlar və tanışları maraq dairinizə cəlb edin, onlarla səmimi olun..
İrəliləyin, varlanın, güclənin. Həyat sizindir, başqaları sizin əvəzinizə yaşamayacaq.
Mühüm işləri sonraya saxlamayın. Axşam saatlarında aktiv istirahəti seçin.
Əqrəb - yeniliklər olacaq. Soyuqqanlı güzəştlərə və mənfəət vəd edən perspektiv münasibətlərə hazır olun. Bütün bunlar planlar və layihələrinizin inkişafı üçün zəmin yarada bilər.
İşlə aktiv məşğul olun, boş söhbətlərə vaxt ayırmayın. Əlavə işlərin sayını artıraraq özünüzü həddən ziyadə yormayın.
Oxatan - tələsin, fəal olun. Yeni ideya və planlarınızı artıq həyata keçirməyə başlayın. Şərik, iş yoldaşı və ya tərəfdaşla ideyanı, yaxud da reallaşdırmaq istədiyiniz planı müzakirə edin, perspektivləri təhlil edin.
İnformasiya axını, bolsöhbətlər, köhnə dostlarla görüşlər sizi maraqlı mövzularla yanaşı, təxirə salınmış işlərə qayıdın, çünki yarımçıq işlər problemləri sanki həndəsi silsilə ilə artırır.
Yaxın gələcəkdə önəmli novasiyalar və dəyişikliklər gözləməyə dəyməz. "Yığım" dövrü olduğundan yaşanacaq hadisələr sizi situasiyanın növbəti mərhələsinə aparır.
Oğlaq - səhər saatlarında planın son təfərrüatlarını müəyyənləşdirin, onu gerçəkləşdirməyə başlayın. Bu istiqamətdə yarana biləcək maneə və sədlər sizi yolunuzdan sapdırmasın.
Məntiqli və realist olun, qüvvənizi və imkanlarnızı dəqiq dəyərləndirin. Yeni ideyları düşünmədən rədd etməyin.
Yeni xəbərlər məşğul olduğunuz işə münasibətinizi dəyişə bilər.
Görüş, yeni biliklərin əldə olunması, təcrübənin artırılması üçün yaxşı gündür.
Köhnəlmiş və mənasız stereotiplərdən qurtulmaq, yaşananlara ənənəvi baxışdan əl çəkmək vaxtıdır.
Hissiyatınızın sizə xəbər verdiyi təklifləri təhlil edin.
Dolça - müstəqil çalışmağa, yarımçıq işlərinizi təkbaşına bitirməyə və bütün tapşırıqları tamamlamağa çalışın. İstirahət, əyləncə daha münasib günlərə qalmalıdır.
Çoxdan bəri yığılıb qalan, həllini tələb edən məsələlərin çözümünü bundan sonra da təxirə salaraq az olmayan problemlərin sayını süni şəkildə artırmayın.
Evdəki münasibətləri tənzimləyin, iş yerində tənqidə dözümlü olun.
Günün ikinci yarısında yorğunluq hissi yaranarsa, dayanmayın, irəliləyin.
Yaxın ətrafınızdakı insanlar sizə rəğbətlə yanaşacaqlar. Amma kömək və ya yardım təkliflərini əsla qəbul etməyin.
Balıqlar - bu gün genişmiqyaslı iş və ya planın reallaşdırılması üçün əlverişli zaman deyil. Adət etdiyiniz cari, rutin işlərlə məşğul olun.
Çətinlik hiss etdiyiniz zaman yaxınlarınız və ailə üzvlərinizin dəstəyindən yararlanın. Yaxın ətrafınızdakı insanların məsləhətlərini qulaqardına vurmayın. Ötən həftə başladığınız işi başa vurun, yarımçıq işləri sıralayıb əlavə problemlərin yaranmasına rəvac verməyin. Günün ikinci yarısı mühüm görüş və ya danışıq ola bilər. Yaranmış imkandan istifadə edin.
