Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
04-06-2024 [00:01]
Qoç - təcili işləri daha yaxşı hesab etdiyiniz zamanadək ertələməyin. Başladığınız işi yanlışlıqlarsız, səhvsiz yerinə yetirməyə çalışın. Vaxtınıza qənaət edin. Yaşama daha pozitiv baxın. Çətin vaxt olsa da, situasiyadan itkilərsiz çıxa bilərsiniz.
Günün ikinci yarısında məişət problemlərinin həllinə başlayanda durumu qiymətləndirin. Hisslərinizə hakim ola bilməsəniz, ciddi qarşıdurmanın iştirakçısına çevriləcəksiniz. Özünüzü qoruyun.
Buğa - yaradıcılıq ideyalarınız bol olacaq. Prosesin maraqlı olması üçün fəaliyyətinizi məntiqli təşkil edin. Aldığınız məlumatları qaydaya salın, gərəksiz informasiyalara ciddi önəm verməyin. Prioritetləri müəyyənləşdirin.
Günün ikinci yarısı yarımçıq işlərin başa çatdırılması, habelə pəhriz, diaqnostika, fiziki prosedurlar üçün əlverişlidir. Təmir və ya hobbiniz üçün gərəkli materialları ala bilərsiniz. Ailə üzvlərinizin qayğı ilə diqqətə ehtiyacı var. Az danışın, çox işləyin. Sizə faydalı nə isə deyə biləcək insanlarla ünsiyyətdə olun.
Şəxsi münasibətlərdə diqqətli olun. Sevdiyiniz insana kömək edin.
Əkizlər - yaranmış problemləri ən müxtəlif instansiyalarda həll etməyə çalışın. İşdə həmkarlarla və ya işgüzar tərəfdaşlarla müzakirələr üçün əlverişli zamandır. Hər şeyi təmkinlə, sakit şəkildə həll etmək olar. Hisslərlə emosiyalar arxa plana keçməlidir.
Günün ikinci yarısında maddi maraqlarınızın təminatı üçün gərəkli saydığınız bütün addımları atın.
Yaşam məkanında və fəaliyyət arealında düzəni pozmayın. Təfərrüatlara, habelə tərtibata fikir verin. Axşam saatlarında normal istirahət edin.
Xərçəng - yaradıcı potensialınızdan maksimum istifadə edin. Görüşü, diskussiyanı, müzakirələri təxirə salmayın. Energetik səviyyəniz yüksəkdir. Təmaslardan yeni layihəniz üçün yararlanın. Anlaşmanı pozmayın, vədlərə riayət edin.
Günün ikinci yarısında əlaqələrdə fərdi maraqları ön plana çıxararaq ümumi mənafeni qulaqardına vurmayın. Əmlak məsələsi bilavasitə iştirakınızı tələb edir. Yaxınlarınızın dediklərinə qulaq asın. Sistemləşdirmə daxili tarazlığa və stabilliyə nail olmağa imkan verəcək.
Şir - günün ilk yarısından etibarən maddi məsələlərin həllinə başlayın. Situasiyanın yaratdığı süni məhdudiyyətlərin qarşısında geri çəkilməyin. Planlarınızı reallaşdırın, istəklərinizi unutmayın.
Çılğın arzuların əsirinə çevrilməyin.
Günün ikinci yarısında əlaqələrin genişləndirilməsinə, yaxın ətrafınızdakı insanlara təsir imkanlarınızın artırılmasına zərurət duyulur. Çətindir, amma başlayın. Yaxınlarınız sizə dəstək olacaqlar. Məsuliyyətiniz artacaq.
Mürəkkəb intellektual fəaliyyətə hazır olun.
Axşam saatlarında fiziki təmrinlərdə xeyir var.
Qız - istənilən, hətta ən kiçik hadisələri təhlil etməklə vaxtınızı hədər keçirməyin. Sürətli seçim edin və dərhal işə başlayın. Ev işlərini görmək, məişət qayğılarını çözmək üçün yaxşı zamandır. Yeni ideyaya maraq yarana bilər.
Günün ikinci yarısında fikirlərinizi etibar etdiyiniz insanlarla bölüşə bilərsiniz.
