AGENTLİK SƏDRİNDƏN DİQQƏTÇƏKƏN TƏYİNATLAR: qohumu və sədr əvəzi yüksək postlara gətirilib

img

29-05-2024 [13:07]


Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində daha bir təyinat olub.

Mia.az xəbər verir ki, Z.Mikayılov "Azərsu" ASC-də müavin olan Etibar Məmmədovla yanaşı, tələbə yoldaşı və qohumu Əsəd Şirinovu özünə müşavir götürüb. 

Etibar Məmmədovun "Azərsu" sistemindəki gücü bəlli idi. Əslində, Z.Mikayılov onu kağız üzərində böyük, ancaq mahiyyətcə kiçik sayılan yeni vəzifəyə  təyin etməklə, qurumdakı "təsir sistemi"ndən uzaqlaşdırıb. O da iddia olunur ki, Z.Mikayılov buradakı əsas işləri Əsəd Şirinovun vasitəsilə görür...

Əsəd Şiriova gəldikdə isə, onun haqda eyni sözü demək olmaz. Belə ki, Ə.Şirov Z.Mikayılovla yaxın qohum (quda olduqları deyilir - Mia.az) olmaqla yanaşı, Türkiyədə Boğaçı universitetində oxuyublar: "Əsəd Şirinov 1999-2021-ci illərdə Coca-Cola şirkətində Qafqaz və Orta Asiya regionunda, ölkə və regional rəhbər vəzifəsində çalışıb. Düzdür, Şirinov 2021-ci ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində sədrin müşaviri işləyib. Ancaq indi o, daha geniş spektrə nüfuz etmək gücünə çatdırılıb...".

Mia.az-ın əldə etdiyi məlumata görə, agentlik sədri "Azərsu" ASC-nin yaxın vaxtlara qədər sədr əvəzi olan Köçərli Həsənova da etimad göstərib: "Köçərli Həsənov İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə rəhbər gətirilib. "Azərsu" ASC sədrinin digər müavinləri - Teyyub Cabbarov, Seymur Seyidov, İlqar Tağıyev haqqında isə qeyri-müəyyənlik davam edir. Böyük ehtimalla onlarla bərabər, bir çoxlarına etimad olmayacaq".

Samir MUSAYEV

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq