Qarabağ Universitetində dekan işləmək istəyənlərin diqqətinə: vakansiya var - Tələblər
03-06-2024 [13:19]
Qarabağ Universitetində Mühəndislik, İqtisadiyyat və Turizm fakültələri üzrə dekan vəzifələrinə vakansiya elan edilib.
Mia.az Təhsil Nazirliyinə istiunadla xəbər verir ki, işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialı, aparılan bərpa-quruculuq işləri, eləcə də əmək bazarının tələbləri nəzərə alınaraq regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi məqsədilə Prezidentin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə Qarabağ Universiteti yaradılıb.
"Nazirlər Kabinetinin 6 fevral 2024-cü il tarixli 73 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qarabağ Universitetinin Nizamnaməsi”nə əsasən, ali təhsilin bütün səviyyələri üzrə genişprofilli mütəxəssislərin və yüksəkixtisaslı elmi kadrların hazırlanması, eləcə də orta ixtisas və əlavə təhsil proqramlarının həyata keçirilməsi və elmin müxtəlif sahələri ilə bağlı tədqiqatların aparılması universitetin fəaliyyət istiqamətlərinə aid edilib. Universitet fəaliyyətinin beynəlxalq standartlara uyğun təşkili, eləcə də təhsilalanların yüksəksəviyyəli bilik və bacarıqlarla təmin olunması məqsədilə yüksəkixtisaslı peşəkar kadrlar üçün vakansiya elan edir", - məlumatda qeyd olunub.
İşin təsviri:
1. müvafiq ixtisaslar üzrə fakültənin strukturuna dair təkliflərin
hazırlanması;
2. müvafiq ixtisaslar üzrə təhsil proqramlarının hazırlanması;
3. müvafiq ixtisaslar üzrə təsdiq edilmiş təhsil proqramlarına uyğun tədris
planları və digər tədris sənədlərinin hazırlanmasında iştirak;
4. fakültənin profili əsasında professor-müəllim heyətinə olan tələblərin
müəyyən edilməsi və bu tələblərə uyğun şəxslərin işəgötürülmə
prosesinin təşkili;
5. fakültə Elmi Şurasına sədrlik;
6. fakültə Elmi Şurasında vəzifələrin tutulması üçün seçkilərin (professor,
dosent, baş müəllim, müəllim, assistent) keçirilməsinə rəhbərlik;
7. fakültədə tədris prosesinin, tərbiyə və elmi-tədqiqat işlərinin təşkili;
8. təhsil proqramlarının icrasına rəhbərlik;
9. metodiki işin aparılmasına, elmi konfrans və seminarların təşkilinə
nəzarət;
10. tələbə və professor-müəllim heyətinin mobilliyinin təmin olunması;
11. tələbələrin ixtisasları üzrə təcrübə keçməsinin təşkili;
12. təhsilverənlərin peşəkarlıq səviyyəsinin artırılması ilə bağlı tədbirlərin
görülməsi;
13. tələbə və məzunlara karyera məsləhət xidmətlərinin göstərilməsi.
Qeyd: “Müvafiq ixtisaslar” dedikdə iqtisadiyyat, mühəndislik və turizm ixtisasları başa düşülür.
Tələblər:
• elmi dərəcə və (və ya) elmi ad;
• müvafiqprofilli ali təhsil müəssisələrində pedaqoji və ya rəhbər vəzifələrdə
minimum 3 il elmi-pedaqoji təcrübə;
• ən azı B2 səviyyəsində ingilis dili bilikləri (digər xarici dil biliklərinin olması
arzuolunandır);
• liderlik və idarəetmə bacarığı;
• innovativ, interaktiv metod və texnologiyalardan istifadə bacarığı;
• tələbəyönümlü və səriştəəsaslı tədris yanaşmalarından istifadə bacarığı;
• yüksək kommunikasiya bacarığı.
Tələb olunan sənədlər:
• tərcümeyi-hal;
• ali təhsili təsdiq edən sənədlərin surəti;
• dərc olunmuş elmi məqalələrin siyahısı;
• müşayiətedici məktub (motivasiya, proqramlarla bağlı baxışı –
maksimum 500 söz);
• tövsiyə edən şəxslər barədə məlumat (2 nəfər).
Qeyd: universitetdə daimi əsaslarla işləyən əməkdaşlar Xankəndi şəhərində tədris ilinin əvvəlindən başlayaraq işlədikləri müddətdə mənzillə təmin olunacaqlar.