Kollektiv fəaliyyətə üstünlük verin. Sevdiyiniz insanla münasibətlərdə ən kiçik məqamın önəmi var. Laqeydlik və donuqluq əhvalınızı poza bilər.
Tərəzi - günün ilk yarısı neytral zamandır. Cari işlər, rutin qayğılar diqqət və sərvaxtlıq tələb edir. Münasibətlərdəki xaosu aradan qaldırın, nizamsızlığın səbəblərini tapın.
Başladığınız işi keyfiyyətlə görün. Xırdalıqlardan bəhrələnin, məlumatları sistemləşdirin.
Günün ikinci yarısında işdə rəhbərliklə danışmaq və ya yeni iş yeri axtarışlarına başlamaq olar. Amma önəmli, yekun qərarlar qəbul etməyin. Fikirləşmək, düşünüb-daşınmaq üçün xeyli vaxtınız var. Axşam saatlarını ailə üzvləri ilə birlikdə keçirin. Pəhrizə başlamaq üçün münasib zamandır.
Əqrəb - yaşamın yaratdığı problemlər nə qədər ağır olsa, fəaliyyətiniz bir o qədər maraqlı təsir bağışlayacaq. Kreativ olun, amma başqasının əvəzinə çalışmayın. Özünüzü çox yormayın.
Bir qədər nəfəs alın, dincəlin və sonradan yenə sürətlə çalışmağa başlayın.
Günün ikinci yarısı dostlarla ünsiyyət, görüş, səfər, yaradıcılıq üçün yaxsıdır. Xərcləriniz irrasional təsir bağışlamamalıdır.
Şəxsi münasibətlərdə qayğıkeş olun. Sevdiyiniz insanı sevindirin. Ona hədiyyə verə bilərsiniz.
Oxatan - günün ilk yarısı ağır zamandır. Təcili həll tələb edən məsələlərin sayı artacaq. Başqalarının işini görməyin. Gərəkli olanı görün, əlavə vədlər verməyin. Ağır və mürəkkəb iş yaşam situasiyası ilə bağlı nigaranlıqdan qurtulmağa imkan verəcək.
Yaxınlarınızla münaqişə etməyin.
Günün ikinci yarısında işlə məşğul olun, boş söhbətlərin statik iştirakçısına çevrilməyin. Axtarışlarınız gözlənilən nəticəni verəcək. Uzun müddətdən bəri sizi gərgin vəziyyətdə saxlayan problemi həll etməyə can atın.
Axşam saatlarında sakit istirahəti seçin.
Oğlaq - günün ilk yarısında baş verəcək dəyişikliklərdən və formalaşan situasiyalardan yararlanaraq fəaliyyət istiqamətinizi dəyişə bilərsiniz. İş qrafikinə və planlara yenidən baxın. Qətiyyətli, iradəli, əzmli hərəkətlərdə xeyir var.
Günün ikinci yarısında ikinci dərəcəli məsələləri bir kənara qoyaraq önəmli problemin həlli ilə məşğul olun. Yaxın ətrafınızdakı insanlara çox aludə olmayın, öz maraqlarınızı təmin edin.
Axşam saatlarını maraqlı insanla keçirin.
Dolça - sərt danışmayın, əsəblərinizi qoruyun. Konkret məsələ ilə bağlı mövqeyinizi yaxın ətrafınızdakı insanlara bildirəndə ehtiyatlı olun. Peşəkar fəaliyyət prosesini yaxşılaşdırmağa çalışın. Unutmayın ki, münasibətləri korlamaq çox asandır.
Günün ikinci yarısında əlavə xərclər istisna deyil.
Ev işləri və məişət qayğıları adi günlərdən fərqli olaraq daha çox vaxt tələb edir. Ailə üzvlərinin problemlərinin həllində astagəllik etməyin. Axşam saatları romantik anlar vəd edir.
Balıqlar - təmkinli olun, təxribatlara uymayın. Düşünülməmiş qərarlar xoşagəlməz vəziyyət yaradacaq. Başqasının badına getməyin. Aktiv fəaliyyətə can atsanız belə, cari işləri unutmayın. "Qlobal" sözünü unudun, ilk baxışdan xırda və mənasız təsir bağışlayan məqamların arxasındakı mənanı anlamağa çalışın.
