MN: "Silah və texnikanın yay mövsümündə istismar rejiminə keçidi davam etdirilir"

img

30-05-2024 [15:37]


"Plana uyğun olaraq, Azərbaycan Ordusunun bütün qoşun növləri, hərbi hissə və bölmələrində silah, döyüş və xüsusi texnikanın yay mövsümünə keçirilməsi üzrə kompleks tədbirlər keçirilir".

Mia.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hərbi hissələrdə fəaliyyət göstərən texniki xidmət məntəqələrində yay mövsümündə silah və texnikanın fasiləsiz, dayanıqlı istismarını təmin etmək məqsədilə iqlim şəraitinin xüsusiyyətləri də nəzərə alınmaqla yanacaq-sürtkü materialları dəyişdirilir, elektrik sistemlərinin vəziyyəti yoxlanılır, eləcə də onlara planlı şəkildə mövsümi qulluq göstərilir.

Bundan başqa, şəxsi heyətə mövsümə uyğun texnikanın istismarı qaydaları öyrədilir və təhlükəsizlik tədbirləri üzrə tələblər çatdırılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA