Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
21-03-2024 [00:03]
Qoç - Liderlik məziyyətlərinizə ehtiyac duyulur. Çünki ətrafınızdakı insanlar sizdən ilk addım, təşəbbüs, qətiyyətli qərar gözləyirlər. Yeni işlərə, habelə genişmiqyaslı və uzunmüddətli layihələrə başlamaq olar. Ümumi maraqlar və hədəflər üzərində qurulmuş münasibətlərə emosiyalar qatmayın.
Günün ikinci yarısında əhvalınız yaxşı olacaq. Səhhətinizi yorğunluq və ya usanma kimi təhlükələr gözləmir. Kimsənin əhvalınızı korlamasına imkan verməyin. Yaşanan olaylardan müsbət enerji almağa, faydalanmağa çalışın.
Buğa - Rahat və əlverişli gündür. Yaxınlarınızla, köhnə dostlarla təmaslarda aktiv olun. Onlarla görüş xoş emosiyalar vəd edir. Son vaxtlarda ehtiyac duyduğunuz əminlik hissi bərpa oluna bilər. Hədiyyə, gəlir istisna deyil.
Günün ilk yarısı fiziki əmək, rutin işlər görmək üçün əlverişlidir. Günün ikinci hissəsini sakit işlərə həsr edin. Dəvət aldığınız tədbirdə çox vaxt keçirməyin. Tez yatmağa çalışın.
Əkizlər - Sizin üçün önəmli işdə uğur əldə edə bilərsiniz. Məqsədə çatmaq üçün yaxınlarınızı da işə cəlb edin. Səyləri birləşdirmək gərəkdir. Tərəfdaşlıqda ciddi problemlər yaranmayacaq. Maliyyə fonu əlverişlidir. Alış-verişlə bağlı qərarı müstəqil qəbul edin. İşgüzar hissiyat sizi aldatmayacaq. Di gəl, uzun-uzadı müzakirələr sizi yoldan sapdıra bilər.
Günün ikinci yarısı ünsiyyət, dostlarla görüş, romantik təmaslar üçün yaxşıdır. Axşam saatlarında bir qədər tək qalın. Yeni və maraqlı işlə məşğul olun. Ətrafınızdakı insanlar fikrinizi dağıtmasınlar. Yaşam potensialının səviyyəsi yüksəkdir. Əhvalınız pis olmayacaq.
Xərçəng - Günlə bağlı gözləntiləriniz böyük olmasın. Təşəbbüskar olun, səylərinizi əsirgəməyin. İnad və əzmlə çalışsanız, qarşınıza qoyduğunuz məqsədə çata bilərsiniz. Axınla hərəkət edin, işlərinizi başqalarına həvalə etməyin. Passiv olsanız, uğurlarınız da əhəmiyyətli olmayacaq.
Günün ikinci yarısında işlərin tempini bir qədər aşağı salmaq olar. Amma bu, tənbəllik etmək, istirahət anlamına gəlməməlidir. Əvvəlki vaxtlarla müqayisədə daha çox yazmaq və ya oxumaq istəsəniz, gözləriniz ağrıyacaq. Axşam saatlarında normal istirahət edin.
Şir - Şəxsi münasibətlərdə yeni təşəbbüslər üçün düşərli gündür. Maraqlı saydığınız insanla görüşün. Sevdiyiniz insanla söhbətdə hisslərinizi etiraf edin. Mühüm görüşə diqqətlə, ciddi şəkillə hazırlaşın. Məntiqli danışın, emosiyalara varmayın.
Köhnə dostlar və tanışlar özlərini xatırladacaqlar. Planlaşdırılmamış görüş, improvizə edilmiş təmaslar istisna deyil. Qonaq gələcək. Ev işləri çox vaxt almayacaq. Üstəlik, yaxınlarınız və ailə üzvləriniz də sizə yardım edəcəklər. Axşam saatlarında kəsici və iti alətlərlə çalışmayın. Kiçik, amma xoşagəlməz travmalar riski var.
Qız - Maliyyə fonu uğurlu olan gündür. Maliyyə məsələləri ilə bağlı qərarlar vermək, habelə əmlakın bölüşdürülməsi, dəyişdirilməsi və ya satışı ilə bağlı məsələləri müzakirə etmək olar. Çətinliklərdən qorxmayın, sədləri və məneələri dəf edin. Yaxın ətrafınızdakı insanlarla müqayisədə çətinlikləri daha sürətlə keçəcək, əhəmiyyətli uğurlara nail olacaqsınız. Nailiyyətləriniz rəqib və bədxahları sinirləndirəcək. Sizə paxıllıq edənlər az deyil. Lakin ləyaqətli insanların sizə rəğbəti artır.
Günün ikinci yarısında ailə üzvlərindən biri ilə fikir ayrılığı, sevdiyiniz insanla mübahisə ola bilər. Heç bir halda qarşılıqlı iradlara başlamayın, təhqirə və aşağılamalara keçməyin.
Tərəzi - Vaxtınızı boşuna sərf etməyin. Fəal olun, çalışdığınız sahədə süstlük nümayiş etdirməyin. Bir işi başa vuran kimi başqasına başlayın. Narahat olmayın: ifrat yorğunluğa qapılmayacaqsınız. Yaşam potensialının səviyyəsi yüksəkdir. İşləməkdən çəkinməyin. Lakin yaxın ətrafınızdakı insanlardan da analoji fəallıq, təşəbbüskarlıq gözləməyin. Sizdən zəif olanlara diqqət yetirin, onların qayğısına qalın.
Günün ikinci yarısı ezamiyyət, qısamüddətli səfər və harasa yollanmaq üçün əlverişli zamandır. Yeni informasiya və məlumatları qaçırmayın. Onlar karınıza gələ bilər. Axşam saatlarında bir qədər tək qalın, yaşananları təhlil edin.
Əqrəb - Nə istədiyinizi, hansı məqsədə can atdığınızı dəqiqləşdirin. Başqalarının sizinlə bağlı dediklərinə qulaq verin. Əməl və qərarlarınızı tənqid edənlər az deyil. Amma sizə dəstək verəcək, həyan duracaq adam da tapılacaq. Həmin şəxs etibarlı müttəfiqə çevriləcək. Yeni kommersiya layihəsinə başlamaq olar. İş nə qədər orijinaldırsa, o qədər çox gəlir vəd edir.
Günün ikinci yarısında yaxınlarınızdan biri ilə anlaşılmazlıq yarana bilər. Ailə işləri və məişət qayğılarını qulaqardına vurmayın. Təmkinli və səbirli olun, xırda məsələni ciddi problemə çevirməyin. Yaranmış mübahisəni asanlıqla çözmək olar.
Oxatan - Maraqlı görüşlər, pozitiv emosiyalar, şadyanalıq vəd edən xoş gündür. Aktiv olun, süstlük və tənbəlliyə qapılmayın. Plan və ideyalarınızı yaxın bildiyiniz insanlarla bölüşsəniz, dəstək, yardım ala bilərsiniz. Yaradıcılıq potensialının səviyyəsi yüksəkdir. Başladığınız işi bitirin, fikrinizi mənasız işlərə və boş söhbətlərə yayındırmayın.
Günün ikinci yarısı dəvət aldığınız tədbirə qatılmaq üçün əlverişli zamandır. Diqqət mərkəzində olmağa çalışın. Xoş tanışlıq, yaxşı perspektivlər vəd edən ünsiyyət istisna deyil. Sevdiyiniz insana qısqanclıq üçün səbəb verməyin.
Oğlaq - Narahat olmağa səbəb yoxdur. Başladığınız işləri yarımçıq qoymayın. Əvvəllər əldə etdiyiniz təcrübə və biliklər karınıza gələcək. Atmaq istədiyiniz, amma atmağa vaxt tapmadığınız alət və ya avadanlıqdan indi istifadə edə bilərsiniz. Yarımçış işləri başa vurun. Anlaşılmazlıq səbəbindən kəsilmiş romantik əlaqəni bərpa edin.
Günün ikinci yarısında planlaşdırılmamış səfər və ya səyahətdən imtina edin. Belə "macəra" sizi yoracaq, xoş təəssürat bağışlamayacaq. Texnika və nəqliyyat vasitəsi almaq məsləhət deyil. Alış-verişdə bədxərclik etməyin.
Dolça - Sizi çoxdan bəri narahat edən problemi yaxınlarınızla müzakirə etməyin vaxtı çatıb. Bu söhbət zamanı soyuqqanlı olun, təmkinli davranın. Emosiyalara uymasanız, problemin həllini tapa bilərsiniz. Saatlar keçdikcə daha aktiv olmağınız gərəkdir. Uzaq qohumlardan biri ilə bağlı xəbər alacaqsınız.