Milli.Az
Ramazanın 25-ci gününün duası: imsak və iftar vaxtı
XIII Qlobal Bakı Forumu başa çatıb (Yenilənib)
Azercell xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün maarifləndirici təşəbbüs həyata keçirdi - FOTOLAR
"Sabah" "İmişli"ni darmadağın edib
"Azərişıq" ASC-nin sədri yenidən federasiya prezidenti seçildi
"Bu format çərçivəsində əməkdaşlıq üçün mühüm imkanlar mövcuddur" - Hikmət Hacıyev Aİ rəsmisi ilə görüşüb
Sabah hava necə olacaq? - Proqnoz
"AzerGold"da növbəti təyinat oldu
Prorektor müşavir təyin edildi
Azərbaycan nefti 109 dollara satılır - 3.5 dollar da qalxdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə daha bir baş məşqçi istefa verdi
Pakistan və Əfqanıstan arasında toqquşma: 44 post ələ keçirilib
600-dən çox sahibkarın iştirak etdiyi tədbirdə Veysəloğlu Şirkətlər Qrupu mükafatlandırılıb - FOTO
BİR HƏFTƏYƏ MÜHARİBƏ BİTİR? - "ABŞ İsrailə konkret vaxt qoyub"
Müğənni Manaf Ağayevin oğlu həbs edilib - Təfərrüat (YENİLƏNİB)
Azərbaycan və Türkiyə XİN başçıları telefonda danışdı
Müğənni yeni imicdə: sevənləri tanıya bilmədi - FOTOLAR
Ramazanın 24-cü gününün duası: imsak və iftar vaxtı
Livan prezidenti: "Biz İsraillə danışıqlara hazırıq, amma..."
Milli Məclisin növbəti iclası: hansı qanunlara dəyişiklik olunacaq?
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
XIII Qlobal Bakı Forumunun ikinci günü başlayıb (Yenilənib)
BU QANUNU POZANLAR 5 MİN MANATADƏK CƏRİMƏLƏNƏCƏK - Prezident yeni qanunu təsdiqlədi
Novruz bayramında neçə gün iş olmayacaq? - QƏRAR
TƏBİB-in eks-rəhbəri ilə bağlı sensasion iddialar - Xaricdəki jurnalistə gizli məlumatları kim ötürürmüş?
İran raketləri və NATO qalxanı: Türkiyənin üzləşdiyi yeni təhlükəsizlik sınağı (TƏHLİL)
Sabiq icra başçısının şikayətinə "yox" deyildi
Aİ-dən ABŞ-a etiraz - Rusiya nefti ilə bağlı narazılıq yaranıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
İlber Ortaylı vəfat edib
BAEA rəbəri Moskvaya getdi, həmkarı ilə görüşdü - "İranın nüvə silahı hazırladığına dair heç bir dəlil görmədik"
Əli Əsədov Milli Məclisdə hesabat verdi (YENİLƏNİB)
ABŞ lideri İranı hədələdi: "Gələn həftə daha sərt vuracağıq"
BMT-nin Baş katibi Beyrutda: "Livan xalqı müharibəyə sürüklənir"
ABŞ təyyarəsi İraqda qəzaya uğrayıb - 4 nəfər ölüb
Süni intellektlə qadınları şantajda şübhəli bilinən şəxs həbs olunub
TFF "Qalatasaray"ın futbolçusunu cəzalandırdı - 2 oyunluq
"İRANIN TƏSLİM OLMASINI ELAN EDƏCƏK LİDER QALMAYIB" - Tramp G7 ölklərinin liderlərinə belə deyib
Siyəzəndə 17 yaşlı qız dəm qazından boğulub
Adnan Əhmədzadə ilə bağlı daha bir qərar verildi
Özbəkistan prezidenti Bakıya səfərə hazırlaşır
Xəzər TV-nin rəhbərinin səhhətində problem yaranıb
İrandan atılan daha bir raket Türkiyə səmasında vurulub - Açıqlama
Tehranda minlərlə insan "Qüds günü" ilə bağlı küçələrə axışdı - İsrail bölgəni vurdu, iranlılar geri çəkilmədi (FOTOLAR)
Gəncədə antik əşyalar oğurlayan şəxslər saxlanılıblar