Günün ikinci yarısında şəxsi münasibətlərdə anlayışla bağlı problem yaranacaq. Qarşı tərəfin tam fərqli mövqe tutduğu məsələ ilə bağlı müzakirələrə başlamayın.
Əsəblərinizə heyfiniz gəlsin.
Milli.Az
Ərdoğan Suriya prezidenti ilə danışdı - Son əməliyyatla bağlı
"Samsunspor" qələbə üzünə həsrət qalıb
İlham İsmayıl xəstəxanaya yerləşdirildi
Əmrə Belözoğlu: "Liqa matçlarında qalib gəlmək asan deyil"
İran XİN Trampın sözünü təkzib etdi: "Məsuliyyətsiz açıqlama idi" - "Səfırliklər bağlanmayıb"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
SDQ "Ağ bayraq" qaldırdı, Şara atəşkəs elan etdi: "Hökumət qüvvələri üç şəhərə daxil olacaq" (YENİLƏNİB)
Suriya ordusu SDQ-yə qarşı daha iki cəbhə açdı - Türkiyə tərəfdən...
Binəqədidə maşın və motosiklet oğruları tutulub
2026-cı ilin sonuna qədər ev və maşın alacaq - 5 BÜRC
Ramil Şeydayev “Qarabağ”dan da gedir
Qar yağacaq - Sabahın hava proqnozu
Prezident İlham Əliyev Şəhidlər xiyabanında - FOTOLAR
Anar Ələkbərov “Qeyzer” adlı sərgidə - FOTOLAR
Dağətəyi rayonlara qar yağır
Şamaxı və Ağsuda zəlzələ olub (Yenilənib)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Körpələr evinin müdirini bıçaqladılar - Tovuzda + VİDEO
“Park Cinema”da “Səkkiz” serialının yayımı dayandırıldı
İki gün ərzində güclü külək əsəcək - Xəbərdarlıq
10 yaşlı uşağı sabiq icra başçısının oğlu xilas edib - FOTO
Maşın kanala aşdı: müəllim öldü
Bakıya sulu qar, rayonlara isə qar yağacaq - Sabahın hava proqnozu
Abşeronda su təsərrüfatı çöküb: tonlarla su kanalzasiyaya axır - Yarıtmaz kadr siyasətinin acı nəticəsi + VİDEO
Suriya ordusu qruplaşmaya qarşı daha bir şəhərdə əməliyyata başlayıb
Azərbaycan nefti 70 dollara satılır - Qiymət qalxdı
Sürücülərə xəbərdarlıq olunub - Hava ilə bağlı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Oktay Kaynarcanın narkotestinin cavabı çıxdı: "Başım dikdir"
“PAŞA Holding”də yeni törəmə şirkət yaradıldı, təyinat oldu – “PAŞA Maliyyə Holding” hans işləri görəcək?
Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir
Türkiyə futbolunda "mərc oyunu": 146 məşqçi cəzalandırıldı - SİYAHI
Partiya sədri Akşeneri ziyarət etdi - Sabiq partiya liderinin fotosu müzakirəyə səbəb oldu (FOTO).
Türkiyədə benzin qiymətləri enir - Bu gecədən
Suriyadan daha 5 Azərbaycan vətəndaşı geri göndərilib
Nadejda İsmayılova "Şöhrət" ordeni verildi - Sərəncam
Əmək Məcəlləsinə üç əsas istiqamət üzrə dəyişiklik oldu - Prezident təsdiqlədi (DETALLAR)
PREZİDENT İH SƏDRİNİ VƏZİFƏDƏN ÇIXARDI - Yeni təyinat + FOTO
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Tanınmış aktyor qaraciyər donoru axtarırır - Qardaşından açıqlama
Səlim Müslümovun dayısı qızının əri şirkətdən də uzaqlaşdırılıb
Joze Mourinyo "Beşiktaş"ın oyunçusunu istəyir
Nigar Səfxanova kollec direktoru təyin edildi
"Atena” qanunvericiliyi pozub