Günün ikinci yarısının maliyyə fonu uğurludur. Gəlir, bəlkə də, olmayacaq. Amma pul əldə etməyin yollarını ən yaxın vaxtlarda tapacaqsınız. Səhhətinizdə ciddi problemlər yaranmayacaq. Əhvalınız yaxşı olacaq. Axşam saatlarını xoş keçirin.
Balıqlar - Gərgin, çətin, amma maraqlı gündür. Taleyinizə asan olmayan sınaqlar yazılıb. Onların öhdəsindən soyuqqanlılıqla gələ bilərsiniz. Ən yaxşı məziyyətlərinizi nümayiş etdirin. Yaxın ətrafınızdakı insanlar sizə həsədlə baxırlar. Yeni təmaslar və ya ünsiyyət pozitiv emosiyalar verə bilər.
Günün ikinci yarısında ruhdan düşməyin. Mənfi təmayüllərin təsiri xüsusilə güclənəcək. Yaxınlarınıza yardım üçün müraciət etməkdən çəkinməyin. Axşam saatlarında aktiv istirahəti seçin.
Milli.Az
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi
“Azercell Telekom” MMC “Tələbə Təqaüdü Proqramı”nın qaliblərini təbrik edib - Bu il 15 tələbə “Azercell”dən təqaüd qazanıb
Prezident İlham Əliyev Bidzina İvanaşvili ilə bir arada - FOTOLAR
Mehriban Əliyeva Gürcüstanın Birinci xanımı ilə lançda - FOTOLAR
Xoşqədəm, Zaur Kamal, Zaur Baxşəliyev, Elgiz Əkbər və... - Verilişi bağlanan aparıcılar sosial mediada reklama girişiblər
“Yaxın vaxtlarda ölüb gedəcəyəm, mənə söz verin” - Məşhur müğənni sevənlərindən elə şey istədi ki…
“Bakcell” ilə ingilis dilini “Singit” tətbiqində öyrən
Həkim Azər Maqsudov cəzadan azad edilib
İlham Əliyev İrakli Kobaxidze ilə görüşdü, birgə bəyanat verildi - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İran İsrail və ABŞ hədəflərinə yeni zərbələr endirib
Mehriban Əliyeva Gürcüstan Milli Muzeyində olub - FOTO
“Araz-Naxçıvan”ın prezidenti kim olacaq? - VİDEO
Polkovnik Azər Paşayev cinayət məsuliyyətinə cəlb edilib
İcra başçısının müavini vəzifədən azad olunub
Ukrayna hərbi əsiri Azərbaycana təhvil verib - VİDEO, FOTO
"Azərişıq” ASC fəsadları aradan qaldırmaq üçün gücləndirilmiş iş rejimində çalışır - VİDEO
Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Azərbaycanda yubiley medalı ilə təltif olunub
İran Ordusu: “Müharibə qarşı tərəf peşman olana qədər dayanmayacaq”
İran ABŞ-a məxsus daha bir MQ-9-u vurub
“Veysəloğlu” və “Avrora”nın həmtəsisçisi olduğu voleybol komandası Azərbaycan birinciliyinin qalibi oldu
Məmurlar Bibiheybətdə bağlanan yolda... - VİDEO
Muzeylər Dövlət Xidmətinin tabeliyinə verilir
Tehranda iki bina vurulub: 9 nəfər ölüb – 4-ü uşaqdır
Qida borusunda yemək qalan 64 yaşlı qadın ölüb
Sabah hava necə olacaq? - Proqnoz
Bibiheybət yolunda torpaq sürüşməsi təhlükəsi yaranıb - Nəqliyyatın hərəkət qismən məhdudlaşdırılıb
ABŞ və İRAN ARASINDA İKİ MƏRHƏLƏLİ SÜLH PLANI HAZIRLANIB: atəşkəs, saziş və şərtlər…
Diplomatik xidmətə qəbul üzrə növbəti müsabiqə başlayır
Azərbaycanlı nazir Londonda 4.6 milyon funt sterlinqə mənzil alıb - Jurnalist elə fakt açıqladı ki...
İLHAM ƏLİYEV GÜRCÜSTANDA - FOTOLAR (YENİLƏNİR)
İrandan Azərbaycana narkotik keçirmək istəyiblər
“Yol hərəkəti haqqında” Qanun dəyişir