Müraciət üçün son tarix: 15 iyun 2024-cü il
Elektron poçt ünvanı: [email protected]
Ramazanın 25-ci gününün duası: imsak və iftar vaxtı
XIII Qlobal Bakı Forumu başa çatıb (Yenilənib)
Azercell xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün maarifləndirici təşəbbüs həyata keçirdi - FOTOLAR
"Sabah" "İmişli"ni darmadağın edib
"Azərişıq" ASC-nin sədri yenidən federasiya prezidenti seçildi
"Bu format çərçivəsində əməkdaşlıq üçün mühüm imkanlar mövcuddur" - Hikmət Hacıyev Aİ rəsmisi ilə görüşüb
Sabah hava necə olacaq? - Proqnoz
"AzerGold"da növbəti təyinat oldu
Prorektor müşavir təyin edildi
Azərbaycan nefti 109 dollara satılır - 3.5 dollar da qalxdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə daha bir baş məşqçi istefa verdi
Pakistan və Əfqanıstan arasında toqquşma: 44 post ələ keçirilib
600-dən çox sahibkarın iştirak etdiyi tədbirdə Veysəloğlu Şirkətlər Qrupu mükafatlandırılıb - FOTO
BİR HƏFTƏYƏ MÜHARİBƏ BİTİR? - "ABŞ İsrailə konkret vaxt qoyub"
Müğənni Manaf Ağayevin oğlu həbs edilib - Təfərrüat (YENİLƏNİB)
Azərbaycan və Türkiyə XİN başçıları telefonda danışdı
Müğənni yeni imicdə: sevənləri tanıya bilmədi - FOTOLAR
Ramazanın 24-cü gününün duası: imsak və iftar vaxtı
Livan prezidenti: "Biz İsraillə danışıqlara hazırıq, amma..."
Milli Məclisin növbəti iclası: hansı qanunlara dəyişiklik olunacaq?
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
XIII Qlobal Bakı Forumunun ikinci günü başlayıb (Yenilənib)
BU QANUNU POZANLAR 5 MİN MANATADƏK CƏRİMƏLƏNƏCƏK - Prezident yeni qanunu təsdiqlədi
Novruz bayramında neçə gün iş olmayacaq? - QƏRAR
TƏBİB-in eks-rəhbəri ilə bağlı sensasion iddialar - Xaricdəki jurnalistə gizli məlumatları kim ötürürmüş?
İran raketləri və NATO qalxanı: Türkiyənin üzləşdiyi yeni təhlükəsizlik sınağı (TƏHLİL)
Sabiq icra başçısının şikayətinə "yox" deyildi
Aİ-dən ABŞ-a etiraz - Rusiya nefti ilə bağlı narazılıq yaranıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
İlber Ortaylı vəfat edib
BAEA rəbəri Moskvaya getdi, həmkarı ilə görüşdü - "İranın nüvə silahı hazırladığına dair heç bir dəlil görmədik"
Əli Əsədov Milli Məclisdə hesabat verdi (YENİLƏNİB)
ABŞ lideri İranı hədələdi: "Gələn həftə daha sərt vuracağıq"
BMT-nin Baş katibi Beyrutda: "Livan xalqı müharibəyə sürüklənir"
ABŞ təyyarəsi İraqda qəzaya uğrayıb - 4 nəfər ölüb
Süni intellektlə qadınları şantajda şübhəli bilinən şəxs həbs olunub
TFF "Qalatasaray"ın futbolçusunu cəzalandırdı - 2 oyunluq
"İRANIN TƏSLİM OLMASINI ELAN EDƏCƏK LİDER QALMAYIB" - Tramp G7 ölklərinin liderlərinə belə deyib
Siyəzəndə 17 yaşlı qız dəm qazından boğulub
Adnan Əhmədzadə ilə bağlı daha bir qərar verildi
Özbəkistan prezidenti Bakıya səfərə hazırlaşır
Xəzər TV-nin rəhbərinin səhhətində problem yaranıb
İrandan atılan daha bir raket Türkiyə səmasında vurulub - Açıqlama
Tehranda minlərlə insan "Qüds günü" ilə bağlı küçələrə axışdı - İsrail bölgəni vurdu, iranlılar geri çəkilmədi (FOTOLAR)
Gəncədə antik əşyalar oğurlayan şəxslər saxlanılıblar